“Həyat, deyəsən gözəldir” tammetrajlı bədii filminin Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeron yarımadasında iki aydan artıq müddətdir ki, həyata keçirilən çəkilişləri yekunlaşıb. “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, rejissoru, Xalq artisti Vaqif Mustafayev olan film, erməni işğalçılarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir. …
Read More »Azərbaycan neftinin qiyməti 85 dolları keçib
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,59 ABŞ dolları, yaxud 1,9 % artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 85,15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) …
Read More »Vilayət Eyvazov Bakıda polis idarəsinə yeni rəis təyin edib
Mingəçevir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad edilib. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, H.Qasımov Səbail Rayon Polis İdarəsinə rəis təyin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti “Report”a faktı təsdiqləyib.
Read More »AZAL Ermənistanın hava məkanından istifadə etməyə başlayıb
Bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. Bu barədə AZAL-dan məlumat verilib. “Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir, bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. Bakı-Naxçıvan reysinin marşrutunun dəyişməsi uçuş vaxtının və yanacaq sərfiyyatını azaldacaq. Beləliklə, AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən …
Read More »Dünya Bankı bu il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Bu ilun yekununda Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dəyəri ötən ilin yekunu ilə müqayisədə 5 % çox olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir. Xatırladaq ki, qurum iyunda açıqladığı hesabatda 2021-ci ildə Azərbaycanda 2,2 % iqtisadi artım olacağını bəyan etmişdi. Dünya Bankı 2022-ci ildə Azərbaycan iqtisadiyyatının 3,1 %, 2023-cü ildə isə 2,7 % böyüyəcəyini proqnozlaşdırır. Bu …
Read More »Azərbaycan idmançıları Avropa çempionatında medallar qazanıblar
Polşada keçirilən fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatında çıxış edən Azərbaycan idmançıları – Əsəd İmanov gümüş, Nicat Əsədov bürünc medal qazanıblar. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan komandası bu nəticə ilə şəxsi kumite yarışlarında (18-21 yaşlılar) üçüncü pillədə yer tutub. Qeyd edək ki, daha əvvəl Elməddin Səlimli uşaqlar arasında Avropa çempionatının qalibi olub. Yarışda ölkəmizi Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və …
Read More »“Əgər İran Azərbaycanla sərhəddə bir fişəng belə partlatsaydı…” – ŞƏRH
Bu fikirləri İranın son həftələrdə Azərbaycana qarşı aqressiv davranışlarının artmasına münasibət bildirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü, Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib. DAK nümayəndəsinin sözlərinə görə, İran Azərbaycanla sərhədə qoşun yığsa da, bu cəhdlərinin boş olduğunu özü də bilir: “İranın ictimai rəyi bu ölkənin Azərbaycanla sərhədə qoşun yığmasına, Azərbaycanın qanuni haqlarını pozmağa təşəbbüs göstərməsinə çox mənfi …
Read More »İlham Əliyev qətiyyətinin təntənəsi
Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanın Zəfərini və yüksəlişini dünyaya bəyan edir Ötən ilin Vətən müharibəsində qazanılan parlaq hərbi və siyasi Zəfərdən sonra Azərbaycan xalqı öz tarixinin tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu müharibə nəticəsində dövlətimiz özünün yeganə ağrılı problemini həll etdi, işğal altındakı torpaqlarımız azad olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Ötən ilə qədər Azərbaycan dünyada yüksək templərlə inkişaf …
Read More »Azərbaycan və Türkiyə qırıcıları Naxçıvan səmasında uçuşlar keçirib
Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb. Boyukmillet.com-un məlumatına görə, təlimin ssenarisinə əsasən bölmələr praktiki fəaliyyətləri yerinə yetirirlər. Bölmələrin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq üçün komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunlar fasiləsiz idarə olunur, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun fəaliyyət göstərirlər. Komandirlər tərəfindən ərazi qiymətləndirilir, düşmən mövqelərinə gizli yaxınlaşma istiqamətləri seçilir, hərəkət marşrutları öyrənilir, şəxsi …
Read More »Naxçıvanda keçiriləcək Türkiyə-Azərbaycan birgə təlimlərinin məşqlərinə başlanılıb
Naxçıvanda keçiriləcək Türkiyə və Azərbaycan hərbçilərinin “Sarsılmaz Qardaşlıq-2021” birgə təliminin məşqləri keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi tviter səhifəsində paylaşım edib. Nazirlikdən bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusu ilə Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusunun bölmələri Naxçıvanda keçiriləcək “Sarsılmaz Qardaşlıq-2021” təlimlərini məşqlərini uğurla həyata keçiriblər.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar