Bazar ertəsi , 6 Aprel 2026

autor

Naxçıvan və İstanbul universitetləri arasında ikili diplom müqavilələri imzalanıb

Naxçıvan Dövlət Universiteti (NDU) ilə İstanbul Universiteti arasında ikili diplom müqavilələri imzalanıb “Report”un yerli bürosu xəbər verir ki, İstanbulda Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universiteti arasında iki ixtisas üzrə ikili diplom layihəsinin imzalanma mərasimi olub. İkili diplom müqavilələri NDU-nun rektoru Elbrus İsayev və İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar tərəfindən imzalanıb. Tərəflər arasında ikili diplom layihəsi üzrə əməkdaşlıq magistratura səviyyəsində …

Read More »

Kanada vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Kanada vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı aparılıb. Telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub. Kanada xarici işlər naziri həmçinin ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən …

Read More »

Strategiya və dövlət proqramı layihələri üzrə dövlət qurumlarının fəaliyyətini əlaqələndirəcək komissiya yaradılıb

Strategiyanın və Dövlət Proqramının layihələrinin hazırlanmasında aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə …

Read More »

İran İsrail Müdafiə Qüvvələrinin kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə zərbə endirib

İran səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin (IDF) kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb. Qeyd olunub ki, bu mərkəzlərdə minlərlə hərbçi, rəqəmsal idarəetmə sistemləri və s. yerləşir. İran tərəfi iddia edir ki, Beer-Şevada yerləşən “Soroka” klinikası zərbə dalğasından zərər çəkib.

Read More »

Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisinin həbs müddəti uzadılıb

Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi olmuş Qəhrəman Şamil oğlu Məmmədovun həbs müddəti uzadılıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, onun həbs müddəti üç ay müddətinə uzadılıb. Qeyd edək ki, Q.Məmmədov son olaraq Azərbaycanın Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi olub. Q.Məmmədov qızıl külçələri qabaqcadan əlbir olduğu şəxsə …

Read More »

Yeni Zelandiya Rusiya, Belarus, KXDR və İran vətəndaşlarına yeni sanksiyalar tətbiq edib

Yeni Zelandiya hakimiyyəti Rusiya, Belarus müəssisələri, vətəndaşları üçün yeni məhdudiyyətlər elan edib və sanksiya siyahısına KXDR-in dörd və İranın iki vətəndaşını əlavə edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə ölkənin xarici işlər naziri Uinston Piters məlumat verib. Peters qeyd edib ki, yeni sanksiyalar Rusiya Federasiyasının hərbi sənaye kompleksi ilə əlaqəli müəssisə və vətəndaşlara, habelə Koreya Xalq Demokratik Respublikası, İran və Belarusdan …

Read More »

İsrail Ordusu İrandan raket atəşinə tutulub

İsrail ordusu İrandan yenidən raket atəşinə tutulub. Boyukmillet.com-un xəbərinə görə, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb. “Hərbiçilər düşmənin hava hədəflərini zərərsizləşdirməyə başlayıblar”,- Mətbuat xidməti əlavə edib. Bildirilib ki, atəş nəticəsində İsrailin bir sıra bölgələrində hava hücumu həyəcanı elan edilib, əhaliyə sığınacaqlara yerləşmək tövsiyə olunub.

Read More »

Putin: Rusiya ilə Azərbaycan arasında logistika sahəsində əməkdaşlıq inkişaf edir

Rusiya və Azərbaycan logistika və istehsal sahəsi, xüsusən gəmiqayırma sahəsində birgə layihələr hazırlayır. Boyukmillet.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib. “Bizim yaxşı layihələrimiz var; “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizi və logistika. Yeri gəlmişkən, istehsal sahəsində, o cümlədən gəmiqayırma sahəsində bir sıra digər yaxşı sahələr. Biz Bakı Gəmiqayırma …

Read More »

Milli Məclis Azərbaycanda kazinoların fəaliyyətinə icazə verməyə hazırlaşır

Kazino oyunlarının təşkili üçün lisenziya almaq istəyənlər 340 000 manat dövlət rüsumu ödəməlidirlər Milli Məclis Azərbaycanda kazino oyunlarının təşkili və keçirilməsinə icazə verməyə hazırlaşır. Məsələ bu gün, iyunun 18-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb. “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən, kazinoların fəaliyyətinə yalnız Xəzər dənizinin (gölünün) Azərbaycanda mənsub bölməsində yaradılan süni torpaq sahələrində …

Read More »

DAK-dan çağırış: “Güney Azərbaycan xalqı öz taleyini özü həll etməlidir”

Dünya Azərbaycanlıları Konqresi (DAK) İran və İsrail arasında artan müharibə gərginliyi fonunda Güney Azərbaycan türklərinə müraciət edib. Təşkilatın yaydığı bəyanatda bölgədə yaranmış geosiyasi şəraitdən istifadə olunmalı və Azərbaycan türklərinin öz müqəddəratını təyin etməsi vacibliyi vurğulanıb. Boyukmillet.com xəbər verir ki, DAK bəyanatında qeyd edilir ki, təşkilat həm Quzey, həm də Güney Azərbaycanda yaşayan soydaşların, eləcə də dünya azərbaycanlılarının hüquqlarını qoruyan qurum …

Read More »