Azərbaycan iyunun 15-dən quru sərhədlərini aça bilər. Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindəki (DGK) mənbə məlumat verib. Onun sözlərinə görə, artıq Komitə gömrük-keçid məntəqələrinin açılması ilə bağlı qonşu ölkələrin müvafiq qurumları ilə ilkin razılıq əldə edib. Bununla əlaqədar rəhbərlik Ərazi Baş Gömrük İdarələrinə tapşırıqlar verib və gələn həftə məntəqələrinin açılması üçün hazırlıqlara başlanılıb. “Hazırda sərnişinlərin və yüklərin yoxlanma qaydaları müəyyən olunur. …
Read More »Qışa hazırlıq məqsədilə odun tədarükü proqramı təqdim olunub
“Oduncaq tədarükündə şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ictimai dinləmələrə başlanılıb, icra, bələdiyyə, QHT nümayəndələri, kənd ağsaqqalları və ictimai fəallar oduncaq tədarükü məqsədilə keçiriləcək dinləmələrə dəvət olunub”. Boyukmillet.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib. Nazir müavini qeyd edib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində tədarük olunacaq odun ilk növbədə Müdafiə Nazirliyinin, …
Read More »Prezidentin xüsusi nümayəndəsi Qarabağ Universiteti haqqında danışıb – EKSKLÜZİV – VİDEO
Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində yaradılacaq Qarabağ Universiteti haqqında açıqlama verib. E.Hüseynov “Report”un Ağdama ezam olunmuş əməkdaşına bildirib ki, Ağdam şəhərinin Baş Planında təhsil məhəlləsi üçün yer ayırlıb: “Cənab Prezident artıq Ağdam şəhər 1 nömrəli məktəbin təməlini qoydu. Eyni zamanda Baş Planda nəzərdə tutulub ki, bölgədə böyük bir Qarabağ Universiteti məhs …
Read More »Serbiyada silah fabrikində yenidən yanğın olub
Serbiyanın qərbində yerləşən Çaçak şəhərində silah fabrikində iyunun 7-də səhər saatlarında yenidən yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə “Sloboda” müdafiə sənayesi müəssisəsində qeydə alınıb. Qeyd edək ki, həmin müəssisədə daha əvvəl – iyunun 4-də də bir neçə partlayış və ardınca yanğın baş verib. Müdafiə naziri Neboyşa Stefanoviç bu müəssisənin 2021-ci ildə silah satışı üzrə xariclə 50 milyon avroluq …
Read More »Türkiyəli general “YAŞAT” Fondunun fəaliyyəti ilə tanış olub
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəisi, general –polkovnik, eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların idarə heyətlərinin sədri Səlcuk Bayrakdaroğlu “ASAN xidmət” mərkəzinin, eləcə də “YAŞAT” Fondunun fəaliyyəti ilə tanış olub. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən “Report”a verilən məlumata görə, qonağı salamlayan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə …
Read More »Akademik Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn ediləcək
örkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bu gün dəfn ediləcək. Boyukmillet.com xəbər verir ki, o, II Fəxri xiyabanda torpağa tapşırılacaq. Qeyd edək ki, R.Məmmədov bu gün səhər saatlarında 71 yaşında ürək tutmasından dünyasını dəyişib.
Read More »Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 2% azalıb
Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 662,022 milyon manat təşkil edib. Boyukmillet.com xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2% azdır. Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 13,75% artaraq 453,292 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 8 % azalaraq 1 129,482 milyon manat, aksizlər üzrə daxilolmalar 14% …
Read More »Ermənistanda əhalinin azalması prosesi gedir – Koçaryan
Son bir neçə ay ərzində Ermənistandan çıxan və geri qayıtmayan vətəndaşların sayı kəskin şəkildə artıb. Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib. Onun sözlərinə görə, son 4 ay ərzində miqrasiyanın mənfi saldosu 80 min nəfər təşkil edib: “Bənzər göstəricilər Ermənistanda 90-cı illərin əvvəllərində olub. Bunun adı artıq depopulyasiyadır (əhalinin sayının azalması – red.), …
Read More »Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır – Britaniyalı professor
Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin “Kiyev-Mogilyan akademiyası”nın britaniyalı professoru Taras Kuzio Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avropa Şurası və ATƏT-in parlament assambleyalarında qaldırılmalı və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi pislənilməlidir. Taras Kuzio deyib: “Ermənistan, az qala otuz ildir işğal etdiyi ərazilərin minalardan …
Read More »Tovuzda ağır yol qəzası olub, xəsarət alanlar var
Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Həzi Aslanov küçəsində hərəkətdə olan “Range Rover” markalı avtomobil qarşıdan gələn “VAZ-2106” markalı avtomobillə toqquşub, sonra yoldan çıxaraq, yaşayış evinin hasarına çırpılıb və zərbənin gücündən aşıb. Qəza zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü, Tovuz rayon Əlibəyli kənd sakini, 1989-ci il təvəllüdlü İsmayılov Orxan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar