Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun tikintisi barədə məlumat verildi. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirdi ki, yolun tikintisi Prezident İlham Əliyevin bu ilin avqustunda imzaladığı Sərəncamla təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin …
Read More »İlham Əliyev Füzulinin Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlini qoyub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq “Ağıllı kənd” layihəsi ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma layihə haqqında məlumat verdi. Yaşıl və alternativ enerjinin, “ağıllı idarəetmə” sisteminin tətbiq ediləcəyi “Ağıllı kənd” layihəsinə əsasən üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə …
Read More »Prezident İlham Əliyev xalqa müraciət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Əziz həmvətənlər! Sizi xalqımızın dövlətçilik ənənələrinin yenidən dirçəldilməsinin – müstəqilliyimizin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm. 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan …
Read More »Türkiyə səfirliyi Azərbaycanı təbrik edib
Türkiyə səfirliyi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə ölkəmizi təbrik edib. Boyukmillet.com xəbər verir, təbrikdə deyilir: “Kədər, əzab və göz yaşı. 20 Yanvar qətliamı, Xocalı soyqırımı və işğallar. Şərəfli mübarizə və müstəqillik. Uğur və daim rifah içində yaşa, Azərbaycan. Müstəqilliyinin bərpasının otuzuncu yaşı mübarək olsun!”
Read More »Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, oktyabrın 17-də rayonun Binə kəndi ərazisində təyin edilən nəzarət postunda Göygöl rayon sakini Ariz Abdullayevin idarə etdiyi “Kamaz” markalı avtomobil prosedur qaydasına uyğun olaraq saxlanılıb. Yoxlama zamanı A.Abdullayevin sərnişinləri – Göygöl rayon sakini …
Read More »Qətərin XİN başçısı Azərbaycana rəsmi səfərə gəlib
Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani Azərbaycanda rəsmi səfərdədir Boyukmillet.com xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək. Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.
Read More »Türkiyə səfiri Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü Şəhriyarın şeiri ilə təbrik edib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tviter səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ilini ürəkdən təbrik edirik. Müstəqilliyiniz və qardaşlığımız əbədi olsun. “Könlüm quşu qanad çalmaz, Sənsiz bir an, Azərbaycan” (Şəhriyar)”, – paylaşımda bildirilib. Kardeş Azerbaycan’ın bağımsızlığının yeniden kazanılmasının 30.yılını canı gönülden kutluyoruz.Bağımsızlığınız ve kardeşliğimiz ebedi olsun.“Könlüm quşu …
Read More »XİN: “Azərbaycanın müstəqilliyinin bərpasının 30 yaşını ləyaqətlə qeyd edirik”
“Tarixi Zəfərimizin ilk ilində Azərbaycanın müstəqilliyinin bərpasının 30 yaşını ləyaqətlə qeyd edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva tviter səhifəsində etdiyi paylaşımda bildirib. “Müstəqilliyimiz əbədi, tərəqqimiz bol, qüdrətimiz hər zaman uca olsun! 30 illiyin mübarək müstəqil Azərbaycan!”- XİN rəsmisi qeyd edib. Today marks the 30th Anniversary of the restoration of the independence …
Read More »İtalyanın Romanelli mağarasında Qobustan qayaüstü təsvirlərinə bənzəyən nadir sənət əsərləri tapılıb
İtalyanın Romanelli mağarasında Daş dövrünə aid nadir təsviri sənət əsərləri tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Antiquity” jurnalı məlumat yayıb. Tədqiqatçılar Homo sapienslərin 14-11 min il bundan əvvəl burada yaşadıqlarını təsbit ediblər. Qeyd edək ki, ilk dəfə elm adamları mağarada qayaüstü rəsmləri 1905-ci ildə müəyyən ediblər. Ancaq hazırki əhəmiyyətli kəşflər bu gün aşkarlanıb. Romanelli mağarası haqqında ətraflı araşdırma 2016-cı ildə …
Read More »“Google” Azərbaycanda Müstəqilliyin Bərpası Gününə dudl həsr edib
“Google” axtarış saytının əsas səhifəsi Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 illiyinə həsr edilib və əlamətdar hadisə üçün dudl hazırlayıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın bayrağını klik edəndə “Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə bağlı məlumatların yer aldığı səhifələrə keçid baş verir. Xatırladaq ki, dudl Google axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar