Türkiyənin Muğla əyalətində meşə zolağında genişmiqyaslı yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, Ayıyolu adlanan bölgədə qeydə alınan yanğın nəticəsində onlarla yüz yaşlı ağac tamamilə məhv olub. Ölkənin yanğınsöndürmə xidmətinin əməkdaşları tərəfindən ciddi müdaxilələrə baxmayaraq, yaşıllıq zonasının böyük hissəsi külə dönüb.
Read More »FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyədə yanğınların söndürülməsini davam etdirir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını davam etdirirlər. Boyukmillet.com xəbər verir ki, 5 avqust 2021-ci il tarixində Türkiyəyə yola salınmış və tərkibinə 40 ədəd yanğınsöndürmə texnikası və 160 nəfər şəxsi heyət daxil olan qrup da artıq yanğınların söndürülməsi …
Read More »Müdafiə Nazirliyinin rəhbərliyi Qarabağda tikintisi davam edən hərbi hissələrdə olub
Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi hissədə olublar. Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. Tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Read More »Yox, bu daha ağ oldu, erməni alimin həyasızlığı, bizimkilərin isə susması… – Aydın Quliyev yazır…
İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan alimə yaraşmayan tərzdə tarixi saxtakarlığa, insanda təsəvvür olunmaz dərəcədə həyasızlığa yol verib. Bunu “Bakı-Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: – Bu adam deyir ki, 100-150 il əvvəl “Sofulu” və ya “Barxudarlı” adlanan köçəri tayfalar necə olubsa gəlib bizim erməni torpaqlarına düşüblər, …
Read More »Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığı verib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 14 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, XİN başçısı bu barədə özünün tvitter hesabında yazıb. “ Qardaş Türkiyənin Balıkesir şəhərində faciəvi avtobus qəzası xəbərini böyük kədərlə qarşıladıq. Qəza nəticəsində vəfat edən 14 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, – …
Read More »Rusiyada quldurluq edən erməni əsilli boksçu həbs edildi
Moskva şəhərində silahlı hücumda şübhəli bilinərək saxlanılan Rusiyanın erməni əsilli peşəkar boksçusu Arutyun Avetisyan Perovskiy Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Boyukmillet.com xəbər verir ki, Moskva məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib. Qeyd edək ki, Arutyun Avetisyan paytaxt Moskvada silahlı hücumda şübhəli bilinərək saxlanılıb. Hücum avqustun 4-də Stalevarov küçəsində kafelərdən birinin ətrafında olub. Avetisyan və …
Read More »Gümrüdə erməni zabit və həyat yoldaşı partlayış nəticəsində ölüb
Ermənistan silahlı qüvvələrinin zabiti və onun hamilə arvadı ölkənin şimal-qərbində, Gümrü şəhərində yerləşən evlərin birində qumbara partlaması nəticəsində ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, hadisə bu gün ( 8 avqust – red) baş verib. Bildirilib ki, hadisə yerinə gedən istintaq qrupu Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində kapitan rütbəsi …
Read More »Ermənistanda rus hərbçilər qəzaya düşüb, ölən və yaralılar var
Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasının hərbçilərinin olduğu avtomobil Gümrü-İrəvan magistral yolunda qəzaya düşüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb. Qeyd olunub ki, qəza nəticəsində bir hərbçi ölüb, 4 hərbçi yaralanıb. İlkin məlumatlara görə, müqavilə əsasında xidmət aparan hərbi qulluqçu şəxsi avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil xəndəyə …
Read More »Aylıq maaşı 2000 manat olan Zaur Hüseynovun ailəsinə məxsus avtomobillər və nömrələr — VİDEO
Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətin sədri Zaur Hüseynovun ailəsinə məxsus bahalı avtomobillərlə bağlı araşdırma aparılıb. Boyukmillet.com xəbər verir ki, araşdırmanı bloqer Mehman Hüseynov aparıb.
Read More »Gəncədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib – YENİLƏNİB
Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun digər hissə və bölmələrində olduğu kimi, Gəncə şəhərində yerləşən N Saylı Hərbi Hissədə də gənc əsgərlərin andiçmə mərasimi keçirilib. “Report”un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhərində yerləşən N Saylı Hərbi Hissədə keçirilən mərasim Vətən uğrunda canlarından keçən şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Mərasimdə Hərbi Hissə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar