Azərbaycan Ordusunda hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının da cəlb olunduğu təlimlər davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat aparır. PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.
Read More »Dünyanın ən bahalı futbol brendləri bəlli oldu
Dünyanın ən bahalı futbol brendlərinin 2021-ci il üçün yeni siyahısı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Brand Finance” məlumat yayıb. İspaniyanın “Real Madrid” klubu 1,276 milyard avro ilə birinci olub. Ölkənin digər klubu “Barselona” (1,266 milyard avro) ikinci, İngiltərə “Mançester Yunayted”i (1,130 milyard avro) üçüncü yeri tutub. İlk “10-luğ”a İngiltərənin “Mançester Siti” (1,118 milyard avro), Almaniyanın “Bavariya” (1,068 milyard …
Read More »Bu gündən Azərbaycanda “Sputnik V” vaksininin tətbiqinə başlanılır
Bu gündən etibarən Azərbaycan vətəndaşları yeni koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə Rusiya istehsalı olan “Sputnik V” vaksinindən də istifadə edə biləcəklər. Boyukmillet.com xəbər verir ki,vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanılır. Yaşı 18-dən yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Martın 11-də Azərbaycanın baş naziri Əli Əsədov 300 000 doza “Sputnik …
Read More »Türkiyədə 10 terrorçu məhv edilib
Türkiyənin cənub-şərqindəki Siirt əyalətinin Eruh rayonu ərazisində “Eren” əməliyyatının 13-cü mərhələsi çərçivəsində daha üç PKK terrorçusu məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu sosial şəbəkədəki səhifəsində bildirib. Nazir əlavə edib ki, bununla da həmin ərazidə zərərsizləşdirilən PKK terrorçularının ümumi sayı 10 nəfərə çatıb.
Read More »Ay Laçın, azad Laçın
Azərbaycanın dilbər güşələrindən olan Laçın rayonu 29 ildən sonra ilk dəfədir mayın 18-ni azad qarşılayır. İyirmi səkkiz il mayın 18-ni Laçının işğal günü kimi qeyd edən xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir. Boyukmillet.com xatırladır ki, 1992-ci il mayın 18-də Şuşa …
Read More »Bu səfər Naxçıvanın çoxcəhətli və dinamik inkişafı ilə liderliyini bundan sonra da qoruyub saxlayacağını təsdiqlədi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin Naxçıvan Muxtar Respublikasına çox böyük geostrateji əhəmiyyətə malik bir məkan kimi xüsusi diqqət və qayğı ilə yanaşma siyasətini dönmədən davam etdirir. Bunu ölkə başçısının on yeddi illik siyasi rəhbərliyi dövründə on beş dəfə – demək olar ki, hər il müxtəlif vaxtlarda muxtar respublikaya səfər etməsi də aydın təsdiq edir. Prezident cənab İlham …
Read More »SON DƏQİQƏ: Bakı Baş Gömrük İdarəsində həbslər
Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib. Boyukmillet.com APA-ya istinadla bildirir ki, əməliyyat nəticəsində idarənin bəzi vəzifəli şəxsləri rüşvət alarkən saxlanılıb. Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
Read More »Hikmət Hacıyev Brüsseldə: NATO baş katibinin müavini ilə görüş olub – FOTOLAR
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO baş katibinin müavini Mirça Geoana ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib. Tərəflər Azərbaycan – NATO əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.
Read More »Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisidəki kütləvi dava ilə bağlı bəyanat yayıb
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi ötən gün Dmanisi şəhərində baş vermiş kütləvi dava ilə bağlı bəyanat yayıb. Səfirlikdən daxil olan bəyanatda deyilir: “16 may 2021-ci il tarixində Dmanisi şəhərində yerləşən azərbaycanlılara məxsus “Ömər” marketə edilən kütləvi basqın və onun ətrafında yaranan toqquşma hadisəsinə dair Səfirlik tərəfindən dərhal reaksiya göstərilib. Səfirliyin əməkdaşları hadisə yerinə baş çəkib, vəziyyətlə tanış olmuş və Gürcüstan hüquq-mühafizə orqanlarının, …
Read More »Azərbaycanda daha 426 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 330 269 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 315 415 nəfər müalicə olunaraq sağalıb, 4 792 nəfər vəfat edib. 10 062 nəfər aktiv xəstə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar