Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün V turun görüşləri keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, ilk 4 turu 3 qələbə və 1 heç-heçə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Rusiya ilə qarşılaşacaq. Hazırda hər iki komanda hərəyə 7 xalla 1 – 3-cü yerləri bölüşdürür. Qadın yığması isə Ukrayna ilə üz-üzə gələcək. Bu komandalar hazırda 6 xala malik 5 …
Read More »Putin: “Rusiya üçtərəfəli razılaşmaların ardıcıl yerinə yetirilməsi üçün addımlar atacaq”
“Rəsmi Moskva Qarabağda vəziyyətin sabitləşməsi üçün addımlar atmaqda davam edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı deyib. Putin Rusiyanın bundan sonra da regionda vəziyyətin sabitləşməsi və üçtərəfəli razılaşmaların ardıcıl şəkildə yerinə yetirilməsi üçün addımlar atacağını qeyd edib. “Vladimir Putinin qeyd etdiyi kimi, Rusiya vəziyyətin sabitləşməsinə kömək etmək və Rusiya vasitəçiliyi …
Read More »Quzey Kipr Türk Cümhuriyyəti yaranma gününü qeyd edir
2021-ci il noyabrın 15-i Quzey Kipr Türk Cümhuriyyətinin (KKTC) elan edilməsinin 38-ci ildönümünü qeyd edir. Boyukmillet.com xəbər verir ki, KKTC-nin yaranmasına həsr olunan bayram tədbirlərində Türkiyənin vitse-prezidenti Fuat Oktay da iştirak edib.Xatırladaq ki, 1974-cü ilin yayında Türkiyə Silahlı Qüvvələri Kiprdə sülhməramlı əməliyyat keçirib. Əməliyyat Türkiyənin dövrün baş naziri Bülənt Ecevit və baş nazirin müavini Necmettin Erbakanın şəxsi göstərişi ilə Kiprdə …
Read More »Peşə məktəblərinin tələbələrinə təqaüdlərin təyini və ödənilməsi qaydası dəyişib
Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, peşə təhsili müəssisələrinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydası dəyişib. Beləliklə, dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla …
Read More »Ağdam sakini minaya düşərək həlak olub
Ağdam sakini minaya düşərək həlak olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bu gün saat 17 radələrində rayonun Təzəkənd kəndində yerli sakin, 1981-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerində həlak olub. Faktla bağlı araşdırma aparılır.
Read More »Gorus-Qafan yolunda son durum: iranlı sürücülər azərbaycanlılardan razıdır, ermənilər isə yaxınlaşmır
Dövlət Sərhəd Xidmətinin (DSX) Azərbaycanın Ermənistanla sərhədində, Gorus-Qafan yolunun üzərində – Qubadlının Eyvazlı kəndində yenidən qurulan nəzarət-buraxılış məntəqəsinə mediatur təşkil olunub. Boyukmillet.com xəbər verir ki, nəzarət-buraxılış məntəqəsində DSX ilə yanaşı, Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları xidmət aparır. Media nümayəndələrinə məlumat verilib ki, postdan İran İslam Respublikasına məxsus nəqliyyat vasitələri gömrük nəzarət məntəqəsindən qeydiyyatdan keçdikdən sonra buraxılır. Bildirilib ki, …
Read More »Ombudsman Aİ-nin yeni nümayəndəsini mina problemləri barədə məlumatlandırıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyininyeni təyin olunmuş rəhbəriPeter Mixalkonu qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Ombudsman Səbinə Əliyeva qonağı salamlayaraq, 44 günlük İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə insan hüquqları sahəsindəki fəaliyyəti, mülki şəxslərin hədəfə alındığı yaşayış məntəqələrində faktaraşdırıcı missiyaları barədə məlumatları diqqətə çatdırıb. Müvəkkil müharibə dövründə Ermənistan tərəfindən insan hüquqlarının …
Read More »Əlahiddə Ümumqoşun Orduda gənc zabitlərin toplantısı keçirilib
Əlahiddə Ümumqoşun Orduda keçirilən təlim-metodiki toplantıya Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən gənc zabitlər cəlb edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Zabitlərin taktiki biliklərinin, qərar qəbuletmə bacarıqlarının artırılması və xidmətə düzgün istiqamətləndirilməsi üçün toplantının planına …
Read More »Gənclər və idman naziri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov müsabiqənin qalibi Ramtiq Alızadə ilə görüşüb. Görüşdə F.Qayıbov bu proqramın müsabiqə qalibəri üçün faydalı olacağına inandığını bildirib. Nazir qeyd edib ki, R.Alızadə, eləcə də digər müsabiqə qaliblərinin bilikləri və qazanmaqda olduqları təcrübə həm özləri, həm də …
Read More »Hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı komissiyanın tərkibi dəyişib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” fərmanda dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, fərmanda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sözləri Azərbaycan Ordusunun sözləri ilə əvəz edilib. Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin.2-ci hissəsinin ikinci – səkkizinci abzasları aşağıdakı redaksiyada verilsin: “Komissiyanın sədri Azərbaycan Respublikasının maliyyə naziri Komissiyanın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar