Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya onun ölkəsinə qarşı yalnız müharibə uzun illər davam etsə və Qərbin sanksiyaları olmasa qalib gələ bilər. Boyukmillet.com-un xəbərinə görə, bu barədə o, “ABC News” telekanalına müsahibəsində bildirib. “Dünyada birlik olsa və dünya bizim tərəfimizdə olsa, Putin müharibədə hec cür qalib gələ bilməz. Bu, mümkün deyil. Buna görə də o, ancaq çox-çox, uzun illər …
Read More »Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – PROQNOZ
İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq. İyunun 9-da Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, …
Read More »DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib
Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!
Read More »Paşinyan Ter-Petrosyanın katolikosla görüşünə reaksiya verib: Özü kimi fırıldaqçını dəstəkləyir
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın Bütün Ermənilərin Katolikosu II Qareginə hökumətlə gərginlik fonunda dəstəyini şərh edib. Boyukmillet.com xəbər verir ki, Paşinyan müvafiq paylaşımı öz teleqram kanalında edib. “Levon Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması təcrübəsinin banisidir və o, əlbəttə ki, özü kimi populist-fırıldaqçı və dələduzu dəstəkləməlidir”, – o yazıb. Qeyd edək ki, iyunun 7-də Ermənistanın ilk prezidenti …
Read More »Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. “Bu gün 7 iyundur. Ermənistanın növbəti parlament seçkilərinə düz bir il qalıb. Seçki 2026-cı il iyunun 7-də keçiriləcək”, – A.Simonyan bildirib.
Read More »Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib – RƏSMİ
Tovuz rayonunda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümumtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılıb: “Bu video mayın 24-də qeyri-iş günü məktəbdənkənar ərazidə çəkilib, valideynlərin şəxsi təşəbbüsü …
Read More »Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Türkiyədən gətirilmiş 20,4 ton pomidoru ölkəyə buraxmayıb. Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, iyunun 4-də “Rosselxoznadzor”un Cənub Vilayətlərarası İdarəsinin mütəxəssisləri “Tuapse” dəniz limanında fitosanitar karantin nəzarəti həyata keçirib. Məhsullar ixracatçı ölkənin bitki karantini və mühafizəsi üzrə milli təşkilatının verdiyi fitosanitar sertifikatlarla müşayiət olunub. Yoxlama zamanı pomidor partiyalarında tərəvəz bitkiləri üçün …
Read More »Ermənistanın müxalif parlament fraksiyası Paşinyanın impiçment prosesini başlatmağa qərar verib
Ermənistanın müxalif parlament fraksiyası – “Şərəfim var” baş nazir Nikol Paşinyana qarşı impiçment prosesini başlatmağa və bu posta Masis şəhərinin meri David Ambartsumyanın namizədliyini irəli sürməyə qərar verib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə fraksiyanın bəyanatında deyilir.
Read More »Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Azərbaycanda iyunun 6-da 16 kiloqramdan çox narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 6-da ümumi çəkisi 16 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 84 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 5000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Read More »MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Azərbaycan Müdafiə Nazirliyi (MN) Türkiyənin İstanbul şəhərində yerləşən Şimali Atlantika Müqaviləsi Təşkilatının Dəniz Təhlükəsizliyi Mükəmməlliyi Mərkəzində (NATO DTMM) iyunun 2-də Azərbaycanın Dövlət Bayrağının qaldırılması mərasimi barədə məlumat yayıb. MN-dən verilən məlumata görə, Mərkəzin şəxsi heyətinin iştirak etdiyi mərasimdə Azərbaycanın Dövlət Himninin sədası altında Dövlət Bayrağı qaldırılıb. Mərasimdə çıxış edən NATO DTMM-nin rəisi 1-ci dərəcəli kapitan Mehmet Cengiz Ekren dəniz təhlükəsizliyinin qlobal ticarətdə, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar