Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Göyçayda Ramazan bayramında şəhidlər ziyarət olundu, şəhid bulaq komplekslərinin açılışı oldu

Mayın 13-də rayon icra hakimiyyətinin başçısı, Milli Məclisin deputatı Sabir Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri Ramazan bayramı münasibətilə Şəhidlərimizin məzarlarını ziyarət etmiş və şəhidlərin adına inşa olunmuş bulaq komplekslərin açılışında iştirak ediblər.Rayon rəhbərliyi Göyçay şəhərində və Çərəkə kəndində yerləşən Şəhidlər Xiyabanında olmuş, həmçinin Ərəbcəbirli kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış döyüşçülərimizin məzarlarını ziyarət edərək, gül dəstələri düzmüşlər.Sonra şəhərin Nizami küçəsində Şəhid …

Read More »

Azərbaycanla Ermənistan sərhədində gərginlik – Lavrovla Ceyhun Bayramov fikir mübadiləsi apardı

Cari ilin 13 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Azərbaycan XİN-dən Mia.az-a bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar. Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların …

Read More »

Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində – VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 13-də Şuşada Yuxarı Gövhərağa məscidində olublar. Boyukmillet.com xəbər verir ki, dövlət başçısına və birinci xanıma məsciddə aparılan bərpa işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, burada bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminin …

Read More »

Nazir: “Gürcüstan quru sərhədlərini bir neçə həftədən sonra açmağı planlaşdırır”

“Gürcüstan hökuməti quru sərhədlərini bir neçə həftədən sonra açmağı planlaşdırır”. Bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava jurnalistlərə deyib. Onun sözlərinə görə, böyük ehtimal məhz həmin vaxt pandemiyanın üçüncü dalğası başa çatacaq: “Sərhədləri açmağı planlaşdırırıq. Bu, yaxın bir neçə həftə ərzində baş verə bilər”. Qeyd edək ki, Gürcüstan-Azərbaycan arasında quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş pandemiyaya görə bir ildən …

Read More »

Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx Prezident İlham Əliyevi kövrəltdi

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində mayın 12-də start verilən “Xarıbülbül” musiqi festivalı bu gün qala-konsertlə davam edib. Boyukmillet.com xəbər verir ki, konsert çərçivəsində Ümummilli lider Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarxın nümayişi zamanı Prezident İlham Əliyev kövrəlib. Həmin anları izləmək üçün aşağıdakı linkə daxil olun https://daytube.az/videos/107095/

Read More »

Gənclərlə Nizami ilinə həsr olunmuş vebinar keçirilib

Naftalan şəhər Gənclər və İdman İdarəsi və Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə ölkəmizdə geniş şəkildə Nizami ili bağlı onlayn görüş baş tutub. Boyukmillet.com xəbər verir ki, görüşü giriş sözü ilə açan Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci …

Read More »

Yevlaxda Qazilərlə görüş keçirilib

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM)və Yevlax Gənclər Evinin birgə təşkilatçılığı ilə Ramazan Bayramı münasibətilə əlaqədar olaraq Vətən müharibəsi Qaziləri və bir qrup aztəminatlı Yevlax şəhər sakinləri ilə görüş keçirilmiş, şəhidlərimizin xatirəsi yad edilmişdir. Tədbirin sonunda Qazilərimizə və aztəminatlı şəhər sakinlərinə qurban əti və ərzaq yardımı verilmişdir.Yardımı göstərən və adının çəkilməsini istəməyən soydaşlarımıza təşəkkür edirik. #RamazanBayramı QarabağAzərbaycandır

Read More »

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, mayın 12-də saat 18 radələrində Ağdam rayonunun Təzəkənd ərazisində qurulmuş nəzarət postundan yayınaraq xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərməklə “UAZ” markalı avtomaşında olan 5 nəfər işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib. Həmin şəxslərin saxlanılması təmin edilərək Ağdam …

Read More »

Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Ramazan bayramı ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər! Təsviredilməz qürur və sevinc hissi ilə bizim doğma Şuşa şəhərimizdən hər birinizə ən xoş arzularımı və müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərimi çatdırıram! Qoy insanları sülhə, birliyə, həmrəyliyə, xeyirxahlığa və mənəvi kamilliyə dəvət edən bu bayram hər birinizin ocağına …

Read More »

Şuşada inşa olunacaq yeni məscid belə olacaq- Foto

Xəbər verdiyimiz kimi, Şuşada yeni məscidin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, səhərdə inşa ediləcək yeni məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu, 2020-ci ildə noyabrın 8-də Şuşanı işğalçılardan azad olunması və həmin tarixin Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günü olması ilə …

Read More »