“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu ilin yanvar-iyun ayları ərzində neytral vasitəçi qismində iştirakı ilə döyüşlər baş vermiş ərazilərdə meyitlərin axtarışı və götürülməsi üçün 182 əməliyyat təşkil edib”. Boyukmillet.com xəbər verir ki, bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. Onun sözlərinə görə, 283 bioloji referent nümunəsi 1990-ci illərdə itkin düşən şəxslərin 118 ailəsindən toplanıb: “3 müşayiətçi bioloji referent nümunələrinin toplanması …
Read More »Bakıda avtobus qəzası: Ölən və yaralananlar var
Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumatına görə, Mərdəkan istiqamətində hərəkət olan 99 DH 343 DQN-lı “Shacman” markakı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən …
Read More »Əhməd Obalı “VECON CONSULTING”i ziyarət edib – FOTOLAR
“Günaz TV”nin qurucusu, azərbaycanlı fəal, siyasi mühacir Əhməd Obalı “VECON CONSULTING” şirkətini ziyarət edib. Boyukmillet.com xəbər verir ki, hazırda ABŞ-da yaşayan siyasi dissidenti salamlayan “VECON CONSULTING”in təsisçisi və direktoru Vüqar Oruc şirkətin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. O deyib ki, rəhbəri olduğu şirkət 2010-cu ildə dövlət qeydiyyatından keçib. Hazırda ölkəmizin 11 regionunda nümayəndəliyi olan “VECON CONSULTING” Azərbaycanın aparıcı maliyyə …
Read More »Samir Adıgözəlli:Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər bəşəri əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı zamanı deyib ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünməlidir. Dövlət başçısı bildirib: “Biz COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik. BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama …
Read More »Ermənistanda hərbi hissənin ərazisi satılıb
Ermənistanın Lori vilayətində yerləşən hərbi hissənin ərazisi qanunsuz olaraq satılıb. Boyukmillet.com “Aysor”a istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadi cinayətlər və korrupsiyaya qarşı mübarizə üzrə Polis İdarəsinin hesabatında bildirilib. Hesabata əsasən, Ermənistan Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi vilayətin Stepanavan rayonunun Surb Nşan küçəsində yerləşən hərbi hissənin ərazisindəki 6 hektar sahəni xidməti maraqlara zidd olaraq satıb. Həmin ərazinin keçmiş hərbi hissəyə …
Read More »Prezident İlham Əliyev Tayhu Dünya Mədəniyyət Forumunun iştirakçılarına müraciət edib
Çinin Benbu şəhərində Tayhu Dünya Mədəniyyət Forumunun 6-cı illik konfransı başlayıb. Boyukmillet.com xəbər verir ki, Çində mədəniyyət sahəsində ən böyük tədbir olmaqla yanaşı, dünyada da bu istiqamətdə nüfuzlu müzakirə platformalarından olan Tayhu Forumunun builki devizi “Sivilizasiyaların qarşılıqlı öyrənilməsi: bəşəriyyət üçün birgə gələcəyin qurulması”dır. Forumun tarixində ilk dəfədir bir dövlət “Fəxri qonaq ölkə” statusunda iştirak edir. Son illər dünyada nüfuzu sürətlə …
Read More »Azərbaycanla NATO arasında tərəfdaşlıq məsələləri müzakirə edilib
Oktyabrın 12-də Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Baş Qərargah rəisi qonağı salamladıqdan sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra Azərbaycan Ordusunda döyüş …
Read More »Azərbaycan idmançısı Dubayda qızıl medal qazanıb
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan Azərbaycanın yeniyetmə idmançısı Qacar Mirzə Dubayda təşkil olunan “Muay Tay Gənclər Çempionatı”nın qızıl medalını qazanıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, turnirdə ümumilikdə 5 döyüş keçirən 15 yaşlı idmançı bütün görüşlərdə müvəffəqiyyətlə çıxış edərək, rəqiblərinə qalib gəlib. Qeyd edək ki, Qacar Mirzə 2006-cı il mayın 11-də Bakıda anadan olub. Kiçik yaşlarından idmanın üzgüçülük, …
Read More »Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək
Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək. Bu barədə Boyukmillet.com TASS-a istinadən xəbər verir. Bildirilib ki, görüş videokonfrans formatında keçiriləcək.
Read More »Azərbaycanda koronavirusa yoluxma kəskin artdı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1277 yeni yoluxma faktı qeydə alınıb, 853 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar