İstanbul danışıqlarında iştirak edəcək Rusiyanın nümayəndə heyətinin və ekspertlər qrupunun tərkibi məlum olub. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski (nümayəndə heyətinin rəhbəri), Rusiya XİN başçısının müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir. Ekspertlər qrupuna isə Baş Qərargahın informasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezident Administrasiyasının humanitar …
Read More »İstintaq təcridxanasına diş pastasının içərisində narkotik keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib. Bildirilib ki, həbs olunmuş şəxs Vahid Novruz oğlu Kazımova göndərilmiş banderola baxış keçirilən zaman diş pastasının içərisində xüsusi üsulla gizlədilmiş 8 ədəd bükülüdə ümumi çəkisi 0,352 qram metadon aşkar olunub. Faktla bağlı araşdırma aparılır. “Cəzaçəkmə …
Read More »Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsi başlayıb
Dövlətə xəyanətdə ittiham olunan Azərbaycan vətəndaşı İsmayıl Rafail oğlu Zamanlı barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com -un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul olunub. Məhkəmənin növbəti …
Read More »Ermənistanda pul müqabilində hərbi xidmətin qısaldılması təklif olunur
2020-2024-cü illər ərzində 9 minə yaxın Ermənistan vətəndaşı 18 yaşı tamam olmadan hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan çıxıb Ermənistan hakim partiyasının deputatı məcburi hərbi xidmət müddətini əhəmiyyətli dərəcədə azaltmaq üçün çağırışçıların dövlət büdcəsinə pul ödəməsinə icazə verilməsini təklif edib. OC media yazır ki, deputat Hayk Sarkisyanın təklifinə görə, çağırışçılar dövlət büdcəsinə 38,000 ABŞ dolları ödəməklə 24 ayın yalnız altı ayını, ya da …
Read More »2025-ci ilin ilk beş ayı ərzində Azərbaycanda 14 hərbi qulluqçu həyatını itirib
2024-cü ildə isə 51 hərbi qulluqçu vəfat edib 2025-ci ilin ilk beş ayı ərzində Azərbaycanda 14 hərbi qulluqçu həyatını itirib. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) kütləvi informasiya vasitələri üzrə keçirdiyi monitorinqin nəticələrinə görə, onların hamısı qeyri-döyüş itkiləridir. Ümumilikdə, 2025-cü ildə 2 nəfər avtomobil qəzasından, 2 nəfər müxtəlif bədbəxt hadisələrdən (qar uçqunu), 4 nəfər müxtəlif xəstəliklərdən, 4 nəfər intihardan, 1 nəfər mina partlayışından, …
Read More »Gürcüstan parlamenti “Siyasi partiyaların qadağan edilməsi haqqında” qanunu təsdiqləyib
Hakim “Gürcü arzusu” partiyası bu qanunu vəd etdiyindən daha tez qəbul etdi Mayın 13-də Gürcüstan parlamenti “Vətəndaşların siyasi birlikləri haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara müstəqil hüquqşünasların repressiv kimi qiymətləndirdiyi əlavələr paketini üçüncü və yekun oxunuşda yekdilliklə qəbul edib. “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna edilən dəyişikliklər hansı hallarda partiyanın qadağan oluna biləcəyini izah edir. Bu hallara daxildir: Əgər onun məqsədi Gürcüstanın …
Read More »Məhkəmə Hacı Vəliyevi həbsdə saxlayıb
“Gənc Qazilər” İctimai Birliyinin sədrinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb Bu gün, mayın 14-də Xətai rayon Məhkəməsində həbsdə olan “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Hacı Vəliyevin vəsatəti təmin olunmayıb, o, həbsdə saxlanılıb. Hacı Vəliyev İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş …
Read More »“Melissa Group” tikinti şirkətinin rəhbəri ev dustaqlığına buraxılıb
Tikinti şirkətinin rəhbəri Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilmişdi Xətai rayon Məhkəməsində Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov barəsində ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun müraciəti təmin edilib və Qalib Məmmədov ev dustaqlığına buraxılıb. “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib …
Read More »Rusiyaya qarşı 17-ci sanksiya paketinə 189 gəmi daxil edilib
Rusiyaya qarşı 17-ci sanksiya paketinə “kölgə donanması”nın 189 gəmisi daxil edilib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen “X” sosial şəbəkəsində yazıb. “Rusiyaya qarşı 17-ci sanksiya paketini alqışlayıram. Biz hərbi texnikaya çıxışı daha da məhdudlaşdırırıq. Siyahıya Rusiyadan enerji daşıyıcılarının ixracını nəzərdə tutan daha 189 gəmini daxil etdik. Bu müharibə bitməlidir. Biz Kremlə təzyiq göstərməyə …
Read More »Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edilib
Azərbaycan Prezidenti İlham Əliyev Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edilməsi barədə Sərəncam imzalayıb. Boyukmillet.com-un məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, bu vəzifəyə yenidən Tural Qüdrət oğlu Piriyev təyin edlib. “Əmanətlərin sığortalanması haqqında” qanunun 9.1-ci maddəsinə əsasən, Fondun icraçı direktoru və onun müavininin (müavinləri) səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər. Xatırladaq ki, T.Piriyev 2006-2007-ci illərdə hazırda ləğv …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar