Çərşənbə , 8 Aprel 2026

autor

Məşhur futbolçu balıqla rəftarına görə tənqid olundu – VİDEO

ABŞ millisinin və İngiltərənin “Çelsi” klubunun futbolçusu Kristian Pulişiçin qalmaqallı görüntüləri yayılıb. Boyukmillet.com-un məlumatına görə, 23 yaşlı yarımmüdafiəçinin dənizdə qayıqla üzərkən balıqçıların tutduğu nəhəng balığın üzərində top çiləməsi birmanalı qarşılanmayıb. Oyunçunu sərt tənqid edən sosial şəbəkə istifadəçiləri bunu təhqiredici davranış adlandırıblar. Yazıya Bax Christian Pulisic living on the edge 😭 @brfootball (via @cpulisic_10) https://t.co/dAAv6dvFnV— Bleacher Report (@BleacherReport) July 3, 2021

Read More »

Türkiyə vətəndaşlarını ölkəyə daxil olarkən peyvəndləyəcək

Xaricdən ölkəyə qayıdan Türkiyə vətəndaşları ölkənin 38 hava limanında və sərhəd-keçidlərində peyvənd olunacaqlar. Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Fəxrəddin Koca məlumat verib. “Xaricdən qayıdan vətəndaşlarımıza ölkənin 48 hava limanından 38-də peyvəndin birinci və ikinci dozalarının vurulmasını təklif edirik. Hazırda 4 vilayətdə yerləşən sərhəd-keçid məntəqəsində bu prosedur həyata keçirilir” – nazir bildirib. Onun sözlərinə görə, …

Read More »

Hadrut istiqamətində meşə zolağı yanır – VİDEO

Fövqəladə Hallar Nazirliyinə Füzuli rayonunun Qarazalı kəndində (Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, məlumat əsasında dərhal nazirliyin Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər …

Read More »

Avqust ayının birinci yarısında keçiriləcək imtahanlar – SİYAHI

Dövlət İmtahan Mərkəzi 2021-ci il avqust ayının birinci yarısında keçiriləcək imtahanlar haqqında məlumat yayıb. DİM-dən bildirilib ki, avqustun 4-də hərbi liseylərə qəbul imtahanı və rezidenturaya qəbul imtahanı (1-ci mərhələ 2-ci cəhd) keçiriləcək. Avqustun 11-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə: əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı; müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak …

Read More »

Rövşən Əkbərovun məhkəməsinin vaxtı məlum olub

Sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi məhkəmənin vaxtı məlum olub. Boyukmillet.com-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi keçiriləcək prosesin hazırlıq iclası iyulun 16-a təyin edilib. Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin …

Read More »

Neft yenidən ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,14% azalaraq 1 barelə görə 76,06 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,12% azalaraq 75,07 dollar təşkil edib.

Read More »

Müəllimlərin işə qəbulu imtahanlarına start verilir

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilir. Təhsil Nazirliyindən verilən məlumata görə, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. 19 iş günü müddətində davam edəcək imtahanların ilk günündə fizika və informatika fənni üzrə …

Read More »

FHN vulkanın baş verdiyi yerdən görüntülər yaydı – VİDEO

“Məlumat verildiyi kimi, ötən gün axşam saatlarında sosial şəbəkə və saytlarda Xəzər dənizində yanğının əks olunduğu videolar yayılıb və bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal müvafiq araşdırma işlərinə başlanılıb”. Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, ilkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyi müəyyən …

Read More »

Tailandda zavodda partlayış olub, 20 nəfər yaralanıb

Tailandın paytaxtı Bankokun ətrafındakı Banqpxli rayonunda kimyəvi zavodda baş verən partlayış nəticəsində 20-dən çox insan yaralanıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, partlaşıydan sonra yanğın olub. Bildirilib ki, müəssisənin 5 km radiusunda yerləşən ərazidən sakinlər təxliyə edilib. Partlayış Bankokun Suvannapxumi beynəlxalq hava limanının 1-1,5 km-liyində baş verib. Zavodda polietilen dənələri istehsal olunur.

Read More »

“Neftçi”nin sabiq prezidenti Çempionlar Liqasının oyununa təyinat aldı

“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan təyinat alıb. Boyukmillet.com-un məlumatına görə, o, Çempionlar Liqasında I təsnifat mərhələsinin “Makkabi” Hayfa (İsrail) – “Kayrat” (Qazaxıstan) matçında UEFA nümayəndəsi olacaq. Qeyd edək ki, iyulun 7-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Read More »