Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqdirləndirilən İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ölkə xaricində yaşadığı üçün məhkəməyə gətirilməsi mümkün olmayıb. Hakim prosesin qapalı keçiriləcəyini bildirib və media nümayəndələri məhkəmə zalından çıxarılıb. Məlumata görə, cinayət işi məhkəmə baxışına verilib və növbəti iclas …
Read More »İsrail Yəməndəki limanları və husilərin ələ keçirdiyi gəmini bombalayıb
İsrail Hərbi Hava Qüvvələri Yəməndə üç limana zərbələr endirib və 2023-cü ildə “Ənsar Allah” hərəkatından olan husilər tərəfindən ələ keçirilmiş “Galaxy Leader” yük gəmisinə hücum edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə İsrail Müdafiə naziri İsrael Katz öz X sosial şəbəkə səhifəsində yazıb. Onun sözlərinə görə, yeni əməliyyat “Qara bayraq” adlandırılıb. Nazir qeyd edib ki, husilərin nəzarətində olan Ras-İsa, Hodeida və …
Read More »Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Rusiyanın Moskva ilə Sankt-Peterburq şəhərləri arasında hava əlaqəsi iflic olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (RTA) məlumat yayıb. “Günortadan sonra yerinə yetirilməli olan 52 reysdən 30-u ləğv edilib, 9-u isə gecikib. Milli aviadaşıyıcı Moskvadan Sankt-Peterburqa sərnişinləri geniş gövdəli təyyarələrlə daşıyacağını vəd edib”, – təşkilatın saytında dərc olunan məlumatda bildirilir. Qeyd olunur ki, iyulun 5-də reyslərin gecikməsi və …
Read More »Bakıda və rayonlarda yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək
İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 19-23° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 …
Read More »Müsavat Partiyasına Rusiya əleyhinə aksiyaya icazə verilmədi
İcra Hakimiyyəti səbəb kimi potensial təhlükə və ictimai maraqları əsas göstərib Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirməsinə icazə verməyib. Musavat Partiyası Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında iyulun 8-də piket keçirmək üçün Bakı Şəhər İcra hakimiyyətinə müraciət etmişdi. Meriyanın məlumatında qeyd olunub ki, iyunun 27-də Yekaterinburqda baş verənlərlə bağlı Azərbaycan hökuməti qarşı …
Read More »Naxçıvanda deputat vətəndaşı döyüb – QİSAS ALMAQ İSTƏYƏN ŞƏXS İSƏ HƏBS EDİLİB
Naxçıvan Ali Məclisinin depupatı Əli Abbasov, Şərur rayonun Şəhriyar kəndində sakin B.B- ni yumruqla döyüb. Boyukmillet.com xəbər verir ki, qısqanclıq zəminində baş verən hadisəyə deputatın kənddə etik olmayan hərəkətlə etməsinin səbəb olduğu bildirilir. Sakinlərin “Gündəlik Naxçıvan”-a bildirdiklərinə görə, deputat tez-tez kəndə gələrək, xoşa gəlməyən hərəkətlər edirmiş. Onun son gəlişində isə məlum mübahisə baş verib. Mübahisə zamanı deputat sakini yumruqla vuraraq, …
Read More »Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM
Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Elm və Təhsil Nazirliyi ilə birlikdə akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayacaq. Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. …
Read More »Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək
İyulun 7-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysini istifadəyə verəcək. Boyukmillet.com bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır. Avtobuslar hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 11:00-da hərəkət edəcək. Reys üzrə aralıq məntəqə olaraq …
Read More »Azərbaycanda temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir
Azərbaycanda temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, artıq bir-neçə gündür Qərbi Avropa isti hava dalğalarının təsiri altındadır: “Əksər ərazilərdə temperatur 40 dərəcənı aşıb və rekord göstəricilər yenilənib. Xüsusilə İspaniya, Portuqaliya, İtaliya və Yunanıstanda kəskin istilər hökm sürür. İspaniyanın cənubunda hətta 46 dərəcə temperatur …
Read More »İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Boyukmillet.com xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçirildiyini vurğulayıb. Dövlət başçısı Zirvə görüşündə iştirak etdiyinə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib. Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Rəcəb Tayyib …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar