Cümə , 10 Aprel 2026

autor

Türkiyədə sərnişin qatarı qəzaya uğrayıb, yaralananlar var

Türkiyənin İstanbul şəhərində qatar qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə şəhərin Tuzla rayonunda qeydə alınıb. Belə ki, Adapazarı-Pendik marşrutu üzrə hərəkət edən sərnişin qatarı Tuzladakı stansiyada dayanan sürətli qatara çarpılıb. Məlumata görə, qatarlar eyni relsdə olub. Hərəkətdə olan qatarın maşınistinin son anda diqqətli davranması nəticəsində qəza ölümlə nəticələnməyib. Qatarı saxlamağa çalışan maşınist buna müvəffəq olmasa da, sürəti azaltmağa …

Read More »

2021” təlimlərində hərbi təyyarəçilər tapşırıqları müvəffəqiyyətlə icra edir – VİDEO

Boyukmillet.com xəbər verir ki, “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər. Tapşırığın ssenarisinə uyğun olaraq şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.

Read More »

Milli Məclis “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini müzakirəyə çıxarır

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Bunu “Report”un sorğusuna cavab olaraq parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib. O deyib ki, yeni qanun layihəsi ilə bağlı müvafiq dövlət orqanlarıyla razılaşma əldə olunub: “Sənəd parlamentin payız sessiyasında birinci oxunuşda müzakirəyə təqdim ediləcək”.

Read More »

DTX: Qanunsuz silahlı birləşməyə qoşulan şəxslər həbs olunublar

Xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak edən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılaraq məsuliyyətə cəlb olunublar. Boyukmillet.com xəbər verir ki, istintaqla Azərbaycan Respublikasının vətəndaşları – 1980-ci il təvəllüdlü Cumayev Mənsur Məmmədəli oğlunun və 1971-ci il təvəllüdlü Cahangirov Nəsir Qaçay oğlunun ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin …

Read More »

Bakı Limanının imkanları Çində təqdim edilib

Çinin paytaxtı Pekində keçirilən “Azərbaycanda investisiya və ticarət” seminarında Bakı Limanının imkanları təqdim edilib. Boyukmillet.com  bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir. Məlumata görə, seminar Pekində davam edən Çin beynəlxalq xidmət ticarəti sərgisi (CIFTIS) çərçivəsində baş tutub. İqtisadiyyat Nazirliyinin və CIFTIS təşkilat komitəsinin dəstəyi, Azərbaycanın Çindəki Səfirliyində ticarət nümayəndəsinin Aparatının təşkilatçılığı ilə keçirilən seminarda Çinin dövlət …

Read More »

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,19 ABŞ dolları, yaxud 0,26 % azalıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 72,48 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) …

Read More »

Dəniz taksiləri Bakı üçün alternativ nəqliyyat növü ola bilər

Dəniz taksiləri Bakı üçün alternativ nəqliyyat növü ola bilər. Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı dəniz taksilərinin sərnişin daşımalarında önəmli rol oynaya biləcəyini ifadə edib. Bildirib ki, sadəcə nə qədər rentabelli olacağı araşdırılmalıdır: “Dəniz taksilərinin fəaliyyəti, dəniz üzərindən körpülərin salınması, müxtəlif qayıqların, gəmilərin sərnişindaşıma işinə cəlb olunması məsələsi uzun illərdir müzakirə olunur. Amma digər tərəfdən, Bakının …

Read More »

Peru jurnalisti erməni vandalizmindən dəhşətə gəlib

“Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti, tanınmış jurnalist, siyasi şərhçi, bu yaxınlarda Azərbaycanda səfərdə olmuş Rikardo Sançes işğaldan azad edilmiş ərazilərdə şahidi olduğu erməni vandalizmini və hərbi cinayətlərini ölkəsinin mətbuatında işıqlandırıb. Boyukmillet.com xəbər verir ki, o, Peru Jurnalistlər Federasiyasının internet səhifəsində (fpp.org.pe), həmçinin ölkənin nüfuzlu internet xəbər portalı “Expreso”da “Ermənistan-Azərbaycan münaqişəsinin dəhşətləri” sərlövhəsi altında məqalə dərc edib. Müəllif yazıda uzun illər Ermənistanın …

Read More »

Azərbaycan və Türkiyə gömrük orqanları narkotik maddələrə qarşı birgə mübarizə aparacaq

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikası Ticarət Nazirliyi arasında 2021\2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərililiyinin yüksəldilməsinə dair Tədbirlər Planına uyğun olaraq qardaş ölkənin Ticarət Nazirliyi Gömrük Hüquq-Mühafizə Baş İdarəsinin əməkdaşları respublikamıza işgüzar səfərə gəliblər. DGK-dan Musavat.com-a verilən məlumata görə, sentyabrın 7-də Dövlət Gömrük Komitəsində Türkiyə Respublikasının Ticarət Nazirliyi Gömrük Hüquq-Mühafizə Baş İdarəsinin əməkdaşları …

Read More »

Türkiyədə mikroavtobus və yük maşını toqquşub, onlarla xəsarət alan var

Türkiyədə ağır yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Məlumata görə, hadisə Kayseridə qeydə alınıb. Yeşilhisar rayonunda işçiləri daşıyan mikroavtobusla yük avtomobili toqquşub. Qəza zamanı 19 nəfər xəsarət alıb. Hadisə yerinə polis, təcili tibbi yardım və xilasedicilər cəlb edilib. Yaralılar xəstəxanalara yerləşdirilib. Qəzanın başvermə səbəbi açıqlanmır.

Read More »