UEFA 2020/2021 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb. Boyukmillet.com xəbər verir ki, siyahıda İngiltərə klublarının oyunçuları yer alıblar: Kevin De Bröyne (“Mançester Siti”) Jorjinyo (“Çelsi”) N Qolo Kante (“çelsi”)
Read More »Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycan Mərkəzi Bankı dolların sabaha olan rəsmi məzənnəsini açıqlayıb. Boyukmillet.com Mərkəzi Banka istinadən xəbər verir ki, avqustun 20-i üçün dolların rəsmi kursu 1,7000 manat müəyyən edilib. Qeyd edək ki, bu gün dolların rəsmi kursu 1,7000 manata bərabər olub.
Read More »Azərbaycanda daha 3614 nəfər koronavirusa yoluxub, ölənlər var – Qərargah son məlumatı yaydı
Azərbaycanda koronavirusa daha 3614 yeni yoluxma faktı qeydə alınıb, 968 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.
Read More »Qərb Əfqanıstana böyük vəsait qoyub: “ABŞ hər gün üçün 300 milyon xərcləyib”
“Qərb Əfqanıstana böyük vəsait qoyub. Təkcə ABŞ son 20 ildə Əfqanıstana gündəlik 300 milyon ABŞ dolları xərcləyib”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell Avropa Parlamentinin xarici işlər və inkişaf məsələləri üzrə komitələrinin növbədənkənar iclasında çıxış edərkən bildirib.
Read More »Məzahir Pənahov MSK üzvlərini topladı: Dairə Seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır
Mərkəzi Seçki Komissiyasının(MSK) bu gün keçirilən iclasında respublika üzrə Dairə Seçki Komissiyalarının (DSK) tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılır. Məlumata görə, iclasa sədrliyi MSK sədri Məzahir Pənahov edir. Müzakirələrdən sonra respublika üzrə 125 DSK-nın tərkibinin yenidən formalaşdırılması barədə qərar qəbul ediləcək. Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər Dairə Seçki Komissiyasının (DSK) 9 üzvü olur. Onlardan üçünün namizədliyi deputatları Milli Məclisdə …
Read More »Naxçıvanın strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin Sədri Vasif Talıbov MR-in əsas müdafiə istehkamı sayılan Təkəqaya və Soyuq bölgələrində olub, ön xətdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb. Boyukmillet.com xəbər verir ki, Ali Məclisin Sədri bildirib ki, ölkəmizin sərhədlərinin qorunması ordumuzun qarşısında duran əsas vəzifədir: “Buranın da strateji ərazi olduğu nəzərə alınaraq 2014-cü ildə postların yaradılması və xidmətin …
Read More »Sədr: “Şuşaya gedən Zəfər yolunda tamamlanma işləri görülür”
“Müzəffər Ali Baş Komandanımızın və qətiyyətli ordumuzun 44 günlük müharibədə azad etdiyi Şuşa şəhəri 29 ildir ki, sizin yolunuzu gözləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Şuşa Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov şuşalıları qarşılayan zaman çıxışında deyib. “Hamınız doğma şəhərinizə xoş gəlmisiniz. Əgər xatırlayırsınızsa, müharibənin davam etdiyi dövrdə jurnalist cənab Prezidentə Şuşa haqqında sual vermişdi. Prezident də demişdi …
Read More »DİM ixtisas seçimi edəcək şəxslərə müraciət edib
Dövlət İmtahan Mərkəzi ixtisas seçimi edəcək abituriyentlərin və subbakalavrlara müraiət edib. Boyukmillet.com xəbər evrir ki, müraciətdə deyilir: “Siz DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərsiniz Bildiyiniz kimi ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi avqustun …
Read More »Koreya Milli Assambleyasının sədri Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 19-da Şəhidlər xiyabanına gəlib. Boyukmillet.com xəbər verir ki, qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən …
Read More »İrəvanda atışma olub
Ermənistanın paytaxtı İrəvan şəhərində insident baş verib. Boyukmillet.com xəbər verir ki, gecə radələrində şəhərdə atışma olub. Bakuntsa küçəsində baş verən hadisə zamanı 50 yaşlı kişinin ayağından yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilib. Faktla bağlı cinayət işi açılıb, hadisənin detalları araşdırılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar