Cümə axşamı , 9 Aprel 2026

autor

DSX rəisi: “Yeni hərbi hissələr Ermənistanla sərhədin əhəmiyyətli hissəsini qoruyacaq”

“Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər həyata keçirilir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Qubadlı və Laçın …

Read More »

Azərbaycanlı futbolçunun komandası Ukrayna Premyer Liqasına qayıdır

Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” klubu Ukrayna Premyer Liqasına qayıda bilər. Boyukmillet.com   xəbər verir ki, buna “Olimpik” komandasının maliyyə probleminə görə yüksək dəstəyə buraxılmaması səbəb olub. Bu kollektivi ötən mövsümün sonunda aşağı liqaya düşən “Minay”ın əvəzləyəcəyi gözlənilir. Məsələ ilə bağlı danışan Əhmədzadə elitaya qayıdacaqları halda orada oynamağa layiq olduqlarını sübut edəcəklərini bildirib: “Komandanın güclənməsi üçün transfer …

Read More »

XİN: Azərbaycan-Rusiya danışıqları konstruktiv dialoq ruhunda keçirilib

İyulun 6-9-da Bakı şəhərində xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun və Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasında Rusiya nümayəndə heyətinin rəhbəri Amir Bilyaletdinovun rəhbərliyi ilə Azərbaycan-Rusiya birgə demarkasiya Komissiyasının doqquzuncu iclası keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. İclasda demarkasiya prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilmiş, çöl demarkasiya …

Read More »

Qubadlı və Laçında yeni hərbi hissələr fəaliyyətə başladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında xalqımızın ədalət savaşı ta­rixi zəfərlə başa çatdıqdan sonra dövlət başçısının tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən “Report”a bildirilib ki, iyul ayının 8-də Qubadlı və Laçın rayonları ərazisində DSX-nin 2 yeni hərbi hissəsi xidməti …

Read More »

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında müqavilə təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikas Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” Müqavilənin təsdiq edilməsi barədə sənəd müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, sənəddə tərəflər məxfi informasiyanın mühafizəsi üzrə öhdəliklər götürüblər. Sənəddə məxfi informasiyanın istifadəsi və işlənilməsi şərtləri və s. məqamlar öz əksini tapıb. Müzakirələrdən …

Read More »

Bakıda polis rəisi özünü güllələyərək intihar edib

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, R.Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. O, DİN Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis …

Read More »

Parlament mediasiya haqqında qanunvericiliyin pozulmasına görə cərimələri təsdiqləyib

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, Məcəlləyə yeni – 602-2-ci maddənin əlavə edilib. Yeni maddəyə əsasən, “Mediasiya haqqında” qanuna uyğun olaraq Medasiya Şurasının üzvlüyünə qəbul edilmədən fiziki şəxsin mediator fəaliyyəti ilə məşğul olmasına, hüquqi şəxsin mediasiya təşkilatı kimi və (və ya) mediasiya təlimi sahəsində fəaliyyət görməsinə …

Read More »

“Zirə” qapıçısı ilə müqaviləni uzatdı

“Zirə” komandası qapıçısı Rəşad Əzizli ilə yeni müqavilə imzalayıb. Boyukmillet.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı qolkiperlə anlaşmanın müddəti 1 ildir. Qeyd edək ki, Əzizli 2020-ci ilin yayından qəsəbə təmsilçisində çıxış edir.

Read More »

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb. Boyukmillet.com-un xəbərinə görə, parlament sədrinin birinci müavini ƏIi Hüseynlinin sədrliyi ilə keçirilən toplantının gündəliyinə 13 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının …

Read More »

Milli Məclisdə “patı” təhlükəsi ilə bağlı məsələ qaldırılıb

“Azərbaycanda ucuz, hər kəs üçün əl çatan olduğu üçün daha təhlükəli olan narkotik vasitələrin yayılması narahatlıq doğurur. Bu gün gənclər arasında şüşə, yaxud “patı” deyilən maddənin istifadəsi adiləşib”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında deyib. “Mən dövlət strukturlarını qınamaq istəmirəm, əllərindən gələni edirlər, lakin, məsələ köklü həll edilməlidir. Sirr deyil, …

Read More »