Cümə , 10 Aprel 2026

autor

XİN Hadrutun işğaldan azad olunduğu günlə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin birinci ili ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “9 oktyabr, 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Hadrut qəsəbəsində üçrəngli bayrağımızı ucaltdı”.

Read More »

Ukraynalı nazir azərbaycanlı gəncləri fəal əməkdaşlığa çağırıb

Ukraynanın gənclər və idman naziri Vadim Qutsayt Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev ilə görüşüb. Boyukmillet.com “Report”un Şərqi Avropa bürosuna istinadən xəbər verir ki, görüş zamanı R. Tağıyev etnik azlıqların, o cümlədən azərbaycanlıların son zamanlar həyata keçiridyi yeni layihələr barədə məlumat verib. O qeyd edib ki, xüsusilə Ukraynanın mədəni və sosial həyatında daha sıx …

Read More »

İctimai Şuralara vahid platforma yaradıldı – Azərbaycanda ilk + Fotolar

Oktyabrın 8-də Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platformanın – “ictimaishura.az” saytının təqdimatı keçirilib.Boyukmillet.com xəbər verir ki, tədbirin moderatoru, layihə eksperti Cəsarət Hüseynzadə diqqətə çatdırıb ki, bu platforma ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “FHI 360”, “ICNL və MG Consulting” təşkilatları ilə birgə əməkdaşlıqda həyata keçirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti – ECSOFT” proqramı çərçivəsində “İctimai Şuralar üçün …

Read More »

Müqəddəs zəfər yürüşünün bir ili

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu təxribat törətməsinin ardınca Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi, təxminən, otuzillik işğala son qoyulması və ərazi bütövlüyümü­zün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu il sentyabrın 27-də Anım Günüdə müqəddəs zəfər …

Read More »

Yüksək texniki peşə təhsilini bitirən şəxslərə subbakalavr ixtisas dərəcəsi veriləcək

Yüksək texniki peşə təhsilini bitirən şəxslərə orta ixtisas təhsili pilləsini (kollec) bitirən şəxslərə bərabər tutulan subbakalavr ixtisas dərəcəsi veriləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Peşə təhsili haqqında” qanuna dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, yüksək texniki peşə təhsilini bitirmiş şəxslərə orta ixtisas təhsili pilləsini bitirmiş şəxslərə bərabər tutulan subbakalavr ixtisas dərəcəsinin verilməsi və və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul …

Read More »

Azərbaycanda peşə təhsili haqqında dövlət sənədi ilə universitetə daxil olmaq mümkün olacaq

Azərbaycanda “Təhsil haqqında” qanuna dəyişiklik edilir. Boyukmillet.com xəbər verir ki, qanuna yeni bənd əlavə olunur. Yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.

Read More »

Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Norveçin paytaxtı Oslodakı dünya çempionatında Azərbaycanın daha 3 yuna-Roma güləşçisi mübarizəyə başlayıb. Boyukmillet.com xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Murad Məmmədov ardıcıl olaraq Kriştian Keçkemeti (Macarıstan) və Aydos Sultangaliyə (Qazaxıstan) qalib gəlib. Ayata Suzukini (Yaponiya) də məğlub edən Məmmədov yarımfinala yüksəlib. 97 kq-dakı Murad Lokyayev Pontus Lundu (İsveç) yensə də, Vilius Laurinaitisə (Litva) yenilib. Stepan Davidə (Çexiya) qalib gələn Beka …

Read More »

Goranboyda baş mühasib direktoru iş otağında qətlə yetirib

Oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Goranboy Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova …

Read More »

Ekspert: “Azərbaycan Cənubi Qafqazda ən güclü oyunçu olduğunu dünyaya göstərdi

“İkinci Qarabağ müharibəsində qələbə Azərbaycanın imicini dəyişdi. Rəsmi Bakı müasir, savadlı və Cənubi Qafqazda ən güclü oyunçu olduğunu bütün dünyaya nümayiş etdirdi”. Bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel bildirib. “Bu, Vətən müharibəsində böyük qələbə idi. Bu, bəşər tarixində ən müasir müharibə idi. Həm də bu müasirlik təkcə zaman baxımından deyil, həm də istifadə edilən texnologiyalara …

Read More »

Zakir Həsənov Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesi ilə görüşüb

Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın Müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətində ona uğurlar arzulayıb. Ölkəmizdə hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən general-mayor Z.Yalçın Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə …

Read More »