Çərşənbə axşamı , 7 Aprel 2026

autor

İİTKM: Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında yeni mərhələ başlayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqlamasında bildirilir. “Səfər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ikitərəfli görüşlərin keçiriləcəyi gözlənilir. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlıq potensialının yüksəldilməsi üçün müzakirələr aparılacaq. Müzakirələrin nəticəsi olaraq, Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsi istiqamətində hərtərəfli müqavilənin imzalanması gözlənilir. Yeni …

Read More »

Şuşa bu gün – FOTOLAR

Bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq. Görüşdən sonra dövlət başçıları hər iki ölkə arasında strateji əhəmiyyət daşıyan sənədlərin imzalanma mərasimində iştirak edəcəklər. Daha sonra isə prezidentlər Şuşanı gəzməyə çıxacaqlar. Boyukmillet.com prezidentlərin görüşünün keçiriləcəyi Şuşa şəhərindən bu gün çəkilmiş fotoları təqdim edir:

Read More »

Türkiyə prezidenti Azərbaycana gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikadan Azərbaycana yola düşüb. Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, dövlət başçısı NATO sammiti və təkbətək görüşlərdən sonra təyyarə ilə Azərbaycana səfərə gəlir. Ərdoğanı səfərdə xanımı Əminə Ərdoğanla yanaşı, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Prezidentin sözçüsü İbrahim Kalın, hakim Ədalət və İnkişaf Partiyasının …

Read More »

Xalqın ümidi və pənahı

Müstəqilliyimizi 1991- ci il oktaybrında əldə etsək də, ölkədə ictimai həyatın bütün sahələrində xaos hərc mərclik baş alıb gedirdi. Hakimiyyət böhranı davam edirdi, orduda da vəziyyət ağırlaşırdı, erməni təcavüzü günü-gündən artırdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. Vətənin belə ağır günündə xalqın ümüdü və pənahı Ümummilli Liderimiz Heydər Əliyev oldu. Ulu Öndərin dövlət rəhbərliyinə …

Read More »

Milli Qəhrəman Çingiz Mustafayevin anım günüdür

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin anım günüdür. Boyukmillet.com xəbər verir ki, Çingiz Fuad oğlu Mustafayev 1992-ci il iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhid olub. Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi …

Read More »

Prezident “Füzuli” yarımstansiyasının açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, dövlət başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verilib. Qeyd edək ki, Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun …

Read More »

NATO ölkələri hərbi xərcləri artırmaq öhdəliyi götürüblər

NATO-ya üzv 30 ölkənin dövlət və hökumət başçılarının Brüsseldə keçirilmiş zirvə görüşünün yekun bəyannaməsi qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bu bəyannamədə alyansa üzv ölkələr hərbi xərcləri artırmaq öhdəliyi götürüblər. Zirvə görüşündə növbəti görüşün 2022-ci ildə İspaniyada keçirilməsi təsdiq olunub.

Read More »

“Hər şəhid bir çinardır” yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Odlar Yurdu universitetində Vətən müharibəsi şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı məktəbliləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Nərimanov rayon İcra Hakimiyyəti, Gəncliyə Yardım Fondu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Hər şəhid bir çinardır” adlı yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. BŞGİBİ-nin Mətbuat xidmətindən “Report”a verilən məlumata …

Read More »

Ağsuda polis əməkdaşını avtomobil vurub

Ağsu rayonunda polis əməkdaşını avtomobil vurub. Boyukmillet.com “Report”un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşı Cəfərov Ramil İntiqam oğlunu yolu keçmək istəyərkən “QAZel” markalı yük maşını vurub. Yaralı əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıda yerləşən xəstəxanalardan birinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Azərbaycanda son sutkada vaksinasiya olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 322 nəfər vaksinasiya olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 247, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 75 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 775 641-dir. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 811 …

Read More »