Cümə axşamı , 9 Aprel 2026

autor

Bu il sənaye zonaları 268 milyon manatlıq qeyri-neft ixracı həyata keçirib

“Qeyri-neft sektorunun inkişafında əlverişli mexanizm olan sənaye zonalarında bu ilin I yarısında 824 milyon manatlıq – ötən ilin eyni dövrü ilə müqayisədə 38% çox məhsul istehsal edilib, 268 milyon manatlıq ixrac həyata keçirilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib. “Ümumilikdə, indiyə qədər sənaye zonalarında 4,2 milyard manatlıq məhsul istehsal olunub ki, bunun da 1,1 milyard manatlıq hissəsi …

Read More »

Millimizin legioneri olimpiadaya getmək istəmədi, lisenziyası ləğv olundu

Azərbaycan atleti Aleksis Kopello Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib. Bu barədə Azərbaycan Atletika Federasiyasının (AAF) baş katibi Məhərrəm Sultanzadə məlumat verib. Onun sözlərinə görə, kubalı legioner zədəli olduğu üçün nüfuzlu yarışı buraxmağı qərara alıb: “Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası Kopellonun lisenziyasını artıq təsdiqləmişdi. Lakin atlet gümüş medal qazandığı Avropa çempionatından sonra – mayda olimpiadaya hazırlıq prosesi zamanı axillindən zədə almışdı. …

Read More »

İspaniyada güclü isti səbəbindən xəbərdarlıq elan olunub

İspaniya Dövlət Meteorologiya Agentliyi güclü isti səbəbindən krallığın bir sıra vilayətlərində xəbərdarlıq elan edib. Bu barədə Boyukmillet.com TASS-a istinadən xəbər verir. Qurum ölkənin cənub-şərqində sarı (təhlükə) və narıncı (yüksək təhlükə) səviyyəli təhlükə elan edib. Valensiya üçün təhlükənin ən yüksək – qırmızı səviyyəsi elan olunub. Proqnozlara görə burada temperaturun 44 dərəcə Selsiyə çatmaq ehtimalı var. İspaniyada son temperatur rekordu 2017-ci ildə qeydə alınıb. …

Read More »

“Ukrayna Beynəlxalq Hava Yolları” Bakıya uçuşların sayını artırır

“Ukrayna Beynəlxalq Hava Yolları” şirkəti (MAU) Kiyev-Bakı-Kiyev marşrutu üzrə reyslərin sayını artırır. Boyukmillet.com bu barədə Ukraynanın milli aviadaşıyıcısına istinadən xəbər verir. Məlumata görə, sabahdan başlayarq hər həftənin çərşənbə axşamı günləri, iyulun 24-dən başlayaraq isə hər həftənin şənbə günləri Ukrayna paytaxtından Azərbaycan paytaxtına və geriyə əlavə aviareyslər yerinə yetiriləcək.

Read More »

Vətən müharibəsində atılmış bombalardan biri partlayıb, xəsarət alan var

İyulun 12-də saat 11 radələrində 1 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq …

Read More »

Azərbaycanda qaz hasilatı bir ildə 6 % artıb

2020-ci ilin sonuna Azərbaycanda təbii qaz hasilatı 25,8 milyard kibmetr təşkil edib. Bu barədə BP şirkətinin hər il dərc etdiyi dünya energetikası üzrə statistik icmalına istinadən xəbər verir. Məlumata görə, bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 6 % çoxdur. Qeyd edək ki, 2019-cu ilin sonuna olan göstəricilərə əsasən, Azərbaycanda təbii qaz hasilatı 24,3 milyard kubmetr təşkil edir. Hesabata əsasən, 2000-ci illin sonuna ölkədə qaz hasilatı 16,3 milyard kubmetr, 2011-ci …

Read More »

Azərbaycan “Kənar auditorlara qarşı xüsusi tələblər”ə dəyişiklik edə bilər

Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib. Boyukmillet.com bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib: 1. “Auditorun şəxsi kabineti” sistemində auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətini əks etdirən yarımillik (illik) hesabatın, müqavilələrin və rəylərin qeydiyyatı haqqında təlimatın təsdiq …

Read More »

Prezidentin köməkçisi səfirlə çörək kəsdi – Şuşadan maraqlı VİDEO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə birlikdə Şuşada çörək kəsib. Şuşaya səfər edən diplomatlar Şuşa çörəyinin əvəzsiz, özünəməxsus dadı olduğunu deyib. Səfir Cahit Bağçının sözlərinə görə, çörəkdən Qafqaz qoxusu gəlir: “Qarabağın buğdası, suyu bir başqadır. Şükür ki, Azərbaycan xalqı bu günü gördük. Türklərdə çörək kəsmək ənənəsi …

Read More »

Səbail İcra Hakimiyyəti Qarabağ Qazisinin tikdiyi evi söküb, əvəzində… – Video

Səbail rayonu Badamdar qəsəbəsində özünə ev tikmək istəyən Qarabağ müharibəsi əlili Bayramov Kənan Ələsgər oğlu Azinforum.az-a açıqlamasında bildirib ki, Səbail Rayon İcra Hakimiyyətinin işçiləri ondan ev tikməyin müqabilində 20 min manat istəyirlər. Qarabağ qazisi torpağa aid bütün sənədlərin qaydasında olduğunu, hətta əlində Çıxarışın varlığını deyir. Səslənən ittihamlarla bağlı İcra Hakimiyyətindən mövqe öyrənə bilmədik. Azinforum. az qarşı tərəfin də fikirlərinə yer …

Read More »

Türkiyənin Azərbaycandakı səfiri Gəncədədir

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Gəncə şəhərində səfərdədir. Boyukmillet.com xəbər verir ki, səfir və onu müşahidə edən heyət Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşəcək. Daha sonra səfər iştirakçıları Şəhidlər Xiyabanı və Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən atılan raket nəticəsində mülki insanların həlak olduğu və dağıntıların olduğu ərazini ziyarət edəcəklər.

Read More »