Cümə , 10 Aprel 2026

autor

Türkiyə səfiri Ermənistanın təxribatları nəticəsində şəhid olan hərbçilərin yaxınlarına başsağlığı verib

“Daha 7 qardaşımız vətən uğrunda şəhid olub. Ailələrinə, döyüş yoldaşlarına və qardaş Azərbaycana başsağlığı verir, səbr diləyirik. Başımız sağ olsun”. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu barədə tviter səhifəsində paylaşım edib. Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub.

Read More »

Azərbaycan YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilib

YUNESKO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində YUNESKO İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. Boyukmillet.com xəbər verir ki, seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış 3 vakant yerlərdən birinə Azərbaycanın namizədliyi irəli sürülüb. Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan 143 səs toplayaraq Şuraya üzv seçilib. YUNESKO İcraiyyə Şurasına üzvlüyü dövründə Azərbaycan xüsusilə inkişaf etməkdə olan ölkələrdə YUNESKO-nun mandatının …

Read More »

Gəncədə Vətən müharibəsi şəhidinin adına inşa olunan bulağın açılışı olub

Gəncə şəhərində Vətən müharibəsi şəhidi Abbasquluyev Nadir Elçin oğlunun anım mərasimi keçirilib, adına inşa edilən bulaq-kompleksinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, Bağbanlar qəsəbəsində keçirilən mərasimdə şəhidin yaxınları, ziyalılar, hərbçi yoldaşları, qazilər, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib. Çıxış edənlər şəhidin döyüş yolundan, göstərdiyi şücaətdən danışıblar. Qeyd edək ki, Abbasquliyev Nadir Elçin oğlu 1995-ci ildə Gəncədə doğulub. O, 8 …

Read More »

Azərbaycan ilk dəfə YUNESKO-nun komissiya iclasına sədrlik edir

Parisdə YUNESKO Baş konfransının 41-ci sessiyası keçirilir. Baş konfrans çərçivəsində 17-19 noyabr tarixlərində konfransın Mədəniyyət Komissiyası öz işinə başlayır. Boyukmillet.com xəbər verir ki, YUNESKO-nun bütün üzv ölkələrinin və müşahidəçi statusunda olan təşkilatların da iştirak edəcəyi komissiyanın iclasına Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə sədrlik edəcək. Komissiyanın gündəliyində Büronun tərkibinin seçilməsi, 2022-2025-ci illər üçün büdcə layihəsi, mədəniyyət sahəsində proqramlar, 2022-2029-cu …

Read More »

Şəhid Elçin Əliyev Şirvan Şəhidlər Xiyabanında dəfn edilib

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçin Ramil oğlunun nəşi Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Boyukmillet.com xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı, onun silahdaşları, Şəhər İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində …

Read More »

Ermənistanın son təxribatı zamanı şəhid olmuş hərbi qulluqçu futbolçu olub

Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə keçmiş futbolçu olub. Boyukmillet.com xəbər verir ki, o, 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində milli assosiasiyanın keçirdiyi liqalarda iştirak edib. “Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin”, – AFFA-dan bildirilib. Qeyd edək ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycanın 7 …

Read More »

Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Müdafiə Nazirliyinin və İtaliya Baş Qərargahının nümayəndə heyətləri arasında ikitərəfli əməkdaşlıq planı üzrə qərargah görüşü keçirilib. Bu barədə  nazirlikdən məlumat verilib. Görüşdə Azərbaycan Ordusu ilə İtaliya Silahlı Qüvvələri arasında cari əməkdaşlığın vəziyyəti, perspektivlər, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. Sonda növbəti illər üzrə ikitərəfli əməkdaşlığın sahələri və fəaliyyətlər müəyyən edilib.

Read More »

Nikol Paşinyan: “Azərbaycanla sülh sazişi imzalamağa hazırıq”

“İrəvan Bakıya sülh sazişi imzalamağı təklif edib və edir”. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki “hökumət saatı” zamanı bildirib. “Biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və edirik də. Həmçinin bildirmişik ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib” – deyə Baş nazir qeyd edib. “Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq …

Read More »

Ombudsman Ermənistanın son təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı nəticəsində hərbi qulluqçularımızın şəhid olması və yaralanması ilə bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Dərin təəssüf hissi ilə bildiririk ki, 2021-ci ilin 16 noyabr tarixində Ermənistan tərəfinin Azərbaycanın dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribat nəticəsində Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olmuş, 10 nəfər isə yaralanmışdır. …

Read More »

Azərbaycan Ordusunun hava hücumundan müdafiə bölmələri Naxçıvanda məşq keçirib

Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində kompleks məşq keçirilib. Boyukmillet.com  xəbər verir ki, kompleks məşqə hava hücumundan müdafiə bölmələrinin bir nömrəli hazırlığa gətirilərək atəş və start mövqelərini tutması ilə başlanılıb. Şəxsi heyətin real döyüş şəraitində düşmənin hava hücum vasitələrinə qarşı peşəkarlıqla mübarizə aparmaq vərdişlərini təkmilləşdirmək üçün kompleks məşqə ordu aviasiyası da cəlb edilib. Plana əsasən …

Read More »