Avqustun 6-sı saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Boyukmillet.com” xəbər verir ki, bu barədə Ağdam rayon prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası …
Read More »Qumbara partlayışında xəsarət alan polis zabiti dünyasını dəyişdi
Bir neçə gün əvvəl Bakıda özünü qumbarayla partladan şəxslə bağlı məlumat verilmişdi. Hadisə zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan biri Səbail rayon Polis İdarəsinin əməkdaşı, polis zabiti Elçin Səfərzadə idi. Boyukmillet.com xəbər verir ki, Elçin Səfərzadə bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan Elçin Səfərzadə əvvəllər Bakı Şəhər …
Read More »Zakir Həsənov Kəlbəcərə getdi – VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində inşası davam etdirilən təlim poliqonuna baxış keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Turkustan.az-a Müdafiə Nazirliyindən bildirilib. Məlumat verilib ki, təlim poliqonu çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə hazırlanır. Qoşunların hazırlıq planına əsasən poliqonda ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab …
Read More »Ərdoğan yeni milli təhsil naziri təyin edib
Türkiyənin milli təhsil naziri, professor Ziya Selçuk vəzifəsindən azad olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. Z.Selçuk işdən çıxmaqla bağlı əraziə yazıb. R.T.Ərdoğan onun ərizəsini qəbul edib. Dövlət başçısının digər sərəncamı ilə professor Mahmut Özər milli təhsil naziri təyin edilib. O, bu təyinata qədər təhsil nazirinin müavini işləyib. Professor Petek Aşkar, doktor Sadri Şensoy və professor Ahmet Emre Bilgili milli təhsil nazirinin müavinləri təyin ediliblər. …
Read More »Bərdədə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəymədağıldı kənd sakini Bəhlul Hüseynov saxlanılıb. Onun yaşadığı fərdi …
Read More »Türkiyədə avtobus yük avtomobili ilə toqquşub, 9 nəfər ölüb, 30 nəfər yaralanıb
Türkiyənin Manisa əyalətinin Soma rayonunda avtobusla TIR-ın toqquşması nəticəsində 9 nəfər ölüb, 30 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, hadisə İstanbul-İzmir avtomobil yolunda baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Avtobusda 50 nəfər olub.
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.08.2021)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,12 % azalaraq 2,0097 manat, Rusiya rublunun məzənnəsi isə 0,43% azalaraq 0,0232 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro2,00971 Rusiya rublu0,02321 Avstraliya dolları1,25561 Argentina pesosu0,01751 Belarus rublu0,67441 Braziliya rialı0,32291 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1171100 Cənubi Koreya vonu0,14881 Çexiya kronu0,0791100 Çili pesosu0,21801 Çin yuanı0,26301 …
Read More »Tokio-2020: Hacı Əliyev yarımfinala yüksəlib, Şərif Şərifov məğlub olub (Yenilənib)
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. “Boyukmillet.com”un məlumatına görə, 65 kq-da çıxış edən idmançı 1/4 final mərhələsində qazaxıstanlı Daulet Niyazbekovla üz-üzə gəlib. Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb. O, bu raundda hindistanlı Bacranq Puniya ilə güləşəcək. Əliyev daha əvvəl seneqallı Adama Diattanı məğlubiyyətə uğradıb. 07:15 Azərbaycanın daha bir sərbəst güləşçisi …
Read More »Kaliforniyada meşə yanğınları 150 yaşlı şəhəri məhv edib
ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları səbəbindən 16 mindən çox insan təxliyə edilib. Bu barədə Boyukmillet.com RİA “Novosti”yə istinadən xəbər verir. Qeyd olunub ki, yanğının qarşısını almaq üçün federal hökumət tərəfindən əlavə vəsait ayrılıb. Hazırda ən böyük təhlükə 112 min hektardan çox ərazini əhatə edən “Dixie” adlanan yanğındır. Yanğın nəticəsində ölənin olmadığı deyilir. Alov, Kaliforniyanın şimal -şərqində, mindən çox əhalisi olan, 150 …
Read More »ABŞ nüvə proqramı ilə İrana çağırış etdi
ABŞ İranın nüvə proqramı üzrə Əhatəli Razılaşma Planını bərpa etmək istiqamətində danışıqlar aparmaq üçün yenidən Vyanaya qayıtmağa hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. Onun sözlərinə görə, Vaşinqton Tehrandan anoloji addım atmağı gözləyir: “İranın yeni prezidentinə mesajımız, sələflərinə olan mesajla eynidir. Çox sadədir: Birləşmiş Ştatlar milli təhlükəsizliyini və tərəfdaşlarının mənafelərini müdafiə edəcək. Ümid edirik …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar