Azərbaycan Hökuməti ilə Slovakiya Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında saziş təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, 2021-ci il oktyabrın 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq olunub. Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycanın …
Read More »İctimai yerdə qadınlara qarşı nalayiq ifadələr işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb
İctimai yerdə qadınlara qarşı nalayiq ifadələr işlədən və onların görüntülərini çəkərək sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Həmin şəxsin Bakı şəhər sakini 25 yaşlı Samir İbrahimov olması müəyyən edilib. O, tutduğu əməldən peşman olduğunu və səhvə yol verdiyini etiraf edib. Bununla belə, onun hərəkətlərində xırda xuliqanlıq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama …
Read More »İlham Əliyev şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillərlə tanış olub
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki yaşayış kompleksdəki mənzillərlə tanış olub.
Read More »Səhiyyə Nazirliyi Yeni il bayramı ilə bağlı əhaliyə müraciət edib
Səhiyyə Nazirliyi Yeni il bayramı ilə bağlı əhaliyə müraciət edib Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məlumat verib. Onun sözlərinə görə, bayramlarda qonaq getmə halları çox müşahidə olunur və bu da təmasların artması deməkdir: “Novruz bayramında da qeyd etmişdim ki, qaydalara uyğun davranılsa, nəticə yaxşı olar. Yenə də bu tədbirlərə əməl edilməsini tövsiyə edirəm”. “Nəzərə …
Read More »Azərbaycan erməniəsilli mülki şəxsi Ermənistana təhvil verib
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir: “Bu gün 1 nəfər erməniəsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub. Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib. Qeyd edək ki, cari ilin 26 noyabr tarixində də daha …
Read More »Azərbaycanda daha 530 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 1209 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 615 842 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 597 754 nəfər müalicə olunaraq sağalıb, 8 332 nəfər vəfat edib. 9 756 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində …
Read More »Müdafiə Nazirliyinin rəsmisi Azərbaycan Ordusunun keçirdiyi təlimlərdən danışıb
“Bu il Azərbaycan Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələri və Əlahiddə Ümumqoşun Ordusunun qüvvələrini cəlb edilməsi ilə yeni texnologiydan istifadə edərək onların tədqiqi ilə komanda-qərargah taktiki, taktiki xüsusi və simulyasiya təlimi keçirilib”. Boyukmillet.com-un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər …
Read More »Rusiya XİN Türkiyə və Ermənistan arasında vasitəçilik etməyə hazırdır
Rusiya münasibətlərin normallaşması üzrə dialoqda Ermənistan və Türkiyə arasında vasitəçilik etməyə, istənilən formada yardım göstərməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. “İlkin şərtlər irəli sürülməsindən imtina etməyi, tədricən etimad və mehriban qonşuluq mühitinin formalaşmasına yol açan qarşılıqlı məqbul hesab olunan mövzulara və addımlara köklənməyi vacib hesab edirik”, – …
Read More »Türkiyə lirəsinin məzənnəsi nisbətən sabitləşib
Türkiyə bazarında dolların məzənnəsi 12,2 – 12,3 lirə arasında dəyişir. Boyukmillet.com yerli KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl Türkiyə Mərkəzi Bankı gələn il “üzən” məzənnə siyasətinə davam edəcəyini açıqlayıb. Həmçinin orta illik inflyasiya hədəfi 5 faiz səviyyəsində götürülüb.
Read More »Sumqayıtda əməliyyat zamanı 2 polis bıçaqlanıb
Sumqayıt şəhərində “Azpetrol”un yaxınlığında polis əməkdaşları bıçaqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, dekabrın 28-i saat 20 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşlarına xəsarətlər yetirilərək zor tətbiq olunması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, paytaxt sakini Ağa Əzimov …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar