Cümə , 10 Aprel 2026

autor

Daşkəsən və Gəncədə Vətən Müharibəsi şəhidləri anılıb

Daşkəsən və Gəncədə Şuşa döyüşlərində şəhid olan Orxan Bəxtiyarovun və Tural İsmayılovun anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsi şəhidi, əsgər Bəxtiyarov Orxan Sərvər oğlunun anım günü Daşkəsən Şəhidlər Xiyabanında qeyd edilib. Anım mərasimində şəhidin ailə üzvləri, qazilər ictimaiyyət nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhid Orxan Bəxtiyarovun xatirəsi bir dəqiqəlik sükutla yad …

Read More »

KTMT: “Ermənistan-Azərbaycan sərhədindəki gərginlik siyasi və diplomatik yolla həll edilməlidir”

“Hesab edirik ki, münaqişə yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mətbuat katibi Vladimir Zaynetdinov bildirib. “KTMT vəziyyəti diqqətlə izləyir. Rəsmi olaraq katibliyə Ermənistan tərəfdən heç bir müraciət daxil olmayıb”, – o əlavə edib. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində …

Read More »

İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq mükafatları təqdim edilib

İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq mükafatlarının təqdimetmə mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Türkiyənin “BHS Group Media” şirkəti və Türkiyə Azərbaycan Strategiya və İqtisadiyyat Klubunun birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbir bu il dördüncü dəfə baş tutub. “Bir millət, iki dövlət” şüarı altında keçirilən mərasimdə ötən illərdən fərqli olaraq bu dəfə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü …

Read More »

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə telefon danışığı aparıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanasından məlumat verilib. Məlumata görə, danışıqlar zamanı ikitərəfli əlaqələr diqqət mərkəzində olub. “Danışıqlar zamanı regional mövzular və Türkiyə-Ukrayna münasibətlərini yaxşılaşdıracaq məsələlər müzakirə olunub”, – administrasiyada qeyd edilib.

Read More »

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Bu gün – noyabrın 17-i Azərbaycanda Milli Dirçəliş Günüdür. Boyukmillet.com xəbər verir ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da (keçmiş Lenin meydanı-red) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla …

Read More »

Robert Köçəryan Nikol Paşinyanı istefaya çağırıb

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəhbəri olduğu müxalif “Ermənistan” bloku baş nazir Nikol Paşinyanı istefaya çağırıb. Boyukmillet.com xəbər verir ki, ölkə sakinlərinə müraciət edən blokun rəhbərliyi bildirib ki, Nikol Paşinyanın istefası üçün bütün qüvvələrin bir araya gəlməsi, ölkədə yeni hakimiyyətin formalaşdırılması tələb olunur. Bəyanatda həmçinin qeyd edilib ki, Nikol Paşinyan hakimiyyəti insan qurbanlarına, parçalanmaya, xaosa gətirib çıxarır. “Vəziyyətin tam həlli …

Read More »

Ombudsman Ermənistanın törətdiyi təxribatlarla bağlı bəyanat yayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı təxribatlarla bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan Respublikasının dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətindəki yüksəklikləri ələ keçirmək məqsədilə Ermənistan hərbi birləşmələri 16 noyabr 2021-ci il tarixdə qəfil hərbi əməliyyata başlayıb. Azərbaycanın döyüş postlarının müxtəlif çaplı atıcı silahlardan və qumbaraatanlardan intensiv atəşə tutulması nəticəsində …

Read More »

Hulusi Akar: “Türkiyə həmişə olduğu kimi bu gün də Azərbaycanın yanındadır”

“Türkiyə həmişə olduğu kimi bu gün də Azərbaycanın yanındadır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığı zamanı deyib. Qeyd edək ki, noyabrın 16-da iki olkənin müdafiə nazirləri arasında telefon danışığı olub.

Read More »

Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

Noyabrın 16-sı Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akarla Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib. Cənab H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu …

Read More »