ABŞ qondarma “erməni soyqırımı”nı tanımaqdan imtina etməlidir. Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər. Qeyd olunub ki, uydurulmuş “erməni soyqırımı”nın tanınması Vaşinqton üçün tarixi səhv olacaq: “ABŞ-ın 1915-ci il hadisələrini qondarma “erməni soyqırımı” kimi qiymətləndirməyə haqqı yoxdur, çünki bunu sübut edən heç bir tarixi fakt mövcud deyil”. Prezident Administrasiyasından bildiriblər ki, “erməni soyqırımı”nı tanımaqla ABŞ erməni diasporunun girovu olduğunu bütün dünyaya …
Read More »Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə ağır itki
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın atası Rüstəm Tatar vəfat edib. Boyukmillet.com xəbər verir ki, Kipr Türk xalqının milli mücadiləsinin hər mərhələsində böyük vəzifələri üzərinə götürən və mühüm vəzifələrdə olan Rüstəm Tatar bu gün səhər saatlarında dünyasını dəyişib. Rüstem Tatarın cənazəsi bu gün Lefkoşa qəbirstanlığında pandemiya qaydaları çərçivəsində, ailə üzvlərinin və yaxınlarının iştirakı ilə dəfn ediləcək.
Read More »Azərbaycanın ictimai şəxslərindən Rusiya səfirliyinə – Müraciət
Azərbaycan ictimaiyyətinin nümayəndələri Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət ünvanlayıb. Boyukmillet.com müraciəti təqdim edir: “Xanımlar və cənablar, Hörmətli diplomatlar, Bəzi mənbələrdən alınan məlumata görə, Qarabağda əvvəllər mövcud olmuş, Ermənistan tərəfindən yaradılmış qanunsuz işğalçı rejimin başçısı Araik Arutyunyan Moskvaya “şəxsi səfər”ə gəlib. Bu məlumatı, o cümlədən Rusiya Ermənilər İttifaqının başçısı Ara Abramyan təsdiq edib. Bu xəbər Azərbaycan ictimaiyyətində məlum səbəblərdən təəccüb və hiddət …
Read More »Camaatın korona fəlakətindən çirkli pul qazanan həkimlərin bioqrafiyasına baxın – gənc olmaq, xaricdə təhsil və dil bilmək hələ hər şey demək deyilmiş…
Samir Adıgözəlli: “Prezident də demişdi ki, kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək olmaz” Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rüşvətə görə həbs etdiyi həkimlərdən biri də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Əli Ağa oğlu Ağayevdir. İ.Ağayev 1998-ci ildə Tibb Universitetinə daxil olub, …
Read More »Deputat şəhid ailələri ilə görüşdü-FOTO
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev şəhid ailələri ilə görüşlər keçirib. Boyukmillet.com xəbər verir ki, Millət vəkili Vətən müharibəsində 13 şəhid verən Ordubad rayonunun Düylün, Aza, Sabirkənd və Darkənd kəndlərində olub, şəhidlərimiz – kapitan Ülvi Hüseynov, baş-leytenant Namiq Xəlilov, leytenant Mətin Hüseynov, leytenant İntiqam Abdullayev və MAHHQ Saday Məmmədəliyevin ailələrinə baş çəkib. Şəhid ailələrinin psixoloji-mənəvi vəziyyəti ilə maraqlanan Cəbi Quliyev …
Read More »Azərbaycanlı əsirlərə işgəncə verən erməninin həbs müddəti uzadılıb
Bakı Hərbi Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən, İkinci Qarabağ Müharibəsində hərbiçilərimizə əsir düşən Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb. Boyukmillet.com APA-ya istinadən xəbər verir ki, keçirilən prosesdə təqdimat təmin edilib. L. Mkrtçyanın barəsindəki həbs müddəti daha 4 ay uzadılıb. Qeyd edək ki, Lüdviq Mkrtçyan Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və …
Read More »Ümid etmək istərdik ki, ABŞ tarixi səhvə yol verməyəcək – Hacıyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-ın sualını cavablandırıb. – ABŞ tərəfindən qondarma erməni soyqırımının tanıdılması ilə əlaqədar addımların atılacağı barədə bir sıra beynəlxalq media orqanlarında məlumatlar gedir. Bu barədə nə deyərdiniz? – Qondarma və saxta erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti və birmənalı mövqeyi hər kəsə bəllidir. Əgər ABŞ-ın yeni administrasiyası tərəfindən …
Read More »Arutyunyan Moskvaya köçür
Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçı rejiminin tör-töküntülərinin başçısı Araik Arutyunyan həyat yoldaşı ilə birgə bir neçə gündür Moskvada səfərdədir. Boyukmillet.com xəbər verir ki, bunu “Qraparak” qəzeti yazıb. Məqalədə qeyd olunub ki, səfər heç də könüllü xarakter daşımır: “Araik Arutyunyanı Moskvaya təlimatlandırmaq üçün çağırıblar. Rusiya xüsusi xidmət orqanları onun Ermənistan hakimiyyətinə itaət etməsindən, onların sözü ilə oturub-durmasından narahatdır. Ona görə də …
Read More »Slovakiya 3 rus diplomatını ölkədən qovdu -“Cavabımız gecikməyəcək”
Slovakiya Çexiya ilə həmrəylik çərçivəsində 3 rus diplomatı ölkədən qovmağa qərar verib. Boyukmillet.com xəbər verir ki, bunu Slovakiya baş naziri Eduard Heger keçirdiyi mətbuat konfransında açıqlayıb. Heger, Slovakiyanın Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə tərəfdar olduğunu, lakin rus diplomatların beynəlxalq konvensiyaları pozduğunu bildirib. “3 rus diplomatı deportasiya etməzdən öncə, Slovakiya kəşfiyyatının bizə verdiyi məlumatları diqqətlə incələdik. Verilən məlumatların doğru olduğu qənaətindəyik”, …
Read More »Cümhurbaşqanı Ersin Tatar: KKTC Türk Şurasına tam üzv olmağı hədəfləyir
Bayraqdar.info qardaş dövlət Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Sayın Ersin Tatardan bir neçə sualını cavablarndırmasını rica etmişdi. Sayın Cümhurbaşqanı suallarımızı cavablandıraraq yüksək nəzakət göstərdi. Buna görə Şəxslərinə təşəkkür edirik. Bundan sonra da Sayın Cümhurbaşqanı başda olmaqla Kıbrıslı türk qardaşlarımıza diqqətimizi davam etdirəcəyik. Beləliklə, bayraqdar.info KKTC Cümhurbaşqanı Sayın Ersin Tatarla müsahibəni oxucularına təqdim edir. Bu arada müsahibənin gerçəkləşməsində yardımlarını əsirgəməmiş dəyərli görəvlilərə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar