Prezident İlham Əliyev “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmanla şəhid ailələrinin üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etmək məqsədilə “Şəhid …
Read More »Qəhrəman dənizçi: “Əmimin qisasını almağa getmişdim” – VİDEO
Azərbaycan Xəzər dənizi hövzəsində 260 gəmidən ibarət ən böyük donanmaya malik ölkədir. Hazırda xarici sularda Azərbaycan bayrağı altında 11 gəmi üzür ki, onlardan da 8-i quru yük gəmisi, 3-ü isə tankerdir. Bu gəmilərin təmiri, yenidən qurulması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilir Zavodda İl ərzində 50-dən artıq gəmi təmir olunur. Müəssisənin …
Read More »Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 30 mənzil təqdim edildi – VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksindən daha 30 mənzili şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edib. Boyukmillet.com xəbər verir ki, mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham …
Read More »Milli Məclisin sədr müavini hər kəsi “YAŞAT” Fonduna 10 manat ianə etməyə çağırıb
“Biz xalq olaraq tarixi qələbəni yaşadanları heç zaman unutmayacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, qələbəni yaşadanlar hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir: “Torpaqlarımızın düşməndən azad edilməsi aparılan uğurlu islahatların nəticəsidir. Hər kəsdən xahiş edirəm ki, 10 manat olmaqla “YAŞAT” Fonduna ianə edək və bununla da qəhrəmanlarımıza, …
Read More »İşğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbçilərin maaşları artırıldı
Prezident İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat …
Read More »“Mediasiya haqqında” qanunun qüvvəyə minmə vaxtı uzadılır
“Mediasiya haqqında” qanunun 2021-ci iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu. Ancaq qanuna hazırda dəyişikliklər edilir və üç oxunuşda qəbul edilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədrinin müavini Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında “Mediasiya haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, həmin qanun layihələri qəbul edildikdən sonra Prezident İlham Əliyev tərəfindən təsdiqlənəcək: “Bununla …
Read More »Ceyhun Bayramov Avropa İttifaqının üç ölkəsinin XİN başçısı ilə görüşüb
“Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku və Azərbaycanda səfərdə olan Avropa İttifaqı nümayəndə heyətinin digər üzvləri ilə maraqlı fikir mübadiləsi apardıq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitterdə yazıb. “Görüşdə regional təhlükəsizlik məsələləri, regional əməkdaşlığın perspektivləri və Avropa İttifaqı ilə əlaqələr barədə danışdıq”, – o vurğulayıb. Xatrırladaq ki, Avropa İttifaqının üç ölkəsinin – Avstriya, …
Read More »Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlanıb
Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Boyukmillet.com xəbər verir ki, şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər. Minimum 30 faiz nəticə göstərən şagirdlər seçim mərhələsinə buraxılıb. Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər iyulun 5-i saat 17:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçim etdikdən sonra …
Read More »Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başladı
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 12 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 3. “Əlilliyi olan şəxslərin …
Read More »Qərbi Azərbaycan İcması 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə bağlı onlayn tədbir təşkil edib
24 iyunda Qərbi Azərbaycan İcması Gənclər Təşkilatı və İcmanın Ankara təmsilçiliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələr gününə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının sədri Namiq Muradov Azərbaycan ordusunun yaranma tarixi barədə danışaraq 1918-ci il 26 iyun tarixli fərmanla yaradılmış Azərbaycan Milli Ordusunun qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar