Cümə axşamı , 9 Aprel 2026

autor

“Qoşulmama Hərəkatı daim Azərbaycana öz dəstəyini birmənalı şəkildə ifadə edib” – RƏY

Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransı keçirilib. Tədbir çərçivəsində iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub. Dövlət başçısı Qoşulmama Hərəkatının Azərbaycana dəstəyindən danışıb. Prezident bildirib ki, 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Bundan əlavə, Vətən müharibəsi zamanı – 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində …

Read More »

Bugünkü imtahanın test tapşırıqlarının düzgün cavabları açıqlandı

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün III ixtisas qrupu üzrə bu gün keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb. Boyukmillet.com xəbər verir ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq. Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları: III ixtisas qrupu (Azərbaycan bölməsi); III ixtisas qrupu (rus bölməsi).

Read More »

Kəmaləddin Heydərov təltif olunub

Kəmaləddin Fəttah oğlu Heydərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında fövqəladə hallar orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Read More »

Baş Prokurorluqda veteranlarla görüş keçirilib

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbəri seçilməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri ilə prokurorluğun gənc əməkdaşları arasında Baş Prokurorluqda görüş keçirib. Boyukmillet.com xəbər verir ki, Ümummilli Lideri Heydər Əliyevin 1969-cu il iyulun 14-dən başlayaraq respublikaya rəhbərlik etməsi ilə Azərbaycanda yeni bir tarixi dövrün təməli qoyulub. İqtisadi və sosial …

Read More »

Ali Baş Komandan: “Biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”

İndi yeni dövr – quruculuq dövrü, postmünaqişə dövrü başlayıb. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və …

Read More »

Azərbaycan Prezidenti: “Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq”

Biz müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün ən müasir protezlər sifariş etmişik və bu protezlər artıq quraşdırılır. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim …

Read More »

İlham Əliyev: “Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir”

“Biz düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. Ona görə 3 minə yaxın şəhidimizin həyatdan getməsi, əlbəttə, böyük faciədir. Ancaq Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir. Bizdə olan və bilirəm ki, müstəqil ekspertlərdə olan məlumatlara əsasən, onların itkiləri ən azı 7-8 mindir. Bunu həm əməliyyatların gedişatı göstərir, eyni zamanda, bizim videotəqdimatlarımız göstərir, ermənilərin məhv edilmiş, qənimət kimi …

Read More »

Vətən müharibəsi şəhidlərinin yeni siyahısı

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyulun 14-dək dəfn edilən 2907 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 7 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi …

Read More »

Dövlət başçısı: “Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq”

“Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində bizim müharibəmiz, ikinci Qarabağ müharibəsi öyrənilir. Biz bunu həm mətbuatda izləyirik, eyni zamanda, bizə bir çox yerlərdən müraciətlər daxil olur, bizim təcrübəmizi öyrənmək istəyən tərəfdaşlar müraciət edirlər”. Boyukmillet.com  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim …

Read More »

Azərbaycan Prezidenti: “Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var”

“İndi isə yeni dövr başlayıb – quruculuq dövrü, postmünaqişə dövrü. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və …

Read More »