Ermənistan Xarici İşlər Nazirliyinin “İstanbul Bəyannaməsi” və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş qətnamələrlə bağlı 23 iyun 2025-ci il tarixli əsassız bəyanatını qətiyyətlə rədd edirik. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İslam Əməkdaşlıq Təşkilatının İstanbul Xarici İşlər Nazirləri Şurasında qəbul olunmuş qərarlarla bağlı Ermənistan Xarici İşlər …
Read More »Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti vətəndaşlara müraciət edib. Boyukmillet.com xəbər verir ki, qurum müraciətində dünya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı mənbələrə istinad edərək bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktını xüsusi narahatlıqla qeyd edib. Məlumata görə, bu insident kiberməkanda indiyə qədər qeydə alınan ən böyük məlumat …
Read More »TƏBİB poliklinikalarda iflic və epilepsiya xəstələrinə dərman verilməməsinə aydınlıq gətirib
TƏBİB poliklinikalarda serebral iflic, epilepsiya və digər yanaşı xəstəliklərdən əziyyət çəkənlərə dərmanların verilməməsinə münasibət bildirib. “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib ki, tibb müəssisələrinin dərman təminatı müvafiq qanunvericiliklə və satınalma qaydalarına əsasən həyata keçirilir. “Qeyd edilən dərman preparatlarının təmin edilməsi istiqamətində sənədləşmə işləri qısa müddət ərzində yekunlaşdıqdan sonra tibb müəssisələrinə göndəriləcək”,- məlumatda qeyd olunub. Qeyd edək ki, sosial mediada yayılan …
Read More »Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədova hökm oxunub
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 15 il müddətə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqustun 21-də DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. …
Read More »“Qal, sənə qurban” mahnısının erməni musiqisi kimi təqdim edilməsinin qarşısı alınıb
Musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısının erməniəsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Qeyd edilib ki, erməniəsilli Kipr müğənnisi Ovik Dəmirçyan “Qal, sənə qurban” mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edib və oxuyub. Həmçinin o, mahnını “YouTube”da yunan dilində “Hara gedir” adı altında yayımlayıb. …
Read More »Kirayə bağ evlərinin qiymətində kəskin bahalaşma (VİDEO)
Dənizətrafı ərazilərdə kirayə bağ evlərinin qiymətlərində əvvəlki illərlə müqayisədə kəskin bahalaşma var. Boyukmillet.com xəbər verir ki, 2023 və 2024-cü illərlə müqayisədə bağ evlərinin qiymətində iki dəfəyə qədər artım müşahidə edilir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, bunun əsas səbəblərindən biri tələbin ildən-ilə artmasıdır. Ən bahalı evlər isə Bilgəh, Buzovna, Şüvəlan, Mərdəkan və Novxanıdadır. Buradakı bağ evləri hovuzlu, kinoteatrlı, …
Read More »Karantin rejiminin müddəti yenə uzadıldı
Nazirlər Kabineti səbəb kimi hələ də koronavirus (COVID-19) infeksiyasını göstərir Azərbaycanda karantin rejiminin müddəti 2025-ci il oktyabrın 1-dək uzadılıb. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Qərarda bildirilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verilib. Bundan əvvəl xüsusi karantin rejimi 2025-ci il iyulun 1-nə qədər olan müddəti əhatə edirdi. Prezident İlham Əliyev 2024-cü il …
Read More »ABŞ sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
“American Airlines” aviaşirkətinə məxsus və Yeni Dehli — Nyu-York marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Boyukmillet.com bu barədə hava limanına istinadən xəbər verir. Məlumata görə, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub. “Boeing 787-9 Dreamliner” tipli təyyarə yerli vaxtla saat 02:30-da Bakı hava limanına uğurla eniş edib. Sərnişinə …
Read More »Suriyada ABŞ hərbi bazası hücuma məruz qalıb
ABŞ-nin Suriyanın şimal-şərqində yerləşən Həsəkədəki hərbi bazası hücuma məruz qalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Read More »İsrail İranın bir neçə ballistik raket anbarını məhv edib
İsrail Hərbi Hava Qüvvələrinin (IDF) İrana endirdiyi zərbələr nəticəsində İsraili hədəf almış bir neçə ballistik raket anbarı və buraxılış meydançası məhv edilib. Boyukmillet.com İsrail mediasına istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, bu gün səhər İsrail Hərbi Hava Qüvvələri 15-dən çox qırıcı təyyarənin iştirakı ilə İranın Kirmanşah bölgəsinə bir sıra zərbələr endirib və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar