Dövlət himayəsində olan uşaqların ailə tipli kiçik qrup evi modelinə inteqrasiyası nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin beş illiyinə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, dövlətin himayəsində olan uşaqların müəssisə əsaslı xidmətdən ailə əsaslı xidmətə yönəldilməsi məqsədilə bu müəssisələrin ailə tipli kiçik …
Read More »Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb
Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 26-sı saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi faktı ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq, yəni …
Read More »Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Boyukmillet.com xəbər verir ki, Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəngərli kəndinə 37 ailə – 153 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə …
Read More »Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır – BƏYANAT
“Environmental Protection First (EPF)” Koalisiyası Fransanın urantərkibli radioaktiv tullantıları Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsi ilə əlaqədar bəyanat yayıb. Boyukmillet.com bəyanatın tam mətnini təqdim edir: “Biz – “Environmental Protection First (EPF)” Koalisiyasının üzvləri Fransanın nüvə yanacağı nəhəngi – “Orano” dövlət şirkətinin urantərkibli radioaktiv tullantıların bir hissəsini Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsini Azərbaycana qarşı yeni ekoloji müharibə kimi qiymətləndiririk. …
Read More »Bakıda polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib, daha bir nəfər saxlanılıb
İyunun 29-da saat 23 radələrində Bakının Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər. Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə “saxla” əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib, avtomobildə olan …
Read More »“Haber Global”: Rusiya azərbaycanlılara qarşı zorakılıqlara yalanlarla don geyindirməyə çalışır
Rusiya Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıqlara yalan açıqlamalarla don geyindirməyə çalışır. Boyukmillet.com xəbər verir ki, bu fikir Türkiyənin “Haber Global” telekanalının efirində Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın etməsi və zorakılıqları ilə bağlı müzakirələrdə yer alıb. “Rusiyanın qəzəb doğuracaq əməliyyatı. Azərbaycanlı ailə niyə hədəfə alındı?” adlı süjetdə bu ölkənin Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının azərbaycanlılara qarşı …
Read More »Ermənistan da Rusiyaya qarşı demarş prosesini açıq şəkildə aparmağa başladı – “Sputnik Armenia” hədəfə alındı
“Sputnik Armenia”nın Fransanın Ermənistana dəstəyini qınayan, Makronun Paşinyanla telefon danışığını aşağılamağa çalışan xəbəri, əslində, Moskvanın Ermənistana qarşı informasiya təzyiqinin bariz nümunəsidir. Boyukmillet.com erməni mediasına istinadla bildirir ki, agentlik açıq şəkildə Ermənistanın daxili və xarici siyasətinə müdaxilə edən mövqe ortaya qoyur, Ermənistanın qərarlarını şübhə altına alır. Rusiya mediasının bu cür davranışı Ermənistanda ciddi narazılıq doğurur və faktiki olaraq İrəvanın Moskvaya qarşı …
Read More »Ukrayna Ottava Konvensiyasından çıxır
Ukrayna piyada əleyhinə minaların istifadəsini, yığılmasını və istehsalını qadağan edən Ottava Konvensiyasından çıxır. Boyukmillet.com xəbər verir ki, bu barədə öz feysbuk səhifəsində “Qolos”dan olan xalq deputatı, Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi Roman Kostenko yazıb: “Mənə indicə məlumat verildi ki, Ukrayna prezidenti Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının dövlətimizin Ottava Konvensiyasından – piyada əleyhinə minaların istifadəsini, yığılmasını və …
Read More »Rusiyada azərbaycanlılara qarşı polis zorakılığına etiraz: Azərbaycanda rus mədəniyyət tədbirləri ləğv edildi
Bu qərar təşkilatçısı Emin Ağalarovun olduğu “Dream Fest”ə də təsir edib Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq mühafizə orqanlarının azərbaycanlı ailələrin evlərinə basqın etməsi və nəticədə iki nəfər azərbaycanlının işgəncəyə məruz qalaraq öldürülməsindən sonra Azərbaycan hökuməti etiraz olaraq Rusiyadan gələn bütün mədəniyyət tədbirlərini dayandırmaq qərarı verib. Mədəniyyət Nazirliyindən verilən rəsmi açıqlamada bildirilib ki, son dövrlərdə Rusiya hüquq-mühafizə orqanları tərəfindən etnik mənsubiyyətinə …
Read More »Sabir Rüstəmxanlı: Tarix boyu Rusiyanın azərbaycanlılara qarşı bu cür vəhşiliklərini görmüşük
Rusiyada azərbaycanlılara qarşı törədilən hadisə dövlət tərəfindən törədilən cinayətdir. Bunu Report-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı deyib. O bildirib ki, bu hadisə dövlət çətiri altında gizlənmiş və yaxud gizlədilmiş quldur dəstələri tərəfindən törədilib: “Rusiya rəsmiləri bu adamları cəzalandırmaq əvəzinə, “araşdırılır” kimi mənasız ifadələrdən istifadə edirlər. Bu, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törədilən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar