Cümə axşamı , 9 Aprel 2026

autor

SON DƏQİQƏ: Erməni çavuş snayper gülləsindən öldü

Bu gün saat 11.10 radələrində Naxçıvana yaxın – Arazdəyən istiqamətində xidmət edən Ermənistan Silahlı Qüvvələrinin əsgəri snayper gülləsi ilə ölüb. Boyukmillet.com xəbər verir ki, ölən erməni əsgər müqaviləli hərbi qulluqçusu, 39 yaşlı kiçik çavuş Geqham Saakyandır. Ölümün Ermənistan ordusunda tez-tez təsadüf olunan silahlı mübahisələrdən növbətisi nəticəsində baş verdiyi ehtimal olunur. Bu yaxınlarda, bir əshər 3 hərbçi yoldaşını güllələmişdi. Ermənistan Müdafiə Nazirliyi …

Read More »

Dövlət Neft Fondunun törəmə müəssisələrinin borcları 44 %-dən çox azalıb

Bu il yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) törəmə müəssisələrinin borcları 515,327 milyon manat təşkil edib. Boyukmillet.com bu barədə Dövlət Neft Fondunun maliyyə hesabatına istinadən xəbər verir. Bu, 2020-ci ilin yanvarın 1-I ilə müqayisədə 44,5 % azdır. Qeyd edək ki, Dövlət Neft Fondunun 10 əmlakın idarə edilməsi, 4-ü isə investisiyaların idarə edilməsi üzrə ümumilikdə 14 törəmə müəssisəsi var. Bunlar “SOFAZ RE Limited”, “SOFAZ RE UK L.P”, “SOFAZ RE …

Read More »

ABŞ Əfqanıstandakı fəaliyyətinə görə Azərbaycan sülhməramlılarına təşəkkür edib

ABŞ-ın Azərbaycandakı səfirliyi Əfqanıstandakı fəaliyyətinə görə Azərbaycan sülhməramlılarına təşəkkür edib. Boyukmillet.com  xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində məlumat verilib. “Əfqanıstan hava limanında xidmət edən Azərbaycan sülhməramlılarına təşəkkür edirik! Azərbaycan sülhməramlılarına, ABŞ və NATO tərəfdaşlarının Kabil Hava Limanını təxliyələri zamanı təhlükəsizliyi təmin etməkdə kömək etdikləri üçün minnətdarıq. Sülhməramlıların Azərbaycana salamat dönməklərinə çox sevindik!”, – məlumatda qeyd olunub.

Read More »

Türkiyə ordusu Suriyanın şimalında daha 4 terrorçunu zərərsizləşdirib

Suriyanın şimalında daha 4 PKK/YPG terrorçusu məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib. Bildirilib ki, “Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə hücuma cəhd edən 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib. “PKK/YPG terror təşkilatının “Barış Pınarı” bölgəsindəki dinclik və güvən şəraitini pozmasına icazə vermədik və verməyəcəyik”, – məlumatda qeyd edilib.

Read More »

Volodimir Zelenski Ukraynanın transformasiya planını təqdim edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-da Ukraynanın transformasiya planını təqdim edib. Boyukmillet.com xəbər verir ki, planın ümumi dəyəri 277 milyard ABŞ dolları təşkil edir. Plan Ukraynanın dövlət büdcəsi, beynəlxalq yardımlar, kredit və yatırımlar hesabına maliyyələşdirilməsi nəzərdə tutulan ümumilikdə 80 layihədən ibarətdir. Layihələr təhlükəsizlik, infrastruktur və aqrar sahələri əhatə edir.

Read More »

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları Yuxarı Gövhər Ağa Məscidində namaz qılıb

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri zamanı Yuxarı Gövhər Ağa Məscidində olublar. Boyukmillet.com xəbər verir ki, xarici KİV nümayəndələri məscidi ziyarət ediblər. Ziyarət zamanı “Quran” tilavət olunub, dualar oxunub, namaz qılınıb. Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir. Səfərdə Türkiyə, …

Read More »

Hulusi Akar: “Əsgərlərimiz Əfqanıstanda əcdadlarına layiq şəkildə vəzifələrini icra ediblər”

“Əsgərlərimiz əcdadlarına layiq şəkildə vəzifələrini icra ediblər”. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib. “Hərbi vəzifələrlə yanaşı, əfqanıstanlı qardaşlarımıza həmçinin təhsil sahəsində də yardım etdik. Əsgərlərimiz Əfqanıstanda əcdadlarına layiq şəkildə vəzifələrini icra ediblər və ölkələrinə qayıdıblar. Kabil aeroportundakı sıxlıq və gərginliyə baxmayaraq, təxliyənin uğurla gerçəkləşdirilməsi Türk Silahlı Qüvvələrinin gücünü göstərmişdir”, – o qeyd edib.

Read More »

Sabah dağlıq ərazilərdə şimşək çaxacaq, yağış yağacaq

Sentyabrın 02-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % …

Read More »

Vaqif Dərgahlı yeni vəzifəyə təyin edilib

Müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Mətbuat Xidmətinin rəisi vəzifəsi isə Xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə edilib.

Read More »