Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Fransızlar Makronu lağa qoydu: Azərbaycana ağıl öyrətmə!

Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla telefon danışığı zamanı Azərbaycanın öz qoşunlarını Ermənistan ərazisindən çıxarması ilə bağlı çağırışı fransız oxucular tərəfindən tənqidlə qarşılanıb. Boyukmillet.com xəbər verir ki, Fransanın “Fiqaro” nəşrində dərc olunan məqaləyə çoxsaylı şərhlərində oxucular Makronu öz ölkəsinin işləri ilə məşğul olmağa çağrıblar. “Beynəlxalq arenaya çıxmaq üçün əvvəlcə öz ölkəndə inam qazanmalısan, yoxsa bu, …

Read More »

Rusiya Qaragöl olayına müdaxilə edir – Təxribat ola bilər

Nikol Paşinyan sərhəd məsələsi ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəsmi şəkildə müraciət etdi. Müraciətin Putinlə telefon söhbətindən sonra edilməsi xüsusilə diqqət çəkir.İrəvan və Moskva arasındakı telefon trafiki ilə bağlı rəsmi informasiyalarda Rusiyanın ehtiyatlı mövqe tutduğu müşahidə olunur. Moskva Bakı ilə münasibətləri birbaşa kəskinləşdirməkdə maraqlı deyil, lakin Putin-Paşinyan danışığından sonra Ermənistanın KTMT-yə müraciət etməsi Rusiyanın razılığının olması, ən azından …

Read More »

VHP-dən Fransaya sərt etiraz: “Makron ermənilərin oyuncağına çevrilib”

10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatdan sonra Qafqazda, xüsusilə də Dağlıq Qarabağda baş verən siyasi proseslər dinamik şəkildə dəyişərək müxtəlif variasiyalarda özünü biruzə edir. Bəyanatın imzalanmasından sonra Azərbaycan tərəfinin qalib olması, Ermənistanın məğlub imici qərb siyasi dairələrini və dövlətlərini narahat etməyə başlamışdır. Belə ədalətsiz və qərəzli mövqe Fransa Respublikasının simaslnda xüsusi diqqət çəkməkdədir. Belə ki, 27 sentyabr tarixində başlayan hərbi …

Read More »

Ərdoğan Qüdsdə baş verənlərlə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

“İllərdir Fələstində, xüsusən də Qüdsdə davam edən və Ramazan ayının son günlərində daha da şiddətlənən hücumlar səbəbiylə bayrama kədərli bir şəkildə daxil olduq. Çünki dərd içindəyik, dərdimiz var”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, rəsmi Ankaranın bu məsələ ilə bağlı tamamilə prinsipial mövqeyi var: “Azərbaycanın Dağlıq Qarabağı və işğal olunmuş digər …

Read More »

Əfqanıstan prezidenti İlham Əliyevə zəng edib

Mayın 14-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumat yayıb. Əfqanıstan Prezidenti dövlətimizin başçısını və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib, firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Əfqanıstan Prezidentinə minnətdarlığını bildirib və öz növbəsində Məhəmməd …

Read More »

Roşel Valenski: Peyvənd olunanlar maska taxmaya bilər

ABŞ-da COVID-19 infeksiyasına qarşı peyvənd olunan şəxslərin daha tibbi maska taxmasına və sosial məsafə gözləməsinə ehtiyac yoxdur.Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel Valenski virtual brifinqdə çıxış edərkən deyib.R.Valenski qeyd edib ki, tam peyvənd olunmuş şəxslər maska taxmadan və sosial məsafə saxlamadan qapalı yerlərdə və açıq havada keçirilən tədbirlərdə sərbəst iştirak edə bilərlər. O …

Read More »

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 2,06 ABŞ dolları, yaxud 3 % azalıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,36 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »

Qəzza bölgəsindən İsrailə azı 1 750 raket atılıb

Son dörd gün ərzində İsrail ərazisinə Qəzza zolağından azı 1 750 raket buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Qeyd olunub ki, raket zərbələri nəticəsində İsrailin yeddi vətəndaşı həlak olub. Ümumilikdə 523 nəfər müxtəlif xəsarət alıb. Bir çox yaşayış evlərinə, məktəblərə və bağçalara ziyan dəyib. İsrail ordusu isə öz növbəsində Qəzza sektorunda radikalların 650 əhəmiyyətli hərbi obyektlərinə …

Read More »

Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək. Boyukmillet.com xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutacaq. Açılış matçında “Qəbələ” doğma meydanda “Sabah”la üz-üzə gələcək.Qalan üç oyun isə eyni saatda başlayacaq. Lider “Qarabağ” “Keşlə” ilə qarşılaşacaq, ikinci pillədə qərarlaşmış “Neftçi” “Sumqayıt”ın qonağı olacaq. Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan “Zirə” isə “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək. …

Read More »

ABŞ Dövlət Departamenti Azərbaycanı və Ermənistanı vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırıb

ABŞ administrasiyası Azərbaycanı və Ermənistanı iki ölkənin dövlət sərhədindəki gərginliyi azaltmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün tvitter hesabında yazıb. N.Prays qeyd edib ki, ABŞ hökuməti Ermənistan-Azərbaycan sərhədinin demarkasiya olunmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyir. Rəsmi Vaşinqtonun tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşdüyünü, vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırdığını bildirib.

Read More »