Cümə , 10 Aprel 2026

autor

Türkiyə kəşfiyyatı İraqda əməliyyat keçirib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında əməliyyat keçirib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, MİT Metina məntəqəsində iki əməliyyat gerçəkləşdirib. Əməliyyat nəticəsində bölgədə təhlükəsizlik qüvvələrinə hücuma hazırlaşan PKK-nın 5 terrorçusu zərərsizləşdirilib. Qeyd edilir ki, Türkiyə kəşfiyyat xidmətləri İraqın şimalında əməliyyatlarını davam etdirir. Xatırladaq ki, 1984-cü ildə ortaya çıxan PKK silahlıları Türkiyədə minlərlə dinc sakini, həmçinin təhlükəsizlik qüvvələrinin əməkdaşlarını …

Read More »

Milli Qəhrəman Şükür Həmidovun şəhid olmasından bir il ötür

Bu gün Azərbaycan Ordusunun İkinci Korpusunun komandir müavini, Milli Qəhrəman, polkovnik Şükür Həmidovun şəhid olmasından bir il ötür. Boyukmillet.com xəbər verir ki o, 2020-ci ilin oktyabrın 22-də Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ş.Həmidov İkinci Şəhidlər xiyabanında dəfn edilib. Qeyd edək ki, Şükür Nəriman oğlu Həmidov 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub. 1982-ci ildə Qubadlı rayonunun …

Read More »

Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən bir il ötür

Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının birinci ildönümüdür. Boyukmillet.com xəbər verir ki, ötən ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub. Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb. Ötən ilin bu günü həmin müjdəni Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər …

Read More »

Azərbaycanda daha 2 005 nəfər koronavirusa yoluxub, 20 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 005 yeni yoluxma faktı qeydə alınıb, 1 011 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 509 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 481 696 nəfər müalicə olunaraq sağalıb, 6 829 nəfər vəfat edib. 21 …

Read More »

Vətən Müharibəsi Qəhrəmanının anım mərasimi keçirilib

Ağstafada Dövlət Sərhəd Xidmətinin (DSX) şəhid baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin xatirəsi yad edilib. Boyukmillet.com xəbər verir ki, anım mərasimi şəhidin vaxtilə yaşadığı rayonun Böyük Kəsik kəndində keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, rayonun rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Mərasimdə A.Yusiflinin döyüş yolundan danışılıb, onun İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq və …

Read More »

XİN Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırdığı iddiaların detallarını açıqlayıb

Xarici İşlər Nazirliyi Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi ilə bağlı cari vəziyyətə dair məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir: “Vətən müharibəsindən sonra Azərbaycan Respublikası 30 ilə yaxın müddət ərzində öz suveren ərazilərinin Ermənistanın qanunsuz hərbi işğalından irəli gələn müxtəlif beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib. Əvvəlcədən qeyd etmək vacibdir ki, bu …

Read More »

Moskvada Qarabağdakı vəziyyət müzakirə olunacaq

Oktyabrın 22-də Rusiya xarici işlər naziri Sergey Lavrovun BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitlə görüşü zamanı Qarabağdakı vəziyyət də müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib: “BMT xəttilə Suriyada, Əfqanıstanda, Efiopiyada, Ukraynada humanitar yardım məsələlərinə, habelə Qarabağdakı vəziyyətə dair müzakirə aparmaq nəzərdə tutulur”.

Read More »

Müdafiə Nazirliyi: “Hazırda 6 hərbçi itkin düşmüş sayılır”

Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb. Boyukmillet.com xəbər verir ki, oktyabrın 21-dək itkin düşmüş hesab olunan 6 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub. “İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir”, – nazirlikdən bildirilib. Xatırladaq ki, Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi …

Read More »

Vətən müharibəsi şəhidlərinin yeni siyahısı açıqlanıb

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından oktyabrın 21-dək dəfn edilən 2908 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 6 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub. Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi …

Read More »

Ərdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş edəcək

“Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma inşallah Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandıran zaman deyib. Türkiyə dövlət başçısı bildirib ki, səfərlə əlaqədər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr aparıb: “Bu mövzuyla bağlı qardaşım İlham Əliyevlə də müzakirə aparmışıq. Səfər çərçivəsində hava limanı, …

Read More »