Cümə , 10 Aprel 2026

autor

İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım nümayəndə heyəti adından Prezident İlham Əliyevi və Azərbaycan xalqını tarixi Zəfər Günü münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb. Dövlətimizin başçısı təbrikə və xoş arzulara görə minnətdarlığını bildirib. Görüşdə Vətən müharibəsində …

Read More »

XİN: “Ermənistan Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq istəyir və üçtərəfli bəyanatı pozur”

“Ermənistan müdafiə nazirinin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etməsi qarşı tərəfin növbəti təxribat əməlidir”. Bunu “Report”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. “Baş verənlər onu göstərir ki, Ermənistan tərəfi bilərəkdən vəziyyəti gərginləşdirmək məqsədi güdür. Bu addımların 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın birinci ildönümü ərəfəsində atılması isə Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq məqsədinə xidmət …

Read More »

Azərbaycan XİN ermənilərin Şuşa yaxınlığında törətdikləri insidentlə bağlı iddialara cavab verib

“İlk növbədə vurğulamaq istərdik ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əraziləri ilə bağlı hər hansı açıqlama verməyə heç bir siyasi, hüquqi və mənəvi əsası yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. Ermənistan XİN-nin 8 noyabr tarixində Şuşa yaxınlığında baş verən insident ilə bağlı açıqlamasının şərh edən XİN rəsmisi bildirib: “Sözügedən …

Read More »

Azərbaycanın hərbi dənizçiləri NATO qiymətləndirilməsi təlimində iştirak edib

Türkiyədə keçirilən “Doğu Akdeniz-2021” çoxmillətli dəniz təlimində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin Gəmi Axtarış Qrupunun 2-ci səviyyəli qiymətləndirilməsi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Gəmi Axtarış Qrupunun qiymətləndirilməsi çoxmillətli qiymətləndiricilər tərəfindən həyata keçirilib və NATO-nun Hərbi Dəniz Qüvvələri Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən izlənilib. Təlimdə şərti terrorçu …

Read More »

Azərbaycan Ordusunun kapitanı Türkiyədə bədbəxt hadisə nəticəsində vəfat edib

Azərbaycan Ordusunun zabiti Türkiyədə bədbəxt hadisə nəticəsində vəfat edib. Müdafiə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Türkiyədə komando kursunda iştirak edən hərbi qulluqçu – kapitan Quliyev Rafiq Cərulla oğlu təlim-məşqlər bitdikdən sonra şəhərdə olarkən bədbəxt hadisə baş verib. Belə ki, ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan R.Quliyev dərhal xəstəxanaya təxliyə edilib, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün …

Read More »

Qafanda ermənilərlə Rusiya hərbçiləri arasında insdent olub, yaralanan var

Ermənistanın Qafan şəhərində yanacaqdoldurma məntəqəsinin işçisi ilə Rusiya hərbçiləri arasında insident olub. Boyukmillet.com “shamshyan.com” saytına istinadən xəbər verir ki, Rusiya vətəndaşları – 41 yaşlı Yevgeni Qalanov, 41 yaşlı Yevgeni Dyanov və 50 yaşlı Pyotr Qorbulyakla Qafan sakinləri – 40 yaşlı Armen Avanesyan arasıda mübahisə olub. Nəticədə A.Avanesyan başından yaralanıb. Onu hospitala yerləşdiriblər. Daha sonra naməlum şəxslər polisə rusiyalı əsgərlərin sakinlərlə mübahisə …

Read More »

Zakir Həsənov Rusiyaya səfərə gedib

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 9-da Rusiyanın paytaxtı Moskvaya yola düşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir. Toplantı noyabrın 10-da keçiriləcək.

Read More »

Hulusi Akar Türkiyə-Azərbaycan-Pakistan-Gürcüstan əməkdaşlığının hədəflərini açıqlayıb

“Müharibə zamanı Azərbaycan və Türkiyənin yanında üçüncü bir ölkə olaraq Pakistan dayanmışdı”. Boyukmillet.com-un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov birgə keçirdiyi mətbuat konfransında deyib. “Pakistanlı bütün qardaşlarımıza buradan təşəkkürlərimizi bildiririk. Onlarla birlikdə bu hadisələr çərçivəsində hərbi təhlükəsizlik və təlim sahəsində əməkdaşlığımızı artırmaq üçün fəaliyyətimizi davam etdiririk. Qarşıdakı günlərdə bunların da …

Read More »

Ceyhun Bayramov Fransaya gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın paytaxtı Paris şəhərinə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. İşgüzar səfər çərçivəsində xarici işlər nazirinin YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak və çıxış etməsi, həmçinin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Read More »

Azərbaycan filmi Tokio Film Festivalında mükafata layiq görülüb

Azərbaycan filmi 34-cü Tokio Beynəlxalq Film Festivalının laureatı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə film festivalının rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, Hilal Baydarovun rejissoru olduğu “Durna Çırağı” filmi bədii töhfəsinə görə festivalın mükafatına layiq görülüb. Qeyd edək ki, Tokio Film Festivalınının müsabiqə proqramına Azərbaycan, Albaniya, İran, Qazaxıstan, Çin, Cənubi Koreya və Yaponiyadan ümumilikdə 15 film təqdim edilib. Bu il münsiflər heyətinin sədri …

Read More »