Cümə , 10 Aprel 2026

autor

Azərbaycan Rusiya ilə birlikdə gəmi istehsal edəcək

Azərbaycanla Rusiyanın Həştərxan vilayəti ilə gəmi istehsalı sahəsində birgə layihələr hazırlayacaq. Bu barədə Boyukmillet.com vilayət hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir. Qeyd edilir ki, birgə layihələrin həyata keçirilməsi vilayətin qubernatoru İqor Babuşkinlə Azərbaycan nümayəndə heyəti arasında Həştərxanda baş tutan işgüzar görüşdə məlum olub. “Turizm baxımından Böyük Pyotr kruiz laynerinə böyük ümidlər bəsləyirik. Ümid edirik ki, yaya qədər gəmi tam olaraq reydə çıxa biləcək və …

Read More »

İranın Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır

İran İslam Respublikasının Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır. Boyukmillet.com  IRNA agentliyinə istinadən xəbər verir ki, Ərdəbil valisi Hadi Ameli İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin genişləndirilməsi, xüsusilə malların tranziti sahəsində əlaqələrin genişləndirilməsinə şərait yaratmaq məqsədilə vilayətin şimalında sərhəd keçid məntəqəsinin açıldığını elan edib. “İranla Azərbaycan arasında əlaqələrin inkişafı ölkəmizin və şimal qonşumuzun sakinlərini narahat edən məsələlərdən biridir …

Read More »

ÜST rəhbəri: Dünya 2022-ci ildə COVID-19 pandemiyasına son qoya bilər

Dünya ictimaiyyəti 2022-ci ildə COVID-19 pandemiyasına son qoya bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib. ÜST rəhbəri bəşəriyyətin virusla mübarizə aparmaq üçün birlikdə hərəkət etməli olduğunu vurğulayıb. “Bütün ölkələrin birlikdə çalışaraq 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70%-ini peyvənd etmək kimi qlobal məqsədə çatması vacibdir. Hökumətlərin heç bir qınaqdan qorxmadan virusun …

Read More »

Əliliyi olan uşaqlar üçün reabilitasiya mərkəzlərinin fəaliyyəti təşkil edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili Boyukmillet.com xəbər verir ki, “ (Bakı şəhəri Pirallahi rayonu və Sumqayıt, Qusar, Biləsuvar şəhər və rayonları üzrə)” layihəsi “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda İctimai Birliyi (ƏQC.İB) tərəfindən icra edilir. “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin …

Read More »

“Hörmətə və qayğıya layiq olanların heç zaman dövlət başçısının diqqətindən kənarda qalmır” – Hərbi ekspert

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmana əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə …

Read More »

Burkino Fasoda hərbçilərə silahlı hücum olub, onlarla ölən var

Burkina Fasoda Vətən Müdafiəsi döyüşçülərinin karvanı şimaldakı Lorum əyalətində pusquya düşüb. Boyukmillet.com xəbər verir ki, naməlum şəxslər tacirləri müşayiət edən əsgərlərə hücum ediblər. Hücum nəticəsində dəstənin 41 üzvü həlak olub. Hökumət hücumu qəti şəkildə pisləyib. Burkina Faso prezidenti Mark Kristian Kabore ölkədə iki günlük matəm elan edib.

Read More »

Bakıda mediasiya təşkilatının xidmətə uyğunluğu üzrə monitorinq keçirilib

Mediasiya Şurası İdarə Heyəti tərəfindən yaradılmış Xüsusi Komissiya Bakı şəhəri 2 saylı Mediasiya təşkilatında monitorinq aparıb. Boyukmillet.com xəbər verir ki, Xüsusi Komissiyanın sədri Bəylər Məmişov, üzvləri Esmira Hüseynova, Mayıl Əhməd, Elçin Həsənov, Anar İsayev Bakı şəhəri, Xan Şuşinski küçəsi 158 ünvanında yerləşən 2 saylı Mediasiya Təşkilatında olmaqla, təşkilatın yerləşdiyi 250 kv. m. sahədən ibarət olan qeyri-yaşayış binası ilə tanış olub, o …

Read More »

Türkiyə xüsusi təyinatlıları Suriyada 3 terrorçunu məhv edib

Türkiyə Xüsusi Təyinatlı Qüvvələri Suriyanın şimalında PKK-nın 3 terrorçusunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat yayılıb. Silahlılar Suriyanın şimalındakı “Barış Pinarı” əməliyyatı bölgəsində terror aktı hazırlayırmış. PKK terrorçuları sabitliyi pozmaq, Türkiyəni parçalamaq üçün qanlı hücumlar həyata keçirirlər.

Read More »

Azərbaycan Ordusunda tərbiyə işinin təşkili üzrə kurs keçirilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən psixoloqların peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə tədris proqramında nəzərdə tutulan kurs başa çatıb. Bu barədə Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir. Kursda əsas diqqət hərbi qulluqçuların psixoloji vəziyyətinin qiymətləndirilməsi, hərbi kollektivlərdə sosial-psixoloji proseslərin, o cümlədən müharibədən sonrakı psixoloji proseslərin öyrənilməsi məsələlərinə yönəldilib. Tədbirin sonunda kursu bitirən zabitlər …

Read More »