Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb. Boyukmillet.com-un məlumatına görə, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı Meerim Jumanazarov (Qırğızıstan) ilə üz-üzə gəlib. Rəqibinə uduzan Manolova olimpiadanı medalsız başa vurub. O, ötən gün 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə dueldən məğlub ayrılıb. Yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) isə bürünc medal uğrunda görüşdə Ermənistan …
Read More »Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək. Boyukmillet.com-un xəbərinə görə, toplantıda “Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələ müzakirəyə çıxarılacaq. Qeyd edək ki, Milli Məclisin 53 deputatı qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması üçün spiker Sahibə Qafarovaya müraciət edib. S.Qafarova deputatların tələbini nəzərə alaraq, avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam …
Read More »AKP-nin rəsmisi: “Azərbaycanlı qardaşlarımızın bizimlə bir yerdə olduğunu gördük”
“Bir millət, iki dövlət” dediyimiz azərbaycanlı qardaşlarımıza bizi bu çətin vəziyyətdə tək qoymadıqları üçün Çorum şəhərindən sevgi və hörmətlərimizi göndəririk”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Çorum şəhər təşkilatının sədri Yusuf Ahlatçı jurnalistlərə açıqlamasında deyib. “Hörmətli ölkə rəhbərimizin də dediyi kimi – “Biz qardaşıq”. Azərbaycan çətin vəziyyətə düşdük deyəndə, oradakı qardaşlarımızın başı dara düşdüyündə …
Read More »Samir Adıgözəlli: “Böyük ehtimalla, Ermənistandan Qarabağa silah-sursat göndərirlər, sülhməramlı kontingent də buna şərait yaradır, göz yumur”
Qarabağda olan Rusiya sülhməramlı kontingenti bir həftə ərzində Laçın dəhlizi vasitəsilə Ermənistandan Qarabağa və əks istiqamətə 2 min avtomobilin təhlükəsiz gediş-gəlişini müşahidə edib. Bu barədə Rusiya sülhməramlılarının bəyanatında bildirilib. Maraqlıdır ki, Laçın dəhlizindən bir həftə ərzində 2 min avtomobil hara və hansı niyyətlə keçib, bu gəliş-gedişin məqsədi nə olub? “Təbii ki, bu 2 min avtomobil hümanitar yardım məqsədilə ora gəlməyib…” …
Read More »“Şərq qapısı” qəzetinin 100 illik yubileyi Culfa rayonunda qeyd olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən avqustun 2-də Culfa Rayon Mədəniyyət Sarayında mətbu orqanın yubiley tədbiri keçirilib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova açaraq “Şərq qapısı” qəzetinin muxtar respublikanın tarixi inkişaf yolunun işıqlandırılmasındakı böyük …
Read More »“Təxminən 300-ə yaxın məlumat almışıq, hər birini araşdırırıq”- Türkiyə Daxili İşlər naziri yanğınlarda sabotaj iddiaları haqda
“Yanğınlarla bağlı xüsusi bir qrupumuz təhqiqat aparır. Təxminən 300-ə yaxın məlumat almışıq, hər birini araşdırırıq.” Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu yanğınlarla bağlı sabotaj iddialarına cavab verərkən deyib. Dövlətin bütün qurumlarının yanğının bir an öncə söndürülməsi və normal vəziyyətə gətirilməsi üçün çalışdığını deyən Soylu, hər kəsə təşəkkür edib. “Buranın qəhrəmanları var. Bu qəhrəmanlar meşə işçiləridir. …
Read More »MN: “Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub”
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 2-si saat 13:55-dən 17.00-dək Vedi rayonunun Arazdəyən və Basarkeçər rayonunun Zərkənd kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi və Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı …
Read More »Azərbaycanda referendumun keçirilməsi və parlamentin buraxılması məsələsi gündəmdə yoxdur
“Azərbaycanda referendumun keçirilməsi və parlamentin buraxılması məsələsi gündəmdə yoxdur”. Bu barədə “Report”a hökumətdəki mənbələrdən məlumat veriblər. “Ölkə Konstitusiyasına heç bir dəyişikliklər nəzərdə tutulmur. Hazırda hökumətdə belə bir plan yoxdur və bununla bağlı heç bir müzakirə aparılmır. Bu cür məlumatların yayılması əsassızdır və həqiqəti əks etdirmir. Ona görə də belə bir həssas dönəmdə kütləvi informasiya vasitələrini ictimai rəyi çaşdırmamağa və yoxlanılmamış məlumatların …
Read More »Baş nazir azad edilən ərazilərdə aşkarlanan kütləvi və fərdi məzar yerləri ilə bağlı göstəriş verib
“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan ordusu üzərində əldə edilmiş tarixi zəfər nəticəsində müqəddəs Vətən torpaqlarının azad edilməsi bütün sahələr üzrə yeni situasiya yaradıb. Prezidentin tapşırığı ilə hazırda işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə, infrastrukturun bərpası və tikinti-quruculuq işləri aparılır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış məlumatlara, o …
Read More »Füzulidə 4 erməni hərbçinin meyiti aşkarlanıb
Azərbaycanın Füzuli rayonu ərazisində Ermənistan ordusunun 4 hərbçisinin meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb. Onların kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək. Məlumata görə, Azərbaycanın işaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 623 nəfərin meyiti aşkarlanaraq Ermənistana təxliyə edilib. Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən məhv ediliblər.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar