Cümə axşamı , 9 Aprel 2026

autor

Əlahiddə Ümumqoşun Orduda qazilərlə əsgərlərin görüşü təşkil edilib – VİDEO

Əlahiddə Ümumqoşun Orduda əsgərlərin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində mütəmadi olaraq tədbirlər görülür. Boyukmillet.com  xəbər verir ki, bu dəfə əsgərlərlə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən bir qrup qazilərimizin görüşü təşkil edilib. Tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbəycanın Dövlət Himni səsləndirilib. Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Fariz Sərxanov çıxışında ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən igid Vətən oğulları …

Read More »

Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı artır

Almaniyanın qərb bölgəsində son günlər yaşanan daşqın və sel fəlakəti nəticəsində ölənlərin sayı 164-ə çatıb. Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki, bu barədə Reynland Pfalz əyalətinin Koblenz şəhər polisi bildirib. Ölənlərin 117 nəfəri sözügedən əyalətin Arvayler dairəsindən, 46 nəfəri isə Şimali Reyn-Vestfaliya əyalətindəndir. Xəsarət alanların isə hazırda 749 nəfər olduğu bildirilir. Xatırladaq ki, ötən həftədən etibarən Almaniyanın qərb və cənub-qərb …

Read More »

Azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı yekun layihə hökumətə təqdim olunub

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun növbəti iclası keçirilib. Video formatda keçirilən iclasda İqtisadi Məsələlər üzrə İşçi Qrupda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə və Energetika, Kənd təsərrüfatı nazirliklərinin, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondunun …

Read More »

Gürcüstan Azərbaycandan təbii qaz idxalını azaldıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 107,6 milyon ABŞ dolları dəyərində 740,1 min kubmetr təbii qaz tədarük edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib. Məlumata əsasən, ötən ilin eyni dövrünə nisbətdə həcm 21 % azalıb. İlin I yarısında qonşu ölkə Azərbaycandan 48,5 milyon ABŞ dollarlıq 96,6 min ton neft və neft yağları idxal edib. İllik …

Read More »

Ağdam Sənaye Parkı üçün 12 potensial rezident seçilib

Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkına müraciətlər əsasında 12 potensial rezident seçilib. Boyukmillet.com xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun növbəti iclasında məlumat verilib. İclasda həmçinin bildirilib ki, sənaye parklarına dair uğurlu …

Read More »

SOCAR-ın dörd vitse-prezidenti vəzifəsindən azad edilib – SƏRƏNCAM

Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib. Azərbaycan Prezidentinin daha bir Sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət …

Read More »

Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminə 12 dövlət qurumu qoşulub

Vahid informasiya platforması rolunu oynayan Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminə 27 dövlət qurumu və təşkilatından 12-si qoşulub. Boyukmillet.com xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun növbəti iclasında məlumat verilib. İclasda həmçinin bildirilir ki, adıçəkilən proqram təminatından istifadə məqsədilə müvafiq təlimlər keçirilib. Digər …

Read More »

Kəlbəcər və Laçında bir sıra biznes obyektləri açılacaq

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində – Kəlbəcər və Laçın rayonlarında ilkin zəruri tələbatların ödənilməsi üçün gündəlik tələbat mallar dükanları, aptek, bankomat, YDM və s. açılması məqsədi ilə müvafiq şirkətlərlə görüşlər keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun növbəti …

Read More »

Gürcüstan Azərbaycandan təbii qaz idxalını azaldıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 107,6 milyon ABŞ dolları dəyərində 740,1 min kubmetr təbii qaz tədarük edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib. Məlumata əsasən, ötən ilin eyni dövrünə nisbətdə həcm 21 % azalıb. İlin I yarısında qonşu ölkə Azərbaycandan 48,5 milyon ABŞ dollarlıq 96,6 min ton neft və neft yağları idxal edib. İllik …

Read More »

Qarabağda sahibkarlıq fəaliyyəti ilə bağlı 657 müraciət olub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 657 müraciət olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun növbəti iclasında məlumat verilib. İclasda …

Read More »