Bu gün 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Boyukmillet.com tam Ay tutulması Bakı vaxtı ilə saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:18:42-də olacaq və 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq. Qeyd edək ki, bu il …
Read More »Metro və avtobuslar şənbə-bazar günləri işləməyəcək – RƏSMİ
Həftəsonları ictimai nəqliyyat üçün nəzərdə tutulan məhdudiyyət yenə də qüvvədə olacaq. Bunu “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. O qeyd edib ki, şənbə və bazar günləri üçün avtobuslar işləməyəcək: “Mayın 31-dən sonra açılacaq metro da həftəsonları fəaliyyət göstərməyəcək. Yəni həm avtobus, həm də metro həftənin I-V günləri işləyəcək”.
Read More »Deputat Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının Sumqayıt fəalları ilə görüşüb
Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının növbəti iclası Sumqayıt şəhərində keçirilib. İclas Millət vəkili Əziz Ələkbərlinin sədrliyi ilə baş tutub. Pandemiya və karantin qaydalarını nəzərə almaqla baş tutan iclasda ölkədəki mövcud vəziyyət, Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi layihələrin icrası, qarşıda duran vəzifələr və s. məsələlər müzakirə olunub. İclası Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri Millət vəkili Əziz …
Read More »“Buta Airways” Bakı-Alanya-Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçirəcək
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli törəməsi – “Buta Airways” şirkəti iyulun 3-dən Bakı-Alanya-Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçirməyə başlayacaq. Boyukmillet.com AZAL-a istinadən xəbər verir ki, Türkiyənin bu kurort şəhərinə uçuşlar həftədə bir dəfə – şənbə günləri həyata keçiriləcək. Bundan əlavə, 19 iyun tarixindən aşağıbüdcəli aviaşirkət Ankaraya uçuşların sayını artıracaq. Həmin tarixdən etibarən “Buta Airways” Türkiyənin paytaxtına həftədə …
Read More »Diaspor Komitəsi dünya azərbaycanlılarına müraciət edib
Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Əziz həmvətənlər, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri hər birimizə sevinc və qürur hissi ilə yaşatdı. 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımızın 44 gün ərzində azad edilməsi doğma Vətənimizin qalib və qüdrətli dövlət olduğunu …
Read More »Prezidentin köməkçisi: “Ölümlə lotereya oynamayın” – “Anam da, həyat yoldaşım da, qardaşım da vaksinasiya olunub”
“Mənim anam da, həyat yoldaşım da, qardaşım da vaksinasiya olunub”. Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib: “Sosial şəbəkələrdə vaksinlərin əks-təsirləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bəzən sosial şəbəkələrdə qarşılaşırıq ki, hansısa təhülkələr haqqında danışırlar. Bunun heç bir elmi əsası yoxdur, cəfəngiyyatdır. …
Read More »Rəsmi xəbərdarlıq: Azərbaycanda işçilərinin COVİD-19 pasportu olmayan obyektlər bağlanacaq
“Yoluxma risklərinin azaldılması məqsədilə açılacaq obyektlərdə yəni idman sağlamlıq mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet sertifikatının olması tələbi nəzərdə tutulur”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib. O bildirib ki, bu tələb iyulun 1-dən tətbiq olunacaq və …
Read More »Operativ Qərargahdan toylarla bağlı açıqlama
“COVID pasportu, yəni sertifikatlardan birinin olması ilə idman sağlamlıq obyektlərinə girişə imkan veriləcək. İlkin olaraq bu pasportların tətbiqi yalnız idman sağlamlıq mərkəzinə girişə tətbiq ediləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib. “Amma gələcəkdə COVID pasportu olan …
Read More »“Şuşa şəhəri haqqında” qanun layihəsi qəbul olundu
Milli Məclis bu gün keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Şuşa Şəhəri Dövlət Qoruğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə edilir. Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisini isə aşağıdakılar təşkil edir: …
Read More »Azay Quliyev parlamentdən Prezidentə təşəkkür etdi
“Şuşanın mədəniyyət paytaxtı elan edilməsi haqqında qanun layihəsini qəbul etməklə azad edilmiş ərazilərə böyük qayıdışın necə möhtəşəm olacağını bildiririk”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında Şuşa şəhərinə mədəniyyət paytaxtı adının verilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Azay Quliyev deyib. Deputat qeyd edib ki, bu qanun layihəsi ilə həmçinin Qarabağda birgəyaşayışın perspektivlərini diqqətə çatdırmış oluruq: “Torpaqlarımızı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar