Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, baş nazir Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib. Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
Read More »Gəncə Kitab Sərgisi keçirilir
Gəncədə “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilati dəstəyi ilə I Gəncə Kitab Sərgisi keçirilir. Boyukmillet.com xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində təşkil edilən sərgi “Nizami Gəncəvi İli”nə həsr olunub. Sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi …
Read More »Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələri barədə məlumat açıqlanıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol infrastrukturu layihələrinə dair məlumat açıqlayıb. Boyukmillet.com məlumatı təqdim edir: 1. “Zəfər Yolu” texniki göstəriciləri: 101.5 km, II texniki dərəcəli, 2 hərəkət zolaqlı.görülmüş işlər: torpaq işləri 100%, yol geyimi 100%, boru və keçidlərin tikintisi işləri 100%, körpülərin tikintisi 100%, beton küvet, qanov və drenaj işləri 100%. 2. …
Read More »Samuxda qanunsuz ov edənlər saxlanılıb
Samux Ovçuluq Təsərrüfatının əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı ovçuluq təsərrüfatının ərazisində ov edən şəxs saxlanılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova “Report”a bildirib ki, araşdırma zamanı brakonyerin Gəncə şəhər sakini Telman Rəhimov olduğu müəyyən edilib. O qeyd edib ki, faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.
Read More »Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb
Tərtər rayonunda qanunsuz ov edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Qaradağlı kənd sakini Cabbar Həsənov qanunsuz ov edərkən saxlanılıb. Həmin şəxsdən qanunsuz olaraq ovladığı çöl heyvanları aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.
Read More »Azərbaycan bir hərbçi və bir mülki şəxsi Ermənistana təhvil verib
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir. “Azərbaycan Respublikası humanizm prinsiplərini növbəti dəfə əsas tutaraq 26 noyabr 2021-ci il tarixdə 2 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib. Sözügedən şəxslərdən biri 16 noyabr 2021-ci il tarixdə Ermənistanın təxribatları nəticəsində dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə …
Read More »GİZ və Ombudsman Aparatı regionlarda maarifləndirmə tədbirləri keçirib
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” regional proqramı və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən carı ilin 02-04 noyabr tarxilərində Qubada, 10-12 noyabr tarixlərində Şəkidə, 16-18 noyabr tarixlərində Lənkəranda və 23-25 noyabr tarxilərində Gəncə şəhərində dövlət qurumları və vətəndaş cəmiyyəti institutları üçün ”Dövlət qurumlarında yaxşı idarəçiliyin təbliğində Ombudsmanın rolu …
Read More »Azərbaycan Ordusunda daha bir komando hərbi hissəsi yaradılıb
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin …
Read More »Zakir Həsənov komandolara yeni döyüş tapşırıqlarının icrasına hazır olmağı tapşırıb
“Hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando hazırlığı” kurslarının xüsusi əhəmiyyəti var”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində deyib. Müdafiə naziri şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə …
Read More »Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalında artım olub
2021-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 452 915 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. “Report” bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qeyd edilir ki, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 21 677 ton, süd istehsalı 80 767 ton olub. 2020-ci ilin müvafiq dövrü ilə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar