Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,92 ABŞ dolları, yaxud 1,26 % artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 73,95 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Read More »Tokio-2020: İki cüdoçumuz mübarizəni dayandırdı – YENİLƏNİB
Azərbaycan cüdoçusu Kəramət Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. Boyukmillet.com-un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində gürcüstanlı Lukum Tsxvimiani ilə üz-üzə gəlib. Rəqibinə ipponla məğlub olan Hüseynov mübarizəni dayandırmalı olub. O, daha əvvəl Eşli Makkenziyə (Böyük Britaniya) qalib gəlmişdi. Bu gün yarışa qoşulan qadın cüdoçu Aişə Qurbanlı isə 1/16 final mərhələsində Katarina …
Read More »Tokio-2020: Azərbaycanın ilk təmsilçisi mübarizəyə başladı
Azərbaycanın ilk təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Boyukmillet.com -un məlumatına görə, ilk olaraq velosipedin şosse növündə Elçin Əsədov yarışa qoşulub. Startda onunla birlikdə daha 128 idmançı iştirak edib, iki nəfər isə müxtəlif səbəblərdən mübarizədən kənarda qalıb. Əsədov 127 nömrə ilə yarışa başlayıb. Velosipedçilər 234 km qət etməli olacaq. Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.
Read More »ABŞ Əfqanıstanda “Taliban”ın mövqelərini bombalayıb
Son bir neçə gündə ABŞ, Əfqanıstandakı radikal “Taliban” yaraqlılarına edilən hava hücumlarının sayını artırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat verib. Adı açıqlanmayan iki ABŞ rəsmisi bildirib ki, bu həftə ərzində azı dörd aviahücum həyata keçirilib. Bombalar həmçinin, “Taliban” qruplaşmasının “qala”sı hesab edilən Qəndəhar vilayətinə də atılıb. Aviazərbələr Əfqanıstanın təhlükəsizlik qüvvələrinin istəyi ilə ya “Taliban”la toqquşmalarda …
Read More »BMT Baş Assambleyasının növbəti iclası əyani formatda keçiriləcək
Cari ilin sentyabr ayında baş tutacaq BMT Baş Assambleyasının iclası hər ölkədən dörd nəfərə qədər nümayəndənin iştirakı ilə əyani formatda keçiriləcək. Boyukmillet.com xəbər verir ki, müvafiq məlumat BMT Baş Assmbleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır adından yayılan açıqlamada deyilir. Qeyd olunub ki, Nyu-Yorkda koronavirusla bağlı vəziyyət yaxşılaşdığı üçün yüksək səviyyəli həftə zamanı ölkələrin nümayəndə heyətinin sayı dörd nəfərə qədər artırılıb. …
Read More »Koronavirusun yeni mutasiyası aşkar edilib
İngiltərənin İctimai Sağlamlığın Mühafizəsi İdarəsi (PHE) 16 nəfərdə koronavirusun yeni növünün aşkar edildiyini bəyan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mirror” yazıb. Koronavirusun mutasiya olunmuş yeni variantı B.1.621 adlanır. Bildirilib ki, mutasiyanın virusun davranışına təsirini daha yaxşı anlamaq üçün idarənin həkimləri SARS-CoV-2-nin bu variantı üzərində laboratoriya testləri aparırlar. Həkimlər peyvəndin yeni varianta necə təsir edəcəyi barədə məlumatsızdırlar.
Read More »Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq idarə rəisi həbs edilib – RƏSMİ
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin sabiq rəisi, polkovnik Vüsal Babayevin rüşvət almaqda şübhəli bilinərək saxlanılması ilə bağlı məlumatlar yayılıb. Baş Prokurorluqdan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat …
Read More »Qazimiz Ankarada çətin durumda – Bakıda səhv müalicə ediblər – FOTOLAR
Qarabağ qazisi, baş leytenant “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medallar alan Cahangirli Habil Həzər oğlu həkim səhvi ucbatından ölüm ayağındadır. Boyukmillet.com xəbər verir ki, o, Bakıda “German” hospitalda əməliyyat olunub. Həkim səhlənkarlığı ucbatından yarasına infeksiya düşüb və vəziyyəti kəskin pisləşib. Ailə üzvləri məcbur qalıb onu, Ankaraya aparıblar. Hazırda Hacettepə xəstəxanasının reanimasiya şöbəsindədir və ağır müalicə proseduru …
Read More »Erməni postu məhv edildi: erməni tərəfdə ölən və yaralananlar var
Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqeləri atəşə tutulub, nəticədə bir hərbi qulluqçumuz, gizir Telman Yaqublu şəhid olub. Boyukmillet.com xəbər verir ki, “caliber.az” sərhəddə baş verən təxribatın təfərrüatlarını açıqlayıb. Məlum olub ki, saat 16:00 radələrində Basarkeçərdə yerləşən erməni postuna 2 mülki avtomobil yaxınlaşıb. Maşınlarla gələn erməni “volontyorları” hərbçilərlə …
Read More »Azərbaycan MN: Havaya heç bir PUA qaldırılmayıb
Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tərəfin növbəti dezinformasiyasıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər. Qeyd olunub ki, bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar