Cümə axşamı , 9 Aprel 2026

autor

Ermənilər KTMT-nin baş katibini Naxçıvanla sərhədə gətirdilər – FOTO

Ermənistanda səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Naxçıvanla sərhəd olan Erasxa gəlib. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Zas Azərbaycanla sərhədin cənub-qərb istiqmətindəki mövqelərdə olub. Onu baş qərargah rəisinin müavini Andranik Marqaryan müşaiyət edib. Zas deyib ki, Ermənistan-Azərbaycan sərhəddində vəziyyətin tənzimlənməsi üçün dinc siyasi imkanlar var.

Read More »

Səfir Azər Xudiyev: “Azərbaycanın milli maraqları xaricdə, o cümlədən Rusiyada birmənalı qorunmalıdır”

Son zamanlar Rusiyanın Kremlə yaxın olan siyasi və nüfuzlu ekspert dairələrinin nümayandələri tərəfindən Azərbaycan xalqı və dövlətinin ünvanına səsləndirilən təhdidlər və təhqiramiz ifadələr artıq bütün siyasi və mənəvi etika sərhədlərini aşmaqdadır. Görünən budur ki, Azərbaycan tərəfinin buna bir qədər yumşaq yanaşması həmin dairələrdə bu hərarəti daha da artırır. Rusiyanın siyasi həyatında kifayət qədər tanınan və öz çıxışları ilə hər zaman …

Read More »

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini kəskin artırdı

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 73,9 faiz və ya 1076,3 milyon manat artaraq 2533,4 milyon manat icra edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatda bildirilib. Qeyd olunub ki, müdafiə və milli təhlükəsizlik xərcləri …

Read More »

Nikol bu vədlərindən imtina edir: Güc variantı aktivləşir

Nikol Paşinyan seçkilərdən sonra münaqişənin davam etdirilməsi strategiyasını seçib. Boyukmillet.com xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib. Politoloq irəli sürdüyü iddianı Paşinyanın aşağıdakı hərəkətləri ilə əsaslandırıb: – Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir; – sülh müqaviləsini imzalamaq istəmir; – Qarabağın erməni sakinlərinin yaşadığı ərazilərin ölkəmizdən qoparılması layihəsinin reallaşdırılmasını davam etdirmək niyyətindədir; – 10 noyabr …

Read More »

Biləsuvarda “Şəhidlər” xatirə kompleksinin açılışı olub

Biləsuvar rayonunda “Şəhidlər” xatirə kompleksinin açılışı olub. Boyukmillet.com xəbər verir ki, şəhid İqbal Astanlının doğum günü münasibətilə kompleksin açılışı baş tutub. Kompleksdə İqbalın fotoları ilə yanaşı, Vətən müharibəsində şəhid olmuş digər 68 biləsuvarlı şəhidin də fotoları və onlar haqqında məlumat lövhəsi yer alıb. Açılış tədbirində şəhidin doğmaları ilə yanaşı, onun döyüş yoldaşları və rayon sakinləri də iştirak ediblər. Tədbirdə çıxış …

Read More »

Azərbaycanda meyiti tapılan erməni hərbçilərinin sayı artıb

Azərbaycanda meyiti tapılan erməni hərbçilərinin sayı artıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan ordusunun daha 4 hərbçisinin meyiti tapılaraq təxliyə edilib. Meyitlər Füzuli rayonu və Hadrut qəsəbəsində aşkarlanıb. Meyiti tapılan hərbçilərin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq. Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 634 nəfərin meyiti aşkarlanıb. Xatırladaq …

Read More »

Türkiyə İsveçrəyə nota verib

İsveçrənin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, buna səbəb İsveçrənin Cenevrə şəhərində PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasıdır. Bildirilib ki, PKK/YPG terror təşkilatı və ona bağlı qruplaşmaların müxtəlif dərnək və qeyri-hökumət təşkilatları adı ilə təbliğat aparmalarına və terrorçuluq fəaliyyətlərini qanuniləşdirməsinə heç bir şəkildə icazə verilməməlidir. “Biz terrorçuluqla mübarizədə terror təşkilatları arasında ayrı-seçkiliyin …

Read More »

Ermənistan Naxçıvan istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub

Avqustun 10-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More »

I və IV qrup üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi iyulun 27-28-də keçirilən I və IV qrup üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar …

Read More »

Ceyhun Bayramov UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNICEF)Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Aleks Haykensi qəbul edib. XİN-dən  verilən məlumata görə, Aleks Haykens təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov təyinatı münasibətilə Nümayəndəliyin yeni rəhbərini təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir, Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən UNICEF ilə qarşılıqlı faydalı əməkdaşlıq …

Read More »