Cümə , 10 Aprel 2026

autor

Türkiyədə anti-terror əməliyyatı – 13 kənddə küçəyə çıxmaq yasağı

Türkiyənin Bitlis bölgəsinin 13 kəndində əhaliyə küçəyə çıxmaq qadağan edilib. Qadağanın noyabrın 18-i, yerli vaxtla saat 17.00-dan yeni bir qərar verilənədək qüvvədə qalacağı bildirilib. Qadağanın PKK terror təşkilatı ilə mübarizə çərçivəsində bölgədə həyata keçirilən əməliyyatla bağlı olduğu vurğulanıb. (Unikal.org)

Read More »

ABŞ-dan Saakaşvili ilə bağlı Gürcüstana ÇAĞIRIŞ

“ABŞ Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin oktyabrın 1-də həbs olunmasından sonra müalicəsini yaxından izləyir. Biz Gürcüstan ombudsmanının onun vəziyyətinin qiymətləndirilməsi üçün müstəqil həkim qrupunun yaradılması üzrə işini yüksək qiymətləndiririk”. Boyukmillet.com  xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib. “Biz israrla Gürcüstan hökumətini Mixeil Saakaşvilini ədalətli və ləyaqətlə müalicə və xalq müdafiəçisinin tövsiyələrinə əməl etməyə çağırırıq”, – sənəddə deyilir. ABŞ …

Read More »

SON DƏQİQƏ: Muradov erməni cəsədlərini Bakıdan İrəvana apardı

Rusiyanın Cənub hərbi dairəsinin komandir müavini, general-leytenant Rüstəm Muradov Bakıdan İrəvana yola düşüb. Bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Sayt yazır ki, təyyarənin göyərtəsində son təxribat zamanı ölən erməni hərbçilərinin cəsədləri var. Lakin hava gəmisində heç bir hərbi əsir yoxdur. General Muradov Azərbaycan-Ermənistan sərhədinin Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənarda olan hissəsindəki vəziyyəti nizamlamaq üçün danışıqlar aparmaq niyyətindədir.

Read More »

Azərbaycan ABŞ-dakı beynəlxalq təhsil həftəsində təmsil olunur

ABŞ-ın Florida Beynəlxalq Universitetində (FIU) təhsil alan azərbaycanlı tələbələr Azərbaycanı beynəlxalq təhsil həftəsində təmsil ediblər. Boyukmillet.com xəbər verir ki, dünyanın bir çox ölkələrinin (İsrail, Somali, Kosta-Rika, Pakistan, Braziliya, Hindistan) aparıcı ali təhsil müəssisəsinin qatıldığı beynəlxalq təhsil həftəsində universitet rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər universitetlərdə təhsil alan tələbələr iştirak ediblər. Ölkəmiz beynəlxalq təhsil həftəsində “Land of fire …

Read More »

Rusiya və İsveçin XİN rəhbərləri Qarabağı müzakirə edəcəklər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə danışıqlar aparacaq. Boyukmillet.com xəbər verir ki, Linde üçün bu, təşkilatın sədri kimi Rusiya paytaxtına ikinci səfər olacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, görüşün gündəliyinə ATƏT-in cari işinə dair geniş spektrli məsələlər, o cümlədən bu ilin …

Read More »

Qüdrət Həsənquliyevin milyonluq mülkləri — ŞOK FOTOLAR

Azərbaycan Respublikası Konstitusiyasının 85 və 89-cu maddələri deputatların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Buna baxmayaraq, Milli Məclisin deputatlarının əksəriyyətinin böyük biznesi mövcuddur. Deputatlar içərisində elə şəxslər var ki, sərvətlərinin dəyəri yüz milyonlarla, milyardlarla ölçülür. Boyukmillet.com Demokrat.az-a istinadən xəbər ki, Azərbaycanda milyonçuya çevrilən deputatlar içərisində müxalifət partiya sədrləri də var. Məsələn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət …

Read More »

Üçüncü Qarabağ savaşı iddiası – növbəti səfərbərlik olacaqmı…

Son günlərdə Ermənistanın Azərbaycanla sərhəddə təxribatlarının sayını artırması, Şuşada erməni terrorçusunun üç azərbaycanlı hərbçisinin üzərinə qumbara atması, son olaraq da cəbhə bölgəsindəki savaş nəticəsində 7 hərbçimizin şəhid olması üçüncü Qarabağ savaşının qaçılmaz olması iddialarına səbəb olub. Doğrudur, son hadisələr səngiyib, atəşkəs əldə olunub, amma buna baxmayaraq, müharibənin hər an başlaya biləcəyini düşünənlər çoxluq təşkil edirlər.  Belə bir ərəfədə səfərbərlik ola …

Read More »

Naxçıvanda şəhid ehtiramla qarşılandı – FOTOLAR

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan və Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu.Lakin noyabrın 16-da Ermənistan dövlət sərhədində növbəti təxribat törədib. Ordumuz tərəfindən düşmən təxribatının qarşısı qətiyyətlə alınıb. Döyüş əməliyyatları zamanı 7 hərbi qulluqçumuz şəhidlik zirvəsinə …

Read More »

Ərdoğanla İsrail Prezidenti arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İshak Hersok arasında telefon danışığı olub. Boyukmillet.com “Habetürk”ə istinadən xəbər verir ki, dövlət başçıları ikitərəfli əlaqələri müzakirə ediblər. Həmçinin İsrail Prezidenti Türkiyədə R.T.Ərdoğanın iqamətgahının fotolarını çəkməkdə ittiham olunan israilli cütlüyün azadlığa buraxılmasında vacib rol oynadığına görə türkiyəli həmkarına təşəkkür edib. R.T.Ərdoğan isə İsraillə əlaqələrə əhəmiyyət verdiyini vurğulayıb.

Read More »

Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini yenidən atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Cavab atəşi ilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Read More »