Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com təbrik mətnini təqdim edir: “Bismillahir-rəhmanir-rəhim! Möhtərəm həmvətənlərim!İslam aləminin ən əziz və müqəddəs günü, Uca Yaradana sədaqətin və İlahi Lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, xeyirli və bərəkətli ömür arzulayıram. Allaha şükürlər olsun ki, bu ilki Qurban …
Read More »Xocavənddə minalanmış ərazidə yanğın olub, əraziyə iki helikopter cəlb edilib – VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xocavənd rayonunun Edilli kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat əsasında Nazirliyin müvafiq qüvvələri dərhal yanğın baş vermiş əraziyə cəlb olunub. Boyukmillet.com xəbər verir ki, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə …
Read More »Ermənistanda əsgər hərbçi yoldaşını güllələyərək öldürüb
Ermənistan Silahlı Qüvvələrinin 20 yaşlı hərbçisi, sıravi əsgər Artur Kazaryan qeyri-döyüş şəraitində ölüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, 2001-ci ildə anadan olan Artur Kazaryan hərbçi yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan güllədən ölüb. Fakt üzrə araşdırma aparılır.
Read More »Şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışov medalla təltif olunub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhid media nümayəndələri Məhərrəm İbrahimov və Sirac Abışov təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov əmr imzalayıb. Əmrə əsasən, İbrahimov Məhərrəm Əli oğlu və Abışov Sirac Abış oğlu “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.
Read More »Daimi nümayəndəlikdə “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə tədbir keçirilib – FOTOLAR
Boyukmillet.com xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində iyulun 17-də bir əsrlik tarixi boyunca milli mətbuatımızın inkişafına böyük töhfələr vermiş, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və s. həyatında müstəsna rol oynayan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin birgə mətbu orqanı olan “Şərq qapısı” qəzetinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və Azərbaycan …
Read More »Millimizin sabiq müdafiəçisi “Qəbələ”nin məşqçisi oldu
“Qəbələ”də yeni məşqçi təyinatı gerçəkləşib. Boyukmillet.com klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm futbolçu kimi “qırmızı-qaralar”ın heyətində olan Rasim Ramaldanov məşqçi təyin edilib. Karyerasını başa vuran 35 yaşlı müdafiəçi Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 2016/17 mövsümündə “Qəbələ”də debüt edən müdafiəçi “qırmızı-qara” formada 39 oyun keçirib, 1 qol vurub. O, çempionatda 32 (1 qol), kubokda 4, …
Read More »Azərbaycan nefti 74 dollara qədər ucuzlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,93 ABŞ dolları, yaxud 1,24 % ucuzlaşıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 74,11 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Read More »Ermənistanda əsgər hərbçi yoldaşını güllələyərək öldürüb
Ermənistan Silahlı Qüvvələrinin 20 yaşlı hərbçisi, sıravi əsgər Artur Kazaryan qeyri-döyüş şəraitində ölüb. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, 2001-ci ildə anadan olan Artur Kazaryan hərbçi yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan güllədən ölüb. Fakt üzrə araşdırma aparılır.
Read More »20 yeni metro vaqonu “Nərimanov” elektrik deposuna gətirilib – FOTO
“Bakı Metropoliteni” QSC-nin Rusiyadan aldığı 20 yeni metro vaqonu “Nərimanov” elektrik deposuna gətirilib.
Read More »“Qarabağ”ın sabiq futbolçusu “Sivasspor”a keçdi
“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike komandasını dəyişib. Boyukmillet.com xəbər verir ki, son 2 mövsümü Türkiyə “Kayserispor”unda keçirmiş braziliyalı hücumameylli yarımmüdafiəçi ölkənin digər klubu “Sivasspor”a keçib. Sivas təmsilçisinin rəsmi saytı 31 yaşlı vingerlə 3 illik müqavilə imzalandığını yazıb. Qeyd edək ki, Pedro Enrike 2017/2018 mövsümündə Yunanıstan PAOK-una məxsus futbolçu kimi “Qarabağ”da icarədə olub. O, Ağdam təmsilçisinin Bakıda İtaliya “Roma”sına 1:2 hesabı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar