Cümə axşamı , 9 Aprel 2026

autor

Azərbaycanın Belçikadakı səfiri dəyişdirilib

Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Read More »

İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı

İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, siyahı aşağıdakı kimidir: Kommunal sahə üzrə: elektrik enerjisi, qaz, istilik ilə təchizat;su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;tullantıların yığılması, emalı və məhv edilməsi. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə: dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə …

Read More »

Restoranlar, iri ticarət mərkəzləri və mehmanxalara giriş üçün COVID-19 pasportu tələb ediləcək

Sentyabrın 1-dən Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri, mehmanxalar və s. yerlərə giriş üçün COVID-19 pasportu tələb ediləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə bildirilib. Qərara əsasən, yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu …

Read More »

Azərbaycan Türkiyəyə yeni səfir təyin edib

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, bu postda dövlət başçısının iyulun 26-da imzaladığı sərəncamla Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılan Xəzər İbrahimi əvəzləyib. Xatırladaq ki, R.Məmmədov 1973-cü il oktyabrın 31-də Gəncə şəhərində anadan olub. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində …

Read More »

Sabah “Bakı bəyannaməsi” imzalanacaq

Sabah Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin Üçtərəfli Birinci toplantısı başlayır. Boyukmillet.com xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb. Toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq. Üçtərəfli toplantıdan əvvəl iyulun 26-da Mustafa Şentop Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edəcək. İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici …

Read More »

Qarabağa qayıdacaq keçmiş köçkünlərə əlavə imtiyazlar verilə bilər

“Azad olunmuş ərazilərin minalardan təmizlənməsi, orada quruculuq işlərinin aparılması və yenidən məskunlaşma müəyyən zaman tələb edir. Məskunlaşma başladıqdan sonra reallığa uyğun olaraq, orada məskunlaşan vətəndaşlara əlavə imtiyazlar müəyyənləşə bilər. Sözsüz ki, indidən bu barədə danışmaq bir qədər tezdir”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri bildirib ki, bununla bağlı dünya təcrübəsinə də baxılacaq: “Yenidən …

Read More »

Təbrizdə aksiyalar başlayıb

İranın bir sıra əyalətlərində su böhranı ilə bağlı başlamış kütləvi ixtişaşlar Güney Azərbaycanın baş kəndi Təbrizdə də özünü göstərir. Təbriz şəhərində hökumətə qarşı etiraz aksiyaları keçirilib. Sosial mediada yayımlanan videogörüntülərdə etirazçıların toplaşdığı məkanlara polis qüvvələrinin hücumu nəticəsində xalq və polis qüvvələri arasında toqquşmanın baş verdiyi görülür. Daha öncə azərbaycanlı təşkilat və partiyalar İran Azərbaycanında Xuzistanda bir həftədən çoxdur davam edən …

Read More »

Şeyx özü istefa verməsə, hansı addım atıla bilər?

Şeyxülislam Allahşükür Paşazadənin məlum açıqlamasından sonra ictimaiyyət onun öz vəzifəsindən istefa verməsi ilə bağlı tələblər səsləndirməyə başlayıb. Bildirilir ki, şeyx öz vəzifəsinin tələbi olan birləşdiricilik deyil, daha çox parçalanmaya səbəb olan açıqlamalar verir və bu da narazılığı artırır. Amma şeyx QMİ-nin qurultayının qərarı ilə ömürlük olaraq bu posta seçilib. O özü istefa verməsə, hansı addım atıla bilər? Bunun hüquqi proseduru …

Read More »

Azərbaycan və Ermənistan təmsilçiləri eyni oyuna təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb. Boyukmillet.com xəbər verir ki, o, Belarusun “Torpedo-BelAz” və Danimarkanın “Kopenhagen” klubları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq. İyulun 29-də Rusiyanın Kazan şəhərindəki Mərkəzi stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanın UEFA nümayəndəsi isə ermənistanlı Armen Minasyan olacaq. Komandalar arasında ilk oyun danimarkalıların 4:1 …

Read More »