Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sosial şəbəkə səhifələrində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx paylaşılıb. Boyukmillet.com xəbər həmin videonu təqdim edir.
Read More »Azərbaycan Prezidenti Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı xalqlarımızı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini deyərək, səfirin ölkəmizdə fəaliyyəti dövründə bunun şahidi olacağına əminliyini bildirdi, xalqlarımız arasında münasibətlərin dövlətlərarası …
Read More »Abbas Əraqçi: İran nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazırdır – YENİLƏNİB
İran nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazırdır, lakin ölkəni dinc nüvə enerjisini inkişaf etdirmək üçün qanuni hüquqlarını məhdudlaşdıran şərtləri qəbul etməyəcək. Boyukmillet.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. “Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almağı nəzərdə tutan istənilən razılaşmaya hazırıq. Lakin sazişin məqsədi İranı qanuni hüquqlarından (dinc məqsədli nüvə enerjisini inkişaf etdirməkdən) …
Read More »Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilir
Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir. Bu barədə “Report”un Cənub bürosu xəbər verir. Görülən müvafiq tədbirlər nəticəsində, yeddi nəfər diplomatik heyətin ailələri daxil olmaqla, ümumilikdə 28 Qırğızıstan Respublikasının vətəndaşı İrandan Azərbaycana gəlib. Qırğızıstanın İrandakı səfirliyinin əməkdaşlarından ibarət ikinci qrup bu yaxınlarda təxliyə ediləcək. İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait …
Read More »Türkiyədə yük maşınının ot bağlamalarının arasında 31 qanunsuz miqrant aşkarlanıb
Türkiyənin Hatay vilayətində yük maşınının qoşqusunda ot bağlamalarının altında gizlənmiş 31 qanunsuz miqrant aşkar edilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə “Haber Global” məlumat yayıb. Məlumata görə, qanunsuz miqrantlar Antakya- Altınözü istiqamətində hərəkət edən yük maşınında polislər tərəfindən aparılan axtarış zamanı müəyyən edilib. Yük maşınının sürücüsü B.K. polis tərəfindən saxlanılıb. Qanunsuz miqrantlar deportasiya edilmək üçün vilayətin Miqrasiya Mərkəzinə təhvil verilib.
Read More »İsrail İranın Müdafiə Nazirliyinin qərargahına zərbə endirib
İsrailin Hərbi Hava Qüvvələri İranın Müdafiə Nazirliyinin Tehrandakı qərargahına zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb. Hücum Nobaniad rayonunda baş verib, inzibati binalardan birinə cüzi ziyan dəyib. Eyni ərazidə Müdafiə Araşdırmaları Təşkilatı daha bir hücuma məruz qalıb.
Read More »Azərbaycanda Milli Qurtuluş Günüdür
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. Boyukmillet.com xatırladır ki, 32 il əvvəl – Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub. Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə …
Read More »AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini artırır. Bu barədə AZAL-dan bildirilib. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq artıq əlavə reyslər planlaşdırılıb. İyun ayında bayram günləri ilə əlaqədar uzunmüddətli istirahət dövründə bu marşrut üzrə uçuşların sayı daha da artırılacaq: bəzi günlərdə reyslərin sayı 12-yə çatacaq. Tələbatın …
Read More »Türkiyənin hakim partiyasının nümayəndə heyəti Bakıda
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının üzvləri , sədr müavini Efkan Alanın rəhbərliyi ilə Azərbaycana səfər edib. Partiyanın üzvləri Bakıda Şəhidlər Xiyabanını ziyarət edib. Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik əlaqələrini tənzimləyən Şuşa Bəyannaməsinin 4-cü ildönümü tədbirləri çərçivəsində Azərbaycanda olan Ala və onu müşayiət edən nümayəndə heyəti əvvəlcə mərhum Prezident Heydər Əliyevin məzarını ziyarət ediblər. Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini …
Read More »İran İsrailin müttəfiqlərinin regional bazalarını vurmaqla hədələyib
İran rəsmi olaraq ABŞ, Fransa və Böyük Britaniyaya İsrailə qarşı daha genişmiqyaslı zərbələr endirəcəyini bildirib. Bu barədə Boyukmillet.com İranın “Mehr News” agentliyinin məlumatına istinadən xəbər verir. “İranın İsrailə zərbələrinin dəf edilməsində iştirak edən istənilən ölkə şərik hesab olunacaq. Bu dövlətin bütün regional bazaları, o cümlədən Fars körfəzi ölkələrindəki hərbi obyektləri, Fars körfəzi və Qırmızı dənizdəki gəmi və hərbi gəmiləri İran Silahlı Qüvvələrinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar