Cümə axşamı , 9 Aprel 2026

autor

Ukrayna gənclər hərəkatının lideri: “Qarabağın işğaldan azad olunması bizim üçün nümunədir”

“İkinci Qarabağ müharibəsinin qələbə ilə başa çatması üçün Azərbaycanda dövlət Silahlı Qüvvələrlə bağlı yaxşı işləmişdi və bütün millət, cəmiyyət nələrin yaşandığını başa düşürdü, dövlət siyasətini dəstəkləyirdi”. Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın gənclər hərkatında aparıcı Ukrayna Milli Skaut Təşkilatının (PLAST) sədri, tarixçi ekspert Yuriy Yuzıç deyib. O bildirib ki, müşahidələrimə əsasən, bu müharibədə Azərbaycanda yeni nəslin, gənclərin töhfəsi çox oldu: “Bilirsiniz, Azərbaycan …

Read More »

Ağsuda dağlıq ərazidə başlayan yanğın Şamaxı rayonuna keçib

Ağsu rayonunun dağlıq ərazisində dünəndən başlayan yanğın Şamaxı rayonu ərazisinə keçib. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağsunun Gəgəli kəndi tərəfində başlayan yanğının yanğınsöndürənlər və kənd əhalisinin köməkliyi ilə söndürülməsinə nail olunub. Lakin yanğın Şamaxı rayonu istiqamətinə keçib. Hazırda həmin ərazidə yanğınsöndürmə işləri davam edir.10:39 Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində, “El yeri” adlanan dağlıq ərazinin yaxınlığında yanğın başlayıb. “Report”un …

Read More »

Paşinyan baş nazir kimi ilk səfərini İrana etdi

Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan İran İslam Respublikasına səfərə gedib. Boyukmillet.com xəbər verir ki,bu, parlamentdə baş nazir seçiləndən sonra Paşinyanın ilk xarici səfəridir. O parlament seçkisində qələbə qazandıqdan sonra Rusiyaya səfər edərək prezident Putinlə görüşmüşdü.  Paşinyan İrana səfəri çərçivəsində yeni seçilmiş prezident İbrahim Rəisinin andiçmə mərasiminə qatılacaq. Qeyd edək ki, Azərbaycanı andiçmə mərasimində Milli Məclisin sədri Sahibə Qafarova …

Read More »

Azərbaycan gömrükçüləri təcrübələrini özbəkistanlı həmkarları ilə bölüşüb

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları gömrük işinin müxtəlif sahələri üzrə əldə etdikləri qabaqcıl təcrübəni özbəkistanlı həmkarları ilə bölüşüblər. Boyukmillet.com xəbər verir ki, bu məqsədlə hər iki ölkənin gömrük əməkdaşları arasında onlayn formatda görüş keçirilib. Görüşdə DGK Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də səmərəli və işgüzar münasibətlərin qurulduğunu bildirib. İdarə …

Read More »

Xidmət rəisi: “Türkiyəyə göndərilən yanğınsöndürənlərimizdən ciddi xəsarət alan yoxdur”

“Türkiyədə yanğınların söndürülməsində iştirak edən əməkdaşlarımız arasında ciddi xəsarət alan yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib. O bildirib ki, sadəcə iki nəfər yüngül xəsarət alıb: “İki nəfər əməkdaşımızın yanğınların söndürülməsi zamanı ayağı burxulub. Onlara da lazımi köməklik göstərilib. Hazırda əməkdaşlarımız Türkiyədə yanğınların söndürülməsi işlərində fəal iştirak edirlər”.

Read More »

Azərbaycan nümayəndə heyəti İrana gedib

Azərbaycan nümayəndə heyəti İranın yeni seçilən Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi rəsmi tvitter hesabında paylaşım edib. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavinləri daxildir. Səfir paylaşımında bildirib ki, qonşuların dostluq və qardaşlıq münasibətləri daimidir.

Read More »

Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb. Boyukmillet.com xəbər verir ki, yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən daxildir. Qeyd edək ki, bu gün həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-ə məxsus “BE-200ÇS” tipli amfibiya …

Read More »

Baş Prokurorluq vətəndaşlara müraciət edib

Baş Prokurorluq narkomaniya ilə bağlı vətəndaşlara müraciət edib. Boyukmillet.com müraciəti təqdim edir: “Narkomaniya- xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan, psixi və fiziki asılılıqla müşayiət olunan tibbi-sosial bəladır. İnsan bədənində və mənəviyyatında sağalmaz yaralar açan narkomaniya dolayı yolla intihardır. Həyat yaşamağa dəyər, sağlam həyatdan imtina etmə! Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı və istifadəsi halı ilə …

Read More »

Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və qoşun xidmətinin təşkili üzrə tədbirlərin keçirilməsi davam edir. Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Prezidentin Quru Qoşunları Komandanlığının yaradılması haqqında müvafiq sərəncamının icrası məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti …

Read More »

Azərbaycan nefti 2 % ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,31 ABŞ dolları, yaxud 1,8% azalıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 71,55 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »