“Məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir”. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, əksər seçki dairələrində bu işlər yekunlaşıb: “Mənə verilən məlumata görə, az sayda dairələrdə işlər qalıb. Yaxın vaxtlarda iclas keçiriləcək və işlər başa çatdırılacaq. Bununla da məntəqə seçki komissiyaları tam formalaşmış olacaq”.
Read More »Milli Məclisin boş qalan deputat yerlərinə seçkilər keçiriləcək
“Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi yəqin ki yaxın vaxtlarda olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır: “Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq”.
Read More »Nazir: “Azərbaycan yeni minaaxtaran robotlar alacaq”
“Azərbaycan azad olunan ərazilərdə təmizləmə işləri üçün yeni minaaxtaran robotlar alacaq”. Boyukmillet.com xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda minaaxtaran mütəxəssislərin sayının artırılması prosesi də davam etdirilir: “Ermənilər həmin ərazilərdə çoxsaylı minalar basdırıblar. Bu ərazilər tez bir zamanda təmizlənməlidir ki, quruculuq və abadlıq işləri də sürətləndirilsin. Hazırda minaaxtaran cihazlarla yanaşı, həmçinin …
Read More »Komitə sədri İmişlidə zorakılığa məruz qalan 11 yaşlı qızın durumunu açıqlayıb
“İmişlidə 11 yaşlı qızın zorakılığa məruz qalması ilə bağlı araşdırmalar davam etdirilir”. Boyukmillet.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, həmin qız hazırda psixoloji reabilitasiya dövrü keçir. “Qismən təhsilə cəlb edilib. Reabilitasiya dövrü başa çatdıqdan sonra onun təhsilini harada davam etdirəcəyi ilə bağlı qərar veriləcək”, – …
Read More »Kəmaləddin Heydərov: “FHN-nin yeni Minaaxtaran Alayı yaradılıb”
“Azad olunan ərazilərdə Fövqəladə Hallar Nazirliyinin yeni Minaaxtaran Alayı yaradılıb”. Boyukmillet.com xəbər verir ki , bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, həmin ərazilərə ilk günlərdən nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. “Alayda 74 yeni minaaxtaran mütəxəssis yetişdirmişik, 120 ədəd minaaxtaran cihazlar xaricdən alınaraq həmin mütəxəssislərə təhvil verilib. Yeni yaradılmış alay Türkiyə mütəxəssisləri və …
Read More »Bakı-Moskva təyyarəsinin uçuşu texniki səbəblərə görə gecikir
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakıdan Moskvaya planlaşdırılan “Boeing-767” təyyarəsinin (J2-181 reysi) uçuşu texniki səbəblərə görə gecikir. Boyukmillet.com bu barədə aviaşirkətin feysbuk səhifəsinə istinadən xəbər verir. Sözügedən reysin sərnişinləri Moskvaya başqa təyyarə ilə yola düşəcəklər. Zərurət olduqda, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar.
Read More »Sabah yağış yağacaq, külək əsəcək
Dekabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 …
Read More »Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini yad edir – FOTOREPORTAJ
Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir. Bu münasibətlə dövlət rəsmiləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, sıravi vətəndaşlar Fəxri xiyabana axın edərək Ulu Öndərin məzarını ziyarət edir, xatirəsini anır, ruhuna dualar oxuyurlar. İnsanların Fəxri xiyabana axını davam edir. Boyukmillet.com ümummilli lider Heydər Əliyevin anım günündən fotoreportajı təqdim …
Read More »Cavid Qurbanov: “Xankəndiyə dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”
“Bərdədən Ağdama dəmir yolu xəttinin bərpası başa çatdıqdan sonra Xankəndiyə də dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”. Boyukmillet.com xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O, Şuşaya dəmir yolu xəttinin çəkilməsi barədə də danışıb: “Bu istiqamətdə layihələndirmə işləri gedir, amma tikinti işlərinə nə vaxt başlanılacağını deyə bilmərəm. Qərar verilsə, ondan sonra işlərə başlanılacaq”.
Read More »Azərbaycan tarixi abidələrin dağıdılmasına görə beynəlxlaq təşkilatlara müraciət edəcək
“İşğaldan azad edilmiş ərazilərdə ötən ilin noyabrından sonra 400-dən çox tarixi-mədəniyyət abidəsi aşkar edilib”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, 140-150-yə yaxın aşkar edilən abidələr var ki, onlar dövlət reyestrində olmayıb: “Eyni zamanda 800-dən çox mədəniyyət müəssisələri, teatr və kitabxanalar, musiqi məktəbləri və s. var idi. Monitorinqlərimiz onu göstərir ki, 95 %-ə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar