Cümə , 10 Aprel 2026

autor

Naxçıvan Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb

“Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs yaradılıb. Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bununla bağlı fərman imzalayıb. Məqsəd muxtar respublikada strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizatın formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarı qısamüddətli mənfi təsirlərdən qorumaqdır. Fərmanla “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli …

Read More »

İsmayıllıda Vətən müharibəsində şəhid olmuş müəllimin ailəsi ziyarət edilib

Təhsil nazirinin müavini Firudin Qurbanov, mətbuat nümayəndələri İsmayıllıya mediatur çərçivəsində 44 günlük Vətən müharibəsində şəhid olmuş şəhərin 3 nömrəli məktəb-liseyinin tarix müəllimi Famil Əhmədzadənin ailəsini ziyarət edib. “Report”un İsmayıllıya ezam olunan əməkdaşı xəbər verir ki, bu gün şəhidin anım günüdür. Şəhidin ailə üzvləri ilə görüşən nazir müavini F.Qurbanov xatırladıb ki, Vətən müharibəsində 20 təhsil işçisi qəhrəmancasına vuruşaraq şəhid olub: “Şəhid …

Read More »

Füzuli istiqamətində qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirilib

Oktyabrın 14-də Füzuli rayonu istiqamətində kəşfiyyat məqsədilə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilərək ələ keçirilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Read More »

Samir Adıgözəlli: “İran rejimi bunun fərqinə varmalıdır ki, nə şallaqlama, nə həbs etmə, nə də zorakılıqla onların qəlbinə, arzularına, Qarabağ Azərbaycandır nidasına, sevgisinə qandal vura bilməz”

Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə mollakrat-fars rejiminin dincliyini elə pozub ki, rejim təmsilçiləri özlərinə yer tapa bilmir. Son 11 ayda İran tərəfdən Azərbaycana qarşı aparılan şər-böhtan, hədə-hədyan kampaniyaları günü-gündən dərinləşir. Sosial şəbəkələrdə və elektron KİV-də yayılan məlumatlara görə, İranda “Qarabağ Azərbaycandır” deyənə şallaq və həbs cəzası kəsilir. Onu da vurğulayaq ki, həm müharibə vaxtı, həm də indi Təbrizdə, Ərdəbildə, …

Read More »

Azərbaycanın Quru Qoşunları komandanı Türkiyənin ordu generalı ilə görüşüb

Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev oktyabrın 14-də “Avrasiya sülhü – 2021” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Musa Avsever ilə görüşüb. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, iki qardaş ölkənin birgə təlimlərinin …

Read More »

Müdafiə Nazirliyi hospitalın əməkdaşı iddia edilən şəxslə bağlı məlumatlara aydınlıq gətirib

“Bəzi kütləvi informasiya vasitələrində guya Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında çalışan Əliyeva Hürnisə adlı şəxsin Vətən müharibəsində sağlamlığını itirən hərbi qulluqçulardan Forma-11 adlı sənədin təqdim edilməsi müqabilində müxtəlif məbləğdə pul tələb edilməsi barədə yalan məlumat yayılıb”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, məlumatda göstərilən ad və soyadda hərbi qulluqçu Baş Kliniki Hospitalında xidmət etmir: …

Read More »

Vətən müharibəsində 24 ermənini məhv edən şəhid mayorun xatirəsi anılıb

Bu gün Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun anım günüdür. Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, Xətai Rayon İcra Hakimiyyətinin (RİH) təmsilçiləri şəhidin yaşadığı ərazidə yerləşən xatirə lövhəsini və II Fəxri xiyabanda məzarını ziyarət ediblər. Mərasimdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. Daha sonra …

Read More »

Türkiyə prezidentinin Azərbaycana səfər edəcəyi tarix açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfər noyabrın 8-də – Qarabağ Zəfərinin birinci ildönümündə baş tutacaq. “Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşadan növbəti dəfə birlik mesajı verəcəkləri gözlənilir”, – məlumatda bildirilib.

Read More »

Xüsusi ehtiyat fondlarının vergiyə cəlb olunması qaydası müzakirə edilib

“Azərbaycan Banklar Assosiyası” (ABA) İctimai Birliyinin Risklərin İdarə Edilməsi Ekspert Qrupunun növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABA məlumat yayıb. Məlumatda deyilir ki, görüşdə “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası” ilə əlaqədar bağlı fikir mübadiləsi aparılıb.

Read More »

Prezident Abşeronda yol tikintisinə 3,3 milyon manat ayırıb

Prezident İlham Əliyev “Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (33 km)–Pirəkəşkül avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla Bakı–Şamaxı–Yevlax (33 km)–Pirəkəşkül avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Read More »