Kəlbəcər, Laçın, Ağdam, Füzuli və Cəbrayıl üzrə 5 kənd və bir qəsəbə üçün müsabiqə elan edilib. Müsabiqənin məqsədi işğaldan azad edilmiş ərazilərdə kəndlərin və qəsəbələrin gələcək memarlıq simasının müəyyən edilməsi məqsədilə həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini, Şəhərsalma məsələləri üzrə İşçi Qrupun rəhbəri Namiq Hümmətov Xocavənd rayonunun Hadrut qəsəbəsində jurnalistlərə açıqlamasında bildirib. …
Read More »Azərbaycan boksçusu məğlubiyyətini hakim haqsızlığı ilə əlaqələndirib
“Qələbə gözləyirdim. Lakin mənə elə gəlir ki, bir qədər hakim haqsızlığı oldu”. Boyukmillet.com-un məlumatına görə, bunları Azərbaycan boksçusu Cavid Çələbiyev (63 kq) Toki-2020 Yay Olimpiya Oyunlarında Ermənistan təmsilçisi Ovanes Baçkovla keçirdiyi 1/8 final görüşü barədə danışarkən deyib. 29 yaşlı idmançı əvvəlki olimpiadalarda olduğu kimi, yenə hakim haqsızlıqları ilə üzləşdiklərini bildirib: “Birinci raundu qazandıqdan sonra ikinci raundda da demək olar ki, …
Read More »İraqda İŞİD-in hücumu zamanı 7 nəfər həlak olub, onlarla yaralı var
İraqın şimalında dəfn mərasiminə silahlı hücum nəticəsində azı 7 nəfər həlak olub, daha 17 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “Al Sumaria” telekanalı bildirib. Məlumata görə, hücum Salah-əd-Din əyalətində, Yasrib şəhəri yaxınlığında (Bağdaddan 45 kilometr şimalda-red) İŞİD terror qruplaşmasının silahlıları tərəfindən törədilib. Qeyd edilir ki, terrorçular ayinlər üçün icarəyə verilən xidməti avtomobilə hücum ediblər. Həlak olanlar arasında təşkilatın əməkdaşları, …
Read More »Tokio-2020: Bu gün Azərbaycan və Ermənistan boksçuları qarşılaşacaq
Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq. Boyukmillet.com məlumatına görə, boksçu Cavid Çələbiyev 1/8 final görüşünə çıxacaq. 63 kq çəki dərəcəsində yer alan dünya çempionu Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş Bakı vaxtı ilə saat 07:36-da başlayacaq. Çələbiyev 1/16 finalda ukraynalı Yaroslav Hartsizə 5:0 hesabı ilə qalib gəlib. Tokio-2020 30 iyul Boks 63 kq 07:36. …
Read More »Əliyevin ermənilərə “şərəfli gündəm” təyinatı, rus və fransız dostlarından görmədikləri , evlərində Ağrıdağın fotosuna həsrətli baxışları… Aydın QULİYEV yazdı…
Prezidentin Az.TV-yə ən yeni müsahibəsində diqqət çəkici məqamların sırasında daha biri üzərində ayrıca dayanmağa ehtiyac var – Biz Ermənistan dövlətinin gündəmini tam olmasa da, müəyyən edən ölkəyik. Fikrin maraq doğuran mahiyyəti odur ki, müasir beynəlxalq münasibətlərdə başqa dövlətlərin gündəmini təyin etmək, ya dəyişdirmək, ya ona əlavə etmək heç də bütün ölkələrə nəsib olmayan status və ya güc göstəricisidir. İndi çox …
Read More »Göyçayda “Hak inşaat” satış mağazası açıldı
Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Göyçay rayonunda da diqqət mərkəzində saxlanılır və sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılır. İnşaat mallarının satışı üzrə regionda ən böyük şirkətlərindən olan “Hak inşaat” Göyçayda satış mərkəzinin açılışını edib. “Çanakkale Seramik” şirkətinin mağazası Azərbaycan, Türkiyə, Rusiya, İran, Çin, Özbəkistanın tanınmış “Çanakkale Seramik”, “Rivana”, “Pro Celing”, …
Read More »Vətən müharibəsinin 1 053 qazisinə əlillik təyin edilib
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini davam etdirir. Boyukmillet.com xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk növbədə əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları …
Read More »Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı Baş konsulluğunda “qaynar xətt” yaradılıb
Türkiyədə baş verən çoxsaylı meşə yanğınları ilə əlaqədar Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunda “qaynar xətt” yaradılıb. Baş konsulluqdan verilən məlumata görə, hazırda böhran bölgələrində baş verən hadisələrin soydaşlarımıza təsiri araşdırılır. İyulun 30-da günorta saatlarınadək yanğının vətəndaşlarımıza təsiri barədə heç bir məlumat daxil olmayıb. “Qaynar xətt” fasiləsiz olaraq fəaliyyət göstərir. “Vətəndaşlarımızdan xahiş edilir ki, yanğın böhranı ilə bağlı zərurət olduqda 00 …
Read More »Tokio-2020: Azərbaycan ilk medalını qazanıb
Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb. Boyukmillet.com-un məlumatına görə, buna 78 kq-dan yuxarı çəki dərəcəsindəki qadın cüdoçu İrina Kindzerska nail olub. 30 yaşlı idmançı çinli Şiyan Xunu ipponla məğlubiyyətə uğradaraq, bürünc medala yiyələnib. Bu, həm də Tokio-2020-də Azərbaycanın cüdo növündə yeganə olimpiya medalı olub. Komandanın 9 üzvündən daha əvvəl ən yüksək nəticəni bayraqdar Rüstəm Orucov (73 kq) 5-ci …
Read More »Azərbaycan mayda Türkiyəyə təbii qaz ixracını kəskin azaldıb
Bu ilin may ayında Azərbaycan Türkiyəyə 426,7 milyon kubmetr təbii qaz ixrac edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarı Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında bildirilir. Sənədə əsasən, bu, ötən ilin may ayı ilə müqayisədə 2,1 dəfə və yaxud 51,6 % azdır. Hesabat ayında Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmində Azərbaycanın payı 11,85 % olub. Ölkəmiz Türkiyənin ümumi qaz idxalında Rusiya və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar