Cümə , 10 Aprel 2026

autor

“Səngər Adamları” kitabının təqdimatı oldu

Hərbi jurnalist Şöhrət Eyvazovun tərtib etdiyi “Səngər Adamları” kitabı Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə hazırlanıb. Tədbir şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb.  Təqdimatı giriş sözü ilə açan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov öncə kitabın ərsəyə gəlməsində əziyyəti olan şəxslərə, “Səngər adamları”nın təqdimatını öz üzərinə götürən BAMF və təşkilatın rəhbəri Umud Mirzəyevə, …

Read More »

Gələn ildən musiqi məktəblərinə işə qəbul imtahanla həyata keçiriləcək

“Gələn ildən musiqi məktəblərinə işə qəbul prosesini imtahan yolu ilə keçirilməsinə başlayacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, imtahanların gecikməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var: “Hazırda ölkədə 220-yə yaxın musiqi məktəbimiz var. Təəssüflər olsun ki, musiqi məktəblərinə işə qəbulla …

Read More »

Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb

Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Şuşaya turistlərin gəlməsi üçün infrastruktur hazır olmalıdır: “Hazırda bu istiqamətdə işlər gedir. Bildiyiniz kimi, Şuşa şəhəri 2023-cü il Türk Dünyasının mədəniyyət paytaxtı elan edilib. Ümid edirəm …

Read More »

Türkiyə sahillərində 30-dan çox qanunsuz miqrant xilas edilib

Türkiyənin cənub-qərbində yerləşən Aydın vilayətinin turistik Quşadası rayonu sahillərində 32 qanunsuz miqrantın olduğu qayıq aşkar edilib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, onların Yunanıstan hərbçiləri tərəfindən qovularaq, Türkiyənin sahillərinə yönəldildiyi bildirilir. Daha 4 miqrant üzərək sahilə çıxıb. Türkiyəli hərbçilər qayıqdakı miqrantları sahilə çıxararaq, Aydın vilayətinin Miqrasiya İdarəsinə çatdırıblar.

Read More »

Ata Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevə hökm oxunub, o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com  xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ata Abdullayev son söz deyib. O, barəsində irəli sürülən ittihamlarla razılaşmadığını deyib və bəraət hökmünün çıxarılmasını istəyib. Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 9 il …

Read More »

Şuşada 45 abidənin üzərinə məlumat lövhələri quraşdırılıb, elektron xəritələri hazırlanıb

“Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhələri quraşdırılıb, həmçinin abidələrin elektron xəritələri hazırlanıb”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat Konfransında deyib. Onun sözlərinə görə, bu il ölkədə 110 mədəniyyət abidəsinin pasportu və abidələrin mühafizə zonası üzrə 72 layihə təsdiq edilib.

Read More »

Rusiyadan Azərbaycana 728 nəfərin gətirilməsi təmin edilib

Rusiyadan Azərbaycana 728 nəfərin gətirilməsi təmin edilib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb. Qeyd olunub ki, mövcud COVID-19 pandemiya rejimi ilə əlaqədar ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, Rusiyanın Azərbaycanla dövlət sərhədinin Dağıstan Respublikası ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımız və soydaşlarımız üçün …

Read More »

Dövlət Xidmətinin Qarabağ və Şərqi Zəngəzurda regional idarələri yaradılacaq

“Azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin yaradılması nəzərdə tutulur”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında çıxışında deyib. Onun sözlərinə görə, Dövlət Xidmətinin regional idarələrinin Qarabağ və Şərqi Zəngəzur zonalarında yaradılması planlaşdırılır. Nazir həmçinin bildirib …

Read More »