Cümə , 10 Aprel 2026

autor

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib

Son günlərdə Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Şəmkir” sərhəd dəstələrinin əməkdaşları təx­mini çəkisi 20 kiloqram 855 qram narkotik vasitəyə, 2400 ədəd psixotrop və 4519 ədəd müxtəlif təyinatlı dərman preparatlarına bənzər maddələrin döv­lət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısını alıb. DSX-nin Mətbuat Mərkəzindən  verilən məlumata görə, noyabrın 24-də saat 17:30 radələrində Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Amankənd kəndinin …

Read More »

“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb

Azərbaycan Dövlət neft Şirkəti (SOCAR) və “Abşeron Qazma Şirkəti” tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilmiş “SOCAR AQŞ” 7 saylı dəniz stasionar özülündən 356 nömrəli quyunun qazma işlərini keyfiyyətlə, ətraf mühitə zərər vurmadan və təhlükəsiz şəkildə yekunlaşdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a “SOCAR AQŞ” şirkətindən məlumat verilib. Bildirilib ki, quyu yekun təsdiqlənmiş profilə …

Read More »

Ərdoğandan Cənubi Kiprdə törədilənlərə sərt reaksiya: “Belə təxribatla məşğul olmağın əvəzini ağır ödəyəcəksiniz”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə rəsmi səfəri öncəsi keçirdiyi mətbuat konfransında Cənubi Kiprdə Larnaka Böyük camisinə edilən hücumla bağlı münasibət bildirib. Boyukmillet.com xəbər verir ki,  baş verən hadisəyə görə təəssüf etdiyini bildirib. “Təəssüf ki, Cənubi Kiprin Larnaka şəhərindəki məscidlərimizə qarşı hücum olub. Təbii ki, Cənubi Kiprdəki bu əməliyyat cavabsız qalmayacaq. Bu barədə dostumuz, partiya sözçüsü Ömər bəyin açıq-aydın açıqlamaları …

Read More »

Azad edilən ərazilərdə minaya düşərək həlak olanların sayı açıqlanıb

Ermənistanın işğalından azad edilən ərazilərdə minaya düşərək həlak olan və yaralanan şəxslərin sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, 10 noyabr 2020-ci il tarixdən indiyədək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub. Qeyd edilib ki, 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Read More »

Kəlbəcərdə şəhid olan əsgər doğulduğu kənddə dəfn olunacaq

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan əsgər Siyəzəndə dəfn olunacaq. Boyukmillet.com xəbər verir ki, şəhid Asif Adil oğlu Əliyev rayonun Zarat kənd qəbiristanlığında torpağa tapşırılacaq. Məlumat üçün bildirək ki, A.Əliyev 2002-ci ildə Siyəzənin Zarat kəndində dünyaya gəlib. O, Vtən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə …

Read More »

Bəzi jurnalistlərə güzəşt və imtiyazlar veriləcək – YENİ LAYİHƏ

“Reyestrin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcək”. “Beləliklə, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin …

Read More »

ANAMA Şuşada mülki şəxslərin minaya düşməsi ilə bağlı məlumat yayıb

Azərbaycan Minatəmizləmə Agentliyi Şuşada mülki şəxslərin minaya düşməsi ilə bağlı məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir: “Şuşa şəhərinin Daşaltı kəndindən 1 300 metr məsafədə, minatəmizləmə əməliyyatları icra edilməyən ərazidə iki nəfər – 1999-cu il təvəllüdlü Xanatov Orxan Norim oğlu və 1993-cu il Qəndiyev Vüsal Firuddin oğlu mina partlayışından həlak olub. Hadisə 9 dekabr tarixində saat 08:30 radələrində baş verib. …

Read More »

Nazirlik “Omikron” ştamı ilə bağlı əhaliyə çağırış edib

“Pandemiya hələ sona çatmayıb. Bu gün virusun daha çox mutasiyaya uğramış, yeni ştamı – “Omikron” ştamı peyda olub və hamının narahatçılığına səbəb yaradıb”. Boyukmillet.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, ilkin mülahizələrə görə yeni ştam daha sürətlə yayıla bilir, həm də əvvəlki qazanılmış immun cavabdan müəyyən qədər yayına bilir: “Yaxın vaxtlarda müşahidələr …

Read More »

“Azəriqaz”ın baş direktoru media və QHT nümayəndələrinin suallarını cavablandıracaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 10 dekabr saat 11:00-da başlayacaq. Boyukmillet.com xəbər verir ki, bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev …

Read More »

Azərbaycanı “3+3” platformasında Xələf Xələfov təmsil edəcək

Moskva şəhərində sabah “3+3” formatında keçiriləcək regional platformanın ilk iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Bu barədə Boyukmillet.com Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinə istinadən xəbər verir. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə yaradılmış “3+3” formatında platformanın ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər …

Read More »