Bazar ertəsi , 6 Aprel 2026

autor

İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib

Vaşinqton İsrailin başlatdığı hərbi əməliyyatlara qoşularsa, Tehran Yaxın Şərqdəki ABŞ hərbçilərinə cavab zərbələri endirməyə hazır olacaq. Boyukmillet.com xəbər verir ki, bunu “NBC News” telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib. “Müharibə olanda hər iki tərəf bir-birinə hücum edir. Bu başa düşüləndir. Özünümüdafiə hər bir ölkənin qanuni hüququdur”, – deyə o qeyd edib. İranlı diplomat əmin olduğunu bildirib ki, ABŞ …

Read More »

İsrail İrandakı hərbi obyektlərə yeni silsilə zərbələr endirib

İsrail ordusu İranın raket infrastrukturuna yeni hava zərbələri dalğasının başladığını elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti (IDF) məlumat yayıb. Bu bəyanat İranın İsrail ərazisinə növbəti raket hücumundan dərhal sonra yayılıb. Bundan bir qədər əvvəl İran İsrailə doğru raketlər adıb, ölkənin bir sıra bölgələrində sirenlər səslənbi. İsrail ordusu hədəfləri tutmaq üçün İsrail Hərbi Hava Qüvvələrindən istifadə edildiyini …

Read More »

Tramp İranda yerüstü əməliyyatın mümkünlüyü barədə danışmaq istəməyib

ABŞ prezidenti Donald Tramp ölkənin quru qoşunlarının İranda istifadəsi imkanlarını belə müzakirə etmək istəmədiyini bildirib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə Nyu-Cersidə jurnalistlərə açıqlamasında danışıb. “Mən quru qoşunları haqqında danışmayacağam. Quru qoşunları istifadə etmək istədiyimiz son şeydir”, – Amerika lideri vurğulayıb. Tramp danışıqların davam etdiyi bir vaxtda şəraitdən asılı olaraq İsrail və İran arasında atəşkəsə dəstək verə biləcəyini təklif …

Read More »

İranın Məşhəd və Təbriz şəhərləri İsrailin hücumuna məruz qalıb

İranın Məşhəd və Təbriz şəhərlərində hava hücumundan müdafiə sistemləri işə salınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Qeyd olunub ki, İran hərbçiləri İsrailin pilotsuz uçuş aparatlarının hücumlarını dəf etməyə çalışır. Artıq bir neçə pilotsuz təyyarənin məhv edildiyi iddia edilir.

Read More »

Ərdoğan: Türkiyə Cənubi Qafqazda sabitliyin təmin olunması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir

Türkiyə Cənubi Qafqazda sabitliyin təmin olunması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir. Boyukmillet.com Türkiyənin “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə deyib. O bildirib ki, rəsmi Ankara təkcə bölgədə yox, bütün dünyada sabitliyin təmin olunması üçün çalışır. Türkiyə lideri, həmçinin hazırkı şəraitdə Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı …

Read More »

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənəcək

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiqlənəcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub. Belə ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü onlayn iclasında “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib. Sənəd …

Read More »

Əvvəllər meşəbəyi işləyib – DTX-nin saxladığı icra başçısı kimdir?

Boyukmillet.com Musa Şəkiliyevin tərcümeyi-halını təqdim edir. Şəkiliyev Musa Şaban oğlu 1959-cu ildə Qax rayonunda anadan olub. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbi bitirib, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olub və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsilini başa vurub. Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlayıb. O, 1981–1986-cı …

Read More »

“Abzas Media” işi üzrə həbs olunan şəxslərə ağır cəza verildi

“Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər – Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.  Boyukmillet.com bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  Hökmə əsasən, Ülvi Həsənli 9, Sevinc Vaqifqızı (Abbasova) 9, Məhəmməd Kekalov 7 il 6 …

Read More »

Azərbaycanda futbol klubunun prezidenti həbs edildi 

“TTQ GRUP” MMC-nin direktoru, “Füzuli” futbol klubunun prezidenti Rauf Quliyev həbs edilib. Məlumata görə, Rauf Quliyev dələduzluq ittihamı ilə həbs edilib. Ondan şikayətçi olan bir neçə nəfər var. İttihama görə, Rauf Quliyev işgüzar nüfuzunun olduğunu, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb. Onun bir nəfərdən DTX-ya, bir nəfərdən isə FHN-də işə düzəltmək adı …

Read More »

Ərdoğandan tarixi cümlə… – “Könül candan, Türkiyə Azərbaycandan ayrıla bilərmi?…”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanla bağlı paylaşım edib. Paylaşımda deyilir: ““Eyni bayrağın kölgəsi altında dua edən, bir səcdədə göz yaşı tökən, eyni istiqlal uğrunda canlarını fəda edən bir millətin tək ürəkli övladlarıyıq. Könül candan, Türkiyə Azərbaycandan ayrıla bilərmi?…”

Read More »